Hüquqi məlumat

Bu saytda (bundan sonra “Sayt”) yerləşdirilmiş məlumatdan istifadə etməzdən öncə hazırki qaydalarla tanış olmağınızı xahiş edirik (bundan sonra “Qaydalar”). Saytı ziyarət edərkən və orada əks olunan məlumatdan istifadə edərkən Siz, heç bir məhdudiyyətsiz və ya qeyd-şərtsiz hazırki qaydalarla razı olduğunuzu bildirirsiniz.

© "Тоyota Qafqaz" MMC

Mündəricat

Sayt, avtomobillər, ehtiyat hissələri, aksessuarlar və digər Toyota məhsulları (bundan sonra birlikdə “Toyota Məhsulları”), habelə müxtəlif Toyota reklam proqramları barədə məlumatları əks etdirir. Saytda təqdim olunan avtomobillər, ehtiyat hissələri, aksessuarlar və digər Toyota məhsulları yalnız Azərbaycan ərazisində satışa təklif olunur, Saytda təsvir edilən reklam proqramları həmçinin yalnız Azərbaycan üçün nəzərdə tutulmuşdur.

Bu saytda olan bütün məlumatlar yalnız məlumat xarakterlidir. Saytda təqdim olunan məlumatlar tam deyildir.

Daha dolğun və ətraflı məlumat almaq üçün rəsmi Toyota dilerlərinə və/və ya rəsmi Toyota tərəfdaşlarına müraciət edə bilərsiniz.

"Тоyota Qafqaz" MMC, bu Saytda yerləşdirilmiş məlumatlarda, o cümlədən model, komplektasiya, texniki xarakteristikalar və Toyota Məhsullarının sərəncamda olub-olmaması barədə məlumatlarda istənilən vaxt bildirişsiz düzəliş etmək hüququna malikdir. Daha ətraflı məlumat almaq üçün rəsmi Toyota dilerlərinə və/və ya rəsmi Toyota tərəfdaşlarına müraciət edə bilərsiniz.

Qiymətlər, o cümlədən Toyota Məhsulları barədə digər məlumatlar

Toyota Məhsullarının qiymətləri barədə Saytda təqdim olunan məlumatlar yalnız məlumat xarakterlidir. Göstərilən qiymətlər tövsiyə olunan pərakəndə satış qiymətləridir (Saytın müvafiq bölməsində birbaşa əks məlumat verilməmişsə) və rəsmi Toyota dilerlərinin və/və ya rəsmi Toyota tərəfdaşlarının həqiqi qiymətlərindən fərqlənə bilər.

İstənilən Toyota məhsullarının alışı fərdi alqı-satqı müqaviləsinin şərtlərinə əsasən həyata keçirilir.

Saytda göstərilən Toyota avtomobillərinin texniki xarakteristikaları və komplektasiyaları Azərbaycana təchiz edilən Toyota avtomobillərinin xarakteristikalarından və komplektasiyalarından seçilə bilər.

Toyota məhsulları barədə Saytda təqdim olunan məlumatlar həmin Məhsulların rəsmi Toyota dilerlərinin və/və ya rəsmi Toyota tərəfdaşlarının sərəncamında olmasına dəlalət etmir.

Avtomobilin model və komplektasiyasından, habelə satıldığı ərazidən asılı olaraq müxtəlif avadanlıq, detallar, qovşaqlar və ləvazimatlar görünüşünə görə Saytda təsvir edilənlərdən fərqlənə bilər. Avtomobillərin, aksessuarların və digər Toyota məhsullarının rənginin çaları Saytda göstərilən təsvirdən fərqlənə bilər.

Toyota avtomobillərinin yanacaq sərfi barədə məlumatlar sürmə tərzi, habelə yanacaq sərfinə təsir edən yol, hava və digər şəraitlər nəzərə alınmamaqla ideal şəraitlərdə alınmışdır. Həqiqi yanacaq sərfi göstərilənlərdən fərqlənə bilər və yalnız təcrübə / eksperimental yolla təyin olunur.

Toyota avtomobillərinin maksimal sürəti barədə məlumatlar sürmə tərzi, habelə avtomobilin maksimal sürətinə təsir edən yol, hava və digər şəraitlər nəzərə alınmamaqla ideal şəraitlərdə alınmışdır. Həqiqi maksimal sürət göstərilənlərdən fərqlənə bilər və yalnız təcrübə / eksperimental yolla təyin olunur.

Saytda göstərilən qiymət, komplektasiya, texniki xarakteristikalar və Toyota məhsulları barədə digər məlumatlar əvvəlcədən bildiriş verilmədən istənilən vaxt dəyişdirilə bilər.

Sizin regionda satılan avtomobillər, eləcə də digər Toyota məhsulları barədə ətraflı məlumat almaq üçün rəsmi Toyota dilerlərinə və/və ya rəsmi Toyota tərəfdaşlarına müraciət edə bilərsiniz.

"Cookie" texnologiyasının tətbiqi (istifadəçilərin WWW-serverinə müraciət tarixçəsi barədə izlənilən məlumatlar)

"Тоyota Qafqaz" MMC, hazırki Saytı Sizin üçün daha da faydalı və rahat etmək üçün "Тоyota Qafqaz" MMC-yə Sayt ziyarətçilərinin aktivliyinin qeydiyyatının aparılmasına, onun işinin effektivliyinin qiymətləndirilməsinə və təkmilləşdirilməsinə yardım məqsədilə istifadəçinin Sayta/Saytda gedişinin təyin olunması üçün “cookie” texnologiyasından istifadə edir. "Тоyota Qafqaz" MMC bu texnologiyanın istifadəsilə Saytın fərdi ziyarətçiləri barədə məlumatların qeydiyyatını aparmır – Sizin haqqınızda hər hansı konkret məlumat saxlanılmır və istifadə olunmur. Nəzərinizə çatdırırıq ki, Siz brauzerinizi Sayta müraciətlərinizin qeydiyyatından imtina etməsinə və ya belə qeydiyyat üçün sorğu daxil olduqda xəbərdarlıq verilməsinə ayarlaya bilərsiniz.

İstifadəçilər barədə məlumatlar/istifadəçi daxiletməsi

"Тоyota Qafqaz" MMC, Saytın istifadəçiləri barədə istifadəçilərin özləri tərəfindən təqdim olunan istənilən məlumatları yalnız Sizə təqdim olunan xidmətlərin və Sayt istifadəçilərinin xidmət səviyyəsinin artırılması, Saytın ziyarət statistikasının aparılması üçün istifadə olunacaq. "Тоyota Qafqaz" MMC, Saytın istifadəçiləri barədə məlumatların onların xarakterinə uyğun olaraq toplanması, ötürülməsi və saxlanmasının təhlükəsizliyinin təmin olunması, habelə tərəfinizdən təqdim olunmuş şəxsi xarakterli məlumatların sizin razılığınız olmadan tərəfinizdən istənilməmiş məlumatların yönləndirilməsi və ya üçüncü tərəflərə ötürülməsi üçün istifadə olunmaması üçün bütün lazımi tədbirlər görür.

"Тоyota Qafqaz" MMC, Sayt istifadəçiləri barədə istənilmiş şəxsi xarakterli məlumatları Azərbaycan Respublikasının şəxsi məlumatlar üzrə qanunvericiliyinin nəzərə alınması şərtilə istifadə etmək, saxlamaq və işlənmək məsuliyyətini daşıyır.

Bununla yanaşı, "Тоyota Qafqaz" MMC, istifadəçilər tərəfindən verilmiş məlumatları öz mülahizəsi ilə vaxtaşırı yoxlamaq, redaktə etmək və səbəbləri açıqlamadan Saytdan pozmaq hüququnu özündə saxlayır.

Müəlliflik hüquqları barədə bildiriş

Hazırki saytda yerləşdirilmiş məlumatların istifadəsi (mətn, qrafik, audiovizual və s.) yalnız müəlliflik hüquqları və əqli mülkiyyət sahəsindəki mövcud Azərbaycan qanunvericiliyinin tələblərinin, eləcə də bu Qaydalara əməl olunması şərtilə həyata keçirilə bilər. Hazırki saytda yerləşdirilmiş məlumatlar yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər (şəxsi, məlumat xarakterli, tədqiqat və s. bu kimi). Sayt ziyarətçiləri məlumatları hər hansı kommersiya məqsədləri üçün istifadə etmək hüququna malik deyillər, o cümlədən "Тоyota Qafqaz" MMC-nin əvvəlcədən razılığı olmadan məlumatların tam və ya qismən surətini çıxarmaq, dəyişmək, göndərmək və ya dərc etmək hüququna malik deyillər.

Saytda yerləşdirilmiş məlumatların surətinin çıxarılmasına, eynilə məlumatlara isnad edilməsinə yalnız Sayta məlumat mənbəyi olaraq istinad edilməsi şərtilə icazə verilir, belə olan halda isnad (surəti çıxarılan) edilən məlumatlara heç bir dəyişikliklərin, əlavələrin və ya onların təhrif edilməsinə icazə verilmir. Azərbaycan qanunvericiliyinə əsasən qorunma obyekti olan Saytın dizayn, struktur, təsvir, qrafika və digər elementlərinin yeni məlumat obyektlərinin yaradılması və ya qanunvericiliyi pozan hər hansı digər məqsədlərlə nə tam, nə də qismən surətinin çıxarılması, "Тоyota Qafqaz" MMC-nin icazəsi olmadan hər hansı daşıyıcılarda surətlərin yaradılması yolu ilə paylanması həmçinin qadağandır.

Ticarət nişanları

Bu Saytda olan bütün ticarət nişanları, loqotiplər, xidmət nişanları "Тоyota Qafqaz" MMC-nin və ya üçüncü tərəflərin mülkiyyətidir. Onların Saytda yerləşdirilməsi heç bir vəchlə hüquq mülkiyyətçisinin əvvəlcədən yazılı razılığı olmadan onların istifadəsi və ya onlara hüquqların verilməsinə icazə və ya hüquqların verilməsi kimi şərh edilə bilməz.

Hipeistinadlar

Saytda yerləşdirilmiş hipermətnli istinadla başqa İnternet-saytlara keçid zamanı istifadəçi hazırki Saytı tərk edir. "Тоyota Qafqaz" MMC-nin kənar təşkilatların informasiya resursları olan məlumatların düzgünlüyünə, tamlığına və həqiqiliyinə görə məsuliyyət daşımır. Başqa saytlara istinadlar istifadəçilərin rahatlığı üçün təmin olunmuşdur, və bu o demək deyil ki, "Тоyota Qafqaz" MMC həmin saytların tərkibini bəyənir və ya onlara görə məsuliyyət daşıyır.

Məsuliyyətin məhdudlaşdırılması

"Тоyota Qafqaz" MMC, Saytda yerləşdirilən bütün məlumatların düzgünlüyünün təmin olunması üçün bütün lazımi tədbirlər görür. Bununla yanaşı, "Тоyota Qafqaz" MMC Saytda olan məlumatların tam düzgünlüyünə, tamlığına və ya həqiqiliyinə zəmanət vermir, yerləşdirilən məlumatlarda mümkün qeyri-dəqiqliklərə, səhvlərə və ya digər qüsurlara, eləcə də belə məlumatın vaxtlı-vaxtında təmin olunmamasına və Saytın zəmanətli fasiləsiz fəaliyyətinə görə cavabdehlik daşımır. Bu Sayt və onda əks olunan bütün məlumat və materiallar Sizə məhdudiyyətsiz və senzurasız, eləcədə heç bir zəmanətsiz "as is" (olduğu kimi) təqdim edilmişdir. Saytda yerləşdirilmiş məlumatların keyfiyyətinin, onun aktuallığının, tamlığının və məqsədəuyğunluğunun qiymətləndirilməsi – Sizin nəzarətdən və səriştədən asılıdır.

"Тоyota Qafqaz" MMC əlverişsiz nəticələrə, eləcə də girişin məhdudlaşdırılması nəticəsində, və ya Saytın ziyarət edilməsi və onda yerləşdirilmiş məlumatlardan istifadə olunması nəticəsində vurulan istənilən zərərlərə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, istənilən ziyanlara, kompüter avadanlığınıza zərər yetirmiş viruslara görə məsuliyyət daşımır.

Qaydaların yenilənməsi

"Тоyota Qafqaz" MMC, istənilən vaxt əvvəlcədən bildiriş vermədən hazırki Qaydaların mətninə və ya şərtlərinə yenidən baxmaq, düzəliş və əlavələr etmək hüququna malikdir. Bu cür dəyişikliklər Saytda yerləşdirildiyi andan qüvvəyə minir. Bu Qaydaların mümkün dəyişməsi barədə məlumat almaq üçün Sizə bu səhifəyə vaxtaşırı ziyarət etmək tövsiyə olunur.

Hazırki Qaydaların dəyişdirilməsindən sonra İstifadəçi tərəfindən materiallardan istifadə olunması avtomatik olaraq istifadəçinin yenilənmiş Qaydalarla tanış olması və onların qəbul etməsi deməkdir.

Our E-Privacy policy

We use cookies on our website to provide you with a better service.  If you are happy with this continue to use the website as normal, or find out how to manage cookies.