Əsas məzmuna keç (Enter düyməsini basın)
Başlanğıc qiymət
36 600 AZN

Yeni Corolla Sedan: həyatınızın yeni ritmi

Xüsusi diqqətlə işlənib hazırlanmış Hibrid elektrik texnologiyası sayəsində yeni Toyota Corolla Sedan sükan arxasında yaşadığınız həzzi yeni səviyyəyə qaldırır. Geniş rəqəmsal bağlantı imkanları ilə avtomobilin idarəsi indi daha sadə, zövqlü və həyəcanvericidir.

Daha sonra nə etmək istərdiniz?

Yeni yüngül lehimli disklər
Yeni ön radiator barmaqlığı
LED işıqlar
Zərif və dinamik

Yeni yüngül lehimli disklər

Dizayn baxımından dinamik, gözəl şəkildə işlənmiş yeni yüngül lehimli disklər avtomobilin yüksək texnoloji xarakterini əks etdirir.

Yeni ön radiator barmaqlığı

Yeni Corolla Sedanın zərif və müasir estetik görünüşünün əsas elementi olan yüksək zərbəyədavamlı radiator barmaqlığının dizaynı avtomobilin aşağı hissəsinin güclü proporsiyalarını xüsusilə vurğulayır.

LED işıqlar

Corolla Sedanın qaranlıq saatlarda təhlükəsiz və rahat sürmək üçün texnologiya ilə təchiz edilmiş diqqət çəkən LED işıqları güclü olmaqla yanaşı, enerji baxımından da səmərəlidir.

Zərif və dinamik

Corolla Sedanın korpusu zərif axıcı cizgilərlə ifadə olunub, onun eleqant silueti və enli dizaynı isə ona danılmaz güclü görünüş bəxş edir.

Hər detalında dinamika

Yeni Corolla sedan güc proporsiyaları ilə yüksək texnoloji özəllikləri bir araya gətirir. Onun aerodinamik silueti zamanla dəyişməsə də, detalları və onların hazırlanma keyfiyyəti tamamilə müasirdir. Toyota yarış ruhunun təcəssümü olan GR SPORT komplektasiyası ilə rəqabət üstünlüyünüzü göstərin.

Yeni oturacaq üzlüyü
Salon işıqlandırması
Kokpitin rahatlığı
GR SPORT işəsalma düyməsi

Yeni oturacaq üzlüyü

Corolla Sedanın salonunun zərifliyini vurğulayan, tərzinizə uyğun tünd, zəngin rəng çalarları və cəsur 3D effektlərdən tutmuş daha açıq rənglərə kimi istənilən interyer üzlük seçimi mövcuddur.

Salon işıqlandırması

Bu nəfis və gözəl salon işıqlandırması günəş batandan sonra interyerə zərif parlaqlıq gətirərək Corolla Sedana daha rahat ab-hava bəxş edir.

Kokpitin rahatlığı

Corolla Sedanın bütün gün boyu rahat olmasının əsas səbəbi onun erqonomik şəkildə dizayn edilmiş oturacaqlarıdır. Belə ki, onlar səyahətin nə qədər uzun olmasından asılı olmayaraq ağrı və narahatlıq hissləri yaratmır və komfortlu şəkildə səfər etməyinizə imkan verir.

GR SPORT işəsalma düyməsi

Hər dəfə sükan arxasına keçdikdə nəbziniz daha tez-tez vuracaq. GR SPORT işəsalma düyməsi Toyota yol avtomobilləri ilə onun çox uğurlu hibrid elektrik yarış avtomobilləri arasındakı bağı daim xatırladır.

Texnologiyanın incəlik qovuşduğu yer

Corolla Sedan-ın içərisində siz intuitiv texnologiya ilə sinifdə lider rahatlıq və praktiklik tapacaqsınız. Sakitləşdirici və harmonik məkan, atmosfer işıqlandırması və məharətlə inteqrasiya olunmuş çoxfunksiyalı displeylər, interyerdə saxlama yerləri və iki zonalı iqlim nəzarəti var.

Hibridin kompromissiz gücü

Yeni Corolla Sedanın aşağı emissiyalar və yüksək performans sərgiləyən beşinci nəsil hibrid elektrik güc qurğusu indiyədək olduğundan daha səssiz, yığcam və həssasdır. Normal, Eco və Power  kimi standart idarəetmə rejimləri ilə yanaşı, yeni Corolla Sedan modelində rahat və sıfır emissiyalı hərəkət üçün tam elektrik rejim də təqdim edilir.

Daha çox kəşf edin
  • Hərəkət zamanı rəqəmsal həyatınız

    Corolla Sedan sizin hər zaman bir addım daha öndə olmanızı təmin edən bir sıra funksiyalarla təchiz edilib – ani  qoşulma, simsiz enerji yükləmə, Apple CarPlay və Android Auto vasitəsilə bağlantı imkanları.

Başlamağa hazırsınız? Komplektasiya və mühərriki seçin

Komplektasiyanızı seçin:

8 Seçimlər

  • Corolla - ACTIVE - Sedan 4 qapili

    Corolla ACTIVE

    Sedan 4 qapili

    Mühərriki seçin:


    Dən başlayaraq

    36 600 AZN

    6 Speed Manual | 4X2
  • Corolla - LIVE + - Sedan 4 qapili

    Corolla LIVE +

    Sedan 4 qapili

    Mühərriki seçin:


    Dən başlayaraq

    39 000 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - FLEET H - Sedan 4 qapili

    Corolla FLEET H

    Hibrid
    Sedan 4 qapili

    Mühərriki seçin:


    Dən başlayaraq

    39 600 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - ELEGANCE - Sedan 4 qapili

    Corolla ELEGANCE

    Sedan 4 qapili
    • +
      Məlumat displeyi üçün 12.3 düymlük ekran

    Mühərriki seçin:


    Dən başlayaraq

    43 800 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Elegance + - Sedan 4 qapili

    Corolla Elegance +

    Hibrid
    Sedan 4 qapili
    • +
      Proaktiv sürməyə kömək (PDA)
    • +
      10.5 düym multimedia displey
    • +
      Məlumat displeyi üçün 12.3 düymlük ekran

    Mühərriki seçin:


    Dən başlayaraq

    44 500 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - STYLE - Sedan 4 qapili

    Corolla STYLE

    Sedan 4 qapili
    • +
      Məlumat displeyi üçün 12.3 düymlük ekran

    Mühərriki seçin:


    Dən başlayaraq

    44 600 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Lounge h - Sedan 4 qapili

    Corolla Lounge h

    Hibrid
    Sedan 4 qapili
    • +
      Proaktiv sürməyə kömək (PDA)
    • +
      10.5 düym multimedia displey
    • +
      Məlumat displeyi üçün 12.3 düymlük ekran

    Mühərriki seçin:


    Dən başlayaraq

    46 700 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - GR-SPORT (BI TONE) - Sedan 4 qapili

    Corolla GR-SPORT (BI TONE)

    Sedan 4 qapili
    • +
      Məlumat displeyi üçün 12.3 düymlük ekran

    Mühərriki seçin:


    Dən başlayaraq

    50 500 AZN

    Continuously Variable Transmission | 4X2

Toyota Corolla qalereyası