1. Hybrid

HİBRİD LİDERİNİN HİBRİD AVTOMOBİLLƏRİNİ SEÇİN

TOYOTA HİBRİD AVTOMOBİLLƏRİNİN 12 MİLYONDAN ÇOX SÜRÜCÜSÜNƏ QOŞULUN
Toyota 1997-ci ildə yeni Prius ilə hibrid texnologiyasını təqdim etdi. Dünyanın müxtəlif yerlərində Hibridlərin 15 milyondan çox sürücüsünün olduğu vaxtda Toyota Hibridi seçməyə çox səbəb var. Hibrid bazarının lideri kimi bu 20 ildə özü enerji yığan Hibridləri təkmilləşdirməyə davam etmişik və rəqibsiz, istənilən tərzə uyğun, çevik, səmərəli Hibridlərlə öyünə bilərik.

KEÇMİŞ AVTOMOBİL İDARƏETMƏ TƏRZİNİ GERİDƏ BURAXIN

Aşağı sürətdə hərəkət edərkən təmiz elektrik enerjisindən, sürət artdıqda isə səmərəli benzin enerjisindən istifadə edərək bu iki fərqli enerji mənbəyi arasında səlis keçidlər edən Toyota Hibrid avtomobilləri sadəcə yanacaq və pulunuza qənaət etməklə kifayətlənmir, həm də sinfinin CO2 emissiyaları baxımından ən səmərəli göstəricilərini təklif edir. Onlar özü enerji yığan Hibrid olduqlarından, bu avtomobillərin batareyasının şəbəkəyə qoşulmasına heç vaxt ehtiyac olmur.

Hibrid avtomobillərin həyatınızı başqa nə cür asanlaşdıra biləcəyini öyrənmək istəyirsinizsə, Toyota Hibridə sual verə bilərsiniz.

SİZƏ UYĞUN GƏLƏN HİBRİDİ TAPIN

https://dxp-webcarconfig.toyota-europe.com/v1/model-filter-results/az/az?fuelType=h_1%2Celectric%2Ch_2%2Cplugin

Read timed out

TOYOTA HİBRİDDƏN SORUŞUN

 

Toyota Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Bu iki mühərrik bir-birindən müstəqil şəkildə işləyir – bu, Toyotanın tam Hibrid sistemini digər yüngül Hibrid avtomobillərdən fərqləndirən əsas xüsusiyyətdir.

Toyota Hibrid avtomobilləri elektrik enerjisindən hərəkətə başlamaq və hətta 50 km/saat sürətə qədər hərəkət etmək üçün istifadə edə bilər. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır ixrac qaz borusu emissiyası və şəhərdaxili hərəkətinizin 50%-ə qədərinin səssiz olması.

Hibrid avtomobilinin nə olması haqqında başqa suallarınız var? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Toyota Hibrid avtomobilləri elektrik enerjisindən hərəkətə başlamaq və hətta 50 km/saat sürətə qədər hərəkət etmək üçün istifadə edə bilər. Onlar iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Üstəlik, bütün Toyota Hibrid avtomobilləri özü enerji yığdığından, batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur. Çünki batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir.

Üstəlik, Hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır ixrac qaz borusu emissiyası və şəhərdaxili hərəkətinizin 50%-ə qədərinin səssiz olması.

Hibrid avtomobillərin elektrik enerjisi ilə hərəkət etməsi ilə əlaqədar suallarınız qalıb? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Bütün Toyota Hibrid avtomobilləri innovativ, özü enerji yığan batareya texnologiyasına sahibdir. Onlar iki enerji mənbəyini - benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Bu o deməkdir ki, təmiz elektrik avtomobillərdən fərqli olaraq hibridlərdə batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur.

Toyota Hibriddə batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir. Bu hibrid avtomobillərin yeganə üstünlüyü deyil. Hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir.

Hələ də özünüzə Hibrid avtomobillərin enerji yığması ilə bağlı suallar verirsiniz? Unutmayın ki, Toyota Hibriddə hər hansı kabel, adapter və narahatlıq yoxdur. Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Bütün hibrid avtomobillər daxili yanma mühərriki və elektrik motorlarının kombinasiyası ilə hərəkətə gətirilir. Yüngül Hibrid avtomobillərlə müqayisədə Toyotanın tam Hibrid avtomobillərinin əsas üstünlüyü onun iki enerji mənbəyinin bir-birindən tam müstəqil şəkildə işləməsidir.

Yüngül Hibrid avtomobillər elektrik motorlarından yalnız sürət yığma və hərəkət zamanı mühərriki dəstəkləmək üçün istifadə edə bilir – elektrik motoru avtomobili təkbaşına hərəkətə gətirə bilmir. Tam və ya özü enerji yığan Toyota Hibrid avtomobilində siz şəhər səfərlərinizin və 50 km/saata qədər sürətdə hərəkətin 50%-ə qədərini təmiz elektrik enerjisindən istifadə edərək keçirə bilərsiniz. Daha yüksək sürətlərdə, yaxud şosedə ötmə zamanı elektrik motoru və benzin mühərriki gücün artması üçün birlikdə işləyir.

Tam və yüngül hibrid avtomobillər arasında hansı fərqlərin olması haqqında hələ də suallarınız var? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Toyota Hibriddə təmiz elektrik avtomobillərindən fərqli olaraq, qət edilən məsafəyə görə narahat olmağa ehtiyac yoxdur. Sinfinin qabaqcıl yanacaq effektivliyinə malik olan bu avtomobillər benzin və dizel mühərrikləri ilə müqayisə oluna biləcək məsafələri qət edə bilir. Adi avtomobillərdə olduğu kimi, hibrid avtomobillərdə də yanacağınız az olduqda, sadəcə yanacaq dolduraraq yolunuza davam edirsiniz.

Üstəlik, bütün Toyota Hibrid avtomobilləri özü enerji yığdığından, batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur. Çünki batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir. Bu hibrid avtomobillərin yeganə üstünlüyü deyil. Hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir.

"Hibrid avtomobilin qət etdiyi məsafə neçədir?" kimi suallarınız hələ də qalıb? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Toyota Hibrid sizə lazım olan reaksiyanı vermək üçün iki enerji mənbəyi – benzin mühərriki və elektrik motoru arasında çevik keçidlər edir. Hibrid avtomobilin elektrik motoru siz akseleratoru basdıqda fırlatma momentinin (və ya dartma qüvvəsinin) dərhal güclənməsini təmin edir, daha yüksək sürətlərdə, yaxud şosedə ötmə zamanı isə gücün artması üçün benzin mühərriki ilə birlikdə işləyir.

Yeni RAV4 avtomobilində 2,5 litrlik hibrid mühərrikin təqdim edilməsindən sonra Toyota Hibrid avtomobilləri daha həssas reaksiya və gücə malikdir. Belə deyək, yeni RAV4 Hibrid sakit vəziyyətdən 100 km/saat sürətə sadəcə 8,1 saniyə çatır və onun Hibrid sistemi 1 650 kq-a qədər yükü dartma gücünə malikdir.
Hibrid avtomobil texnologiyasında mürəkkəb heç nə yoxdur. Əslində, Toyota Hibridi sürmək adət etdiyiniz avtomobilləri sürməkdən daha asan ola bilər. Gördüyünüz kimi, özü enerji yığan Hibrid sistemimiz elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün hər iki enerji mənbəyini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur.

Bununla yanaşı, bütün Toyota Hibridləri avtomatik transmissiyalarla təchiz edilmişdir. Belə ki, siz ötürmələr qutusunu “Drive” rejiminə keçirməklə səlis, rahat və komfortlu Hibrid təəssüratı üçün arxaya söykənə bilərsiniz.

Hələ də Hibridlərin idarəedilməsinin çətinliyi ilə bağlı suallarınız var? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Əksər Hibrid avtomobillərin ön ötürücülü olmasına baxmayaraq, hazırda model çeşidimizdə əlavə yolsuzluq və ya bütün hava şərtlərində hərəkət etmək imkanına ehtiyacı olanlar üçün tam ötürücülü və ya 4x4 Toyota Hibridlər də var. Yeni RAV4 Hibrid çətin şəraitlərdə daha güclü xarakteristika nümayiş etdirmək və sürüşkən yollarda təhlükəsiz idarəetmə imkanı vermək üçün hazırlanmış, təkmilləşdirilmiş AWD-i sistemi ilə təchiz edilib.

RAV4 Hibrid AWD kimi modellər ön təkərləri hərəkət gətirən birləşdirilmiş Toyota Hibrid mühərriki və elektrik motoruna əlavə olaraq, arxa təkərləri hərəkətə gətirmək üçün arxaya quraşdırılmış ikinci elektrik motoruna malikdir. Bu, avtomobil hamar, sürüşkən səthlərdə hərəkətə başlayarkən daha əmin və güclü xarakteristikalar üçün fırlatma momentinin 30%-ə qədərinin arxa təkərlərə paylanmasına imkan verir.

Hibridlərin tam ötürücülüyə qadir olması haqqında hələ də düşünürsünüz? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Böyük məmnuniyyətlə bildirməliyik ki, Toyota Hibridin qış aylarında idarə edilməsi adi avtomobillərin idarə edilməsi ilə eyni təəssürat yaradır. Özü enerji yığan Hibrid sistemimizin üstünlüyü onun özünü idarə etməsi, elektrik enerjisindən benzin enerjisinə çevik keçidlər etməsi və bütün Toyota Hibrid avtomobillərinin avtomat ötürməyə sahib olmasıdır. Bütün bu səbəblərdən, temperaturun aşağı düşməsi bu avtomobilin sahibi üçün narahatlıq mövzusu deyil.

Toyota Hibridlər rahatlığınız üçün yolla ilişmənin nizamlanması və avtomobilin stabilliyinə nəzarət sistemləri ilə təchiz edilib. Bunlar sürüşkən və ya donmuş yol səthlərində ilişmə və nəzarəti saxlamağa kömək edir. Hibrid avtomobilin daha ekstremal şərtlərdə işləməsini istəyirsinizsə, Toyota istənilən şərtlərdə təkərlərin yolla ilişməsinin və avtomobilin stabilliyinin təmin edilməsi üçün arxa təkərləri hərəkətə gətirmək üçün arxaya quraşdırılmış ikinci elektrik motoruna malik olan tam ötürücülü (AWD) RAV4 Hibrid avtomobilini təklif edir.

Hibridlərin qış vaxtında özünü necə göstərməsi ilə bağlı suallarınız hələ də qalıb? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Toyota innovativ, özü enerji yığan Hibrid texnologiyasını 20 ildən çoxdur, inkişaf etdirir. innovativ Hibrid batareya texnologiyamız avtomobilin ümumi həyat dövründə işlək vəziyyətdə olmaq üçün hazırlanıb. Orijinal Hibrid batareyası və benzin mühərriki ilə bir milyon kilometrdən çox məsafə qət etmiş bəzi Toyota Hibrid avtomobilləri bunun bariz nümunəsidir.

Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə avtomobildə nasazlıq yaranması riskini daha da azaldıb. Bütün Hibrid komponentlər, o cümlədən Hibrid batareyası əlavə rahatlıq üçün Toyotanın yeni 5 illik/100 000 km-lik* zəmanəti ilə təqdim edilir.
*Hansı daha tez olarsa.

Hələ də Hibridlərin uzunmüddətli dövrdə etibarlı olması haqqında düşünürsünüz? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
Toyota Hibrid avtomobilləri sadəcə daha az yanacaq istifadə edərək pulunuza qənaət etmir, onun texniki qulluğu da düşündüyünüzdən daha münasibdir. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5%-ə qədər daha azdır.

Hibridlərin bahalı olmasına hələ də inanırsınız? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın.
Toyota Hibrid avtomobillərinin sığortalanması istənilən ənənəvi avtomobilin sığorta xərcləri ilə eynidir. Avtomobilin məşhurluğunun artması, yüksək likvidləşmə qiyməti və çox sayda rəqabətədavamlı maliyyə və lizinq təkliflərinin sayəsində onlar benzin və ya dizel avtomobilləri ilə müqayisədə əvvəlki kimi bahalı deyil.

Bundan başqa, innovativ Hibrid batareya texnologiyamız avtomobilin ümumi həyat dövründə işlək vəziyyətdə olmaq üçün hazırlanıb, üstəlik mufta, generator və starter mühərriki kimi bəzi texniki elementlər tamamilə çıxarılıb, buna görə də, sığorta şirkətlərinin nəzərdə tutduğu təmir xərcləri də azalıb.

Hibrid avtomobillərinin sığortalanmasının baha olması haqqında sualları hələ də verirsiniz? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.
İnnovativ dinamik tormozlanmanın üstünlükləri sayəsində əyləc bəndləri kimi hissələr daha az aşınır, bu isə texniki xidmət xərclərinin 5%-ə qədər azalmasına səbəb olur.

Toyota Hibriddə elektrik motoru və batareya komponentləri texniki xidmət tələb etmir və özünü təsdiq etmiş texnologiyalar olaraq mürəkkəb daxili yanma mühərriklərindən daha etibarlıdır. Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə gözlənilməyən xərclərin yaranması riskini daha da azaldıb.

Hibridlərin texniki xidmətinin bahalı olmasına hələ də inanırsınız? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.