Əyləc diskləri və əyləc bəndləri

Sizi mənzil başına təhlükəsiz çatdırır

Gündəlik olaraq gərgin şəkildə işləməklə əlaqədar, əyləc sisteminin işi çətindir. Əyləc sistemi sizin Toyotanın ən mühüm təhlükəsizlik özəlliyidir. Xüsusilə çətin yol şərtlərində və ya qəza hallarında hərəkətin dayandırılması və yavaşlandırılması bütövlükdə əyləclərinizin iş qabiliyyətindən asılıdır.

Əyləc sisteminiz necə işləyir?

Avtomobilin əyləc pedalına təzyiq etdikdə, əyləc mayesi çarx mərkəzindəki əyləc dəstəyi porşeninə təzyiq göstərir. Bununla əyləc bəndi avtomobilin çarxı ilə birgə fırlanan əyləc diskinin hər iki tərəfinə təzyiq edir. Bu sürtünmə avtomobili yavaşladır və sonra dayanmasına gətirib çıxarır.

Zamanla əyləc bəndləri aşınacaq və onları yenisi ilə əvəzləmək lazım gələcək. Bu baxımdan aşınmış əyləc bəndləri ilə avtomobil sürmək olduqca təhlükəlidir. Aşınmış əyləc bəndlərinin bir neçə aşkar əlamətləri vardır. Əsas diqqət yetirməli olduğunuz xüsusiyyətlər aşağıdakılardır:

  • Əyləc zamanı aşma əyləc bəndlərinin qeyri-bərabər aşınmasına işarət edir
  • Cığıltı və cırıltı səsləri
  • Müqavimət qüvvəsinin azalması
  • Əyləc diskləri təhlükəsiz minimal qalınlıq spesifikasiyasından aşağı olduqda dəyişilməsi çox vacibdir.
/
/

Avtomobilinizə Toyota orijinal əyləc bəndləri və əyləc disklərini quraşdırmaqla tam rahatlıqla yola çıxacaqsınız:

  • Bütün Toyota orijinal əyləc bəndləri maksimal təhlükəsizlik və performansı təmin etmək məqsədilə yüksək dərəcəli materiallardan hazırlanmış və dizayn edilmişdir
  • Effektiv şəkildə çalışan əyləclər cığıltı və cırıltı səsi vermir, Toyota əyləclərinin səssizliyi keyfiyyətin göstəricisidir.
  • Hər bir Toyota modeli üçün ani dəyişmə və mükəmməl uyğunluğu təmin etmək məqsədilə tam uyğun əyləclər mövcuddur
  • Onlar yalnız Toyotanın malik olduğu dərin biliklərdən istifadə etməklə işlənib hazırlanmışdır.
  • Bizim bütün Optifit əyləclərimiz qiymət baxımından da rəqabətə davamlıdır

Təhlükəsiz yürüşün təmin olunması üçün əyləc bəndləriniz və diskləriniz mütəmadi olaraq Toyotanın Səlahiyyətli Təmirçisi tərəfindən yoxlanmalıdır.

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK