Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

Aktiv Təhlükəsizlik Sistemi

Toyota Safety Sense

Sizi gündəlik səfərlərinizdə dəstəkləməklə və hər kəs üçün daha təhlükəsiz səfər mühiti yaratmaqla yol qəzalarını mümkün qədər azaltmaq məqsədi daşıyan Toyota Safety Sense dörd aktiv texnologiyadan ibarət olan yeni hazırlanmış paketə malikdir: Toqquşmanın qarşısını alan funksiya, Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası, Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası, Adaptiv Kruiz Kontrol


Toyota Safety Sense texnologiyası potensial təhlükəli vəziyyətləri nəzarətdə saxlamağa və özünüzün və sərnişinlərinizin təhlükəsizliyini təmin etməyə kömək edir: Toqquşmanın qarşısını alan funksiya qarşıdakı avtomobilləri aşkar etmək üçün kamera və lazer sensorlarından istifadə edir və toqquşmaların aradan qaldırılması, yaxud nəticələrinin azaldılmasına kömək edir; Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası avtomobil təsadüfən hərəkət zolağından çıxdığı halda sizə xəbərdarlıq edir; Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası avtomobilin gecə vaxtı daha təhlükəsiz şəkildə idarə edilməsi üçün işıqları dəyişir; və Adaptiv Kruiz Kontrol sistemi sizi qarşıdakı nəqliyyat vasitəsindən əvvəlcədən müəyyən edilmiş minimum məsafədə saxlayır.

Toqquşmanın qarşısını alan funksiya

"Toyota Safety Sense"in Toqquşmanın qarşısını alan funksiya qarşıdakı avtomobilləri aşkar etmək üçün kamera və lazerdən istifadə edir. Toqquşma təhlükəsi aşkar edildikdə sürücüyə audio və vizual xəbərdarlıq edilir və əyləc qüvvətləndiricisi işə salınır. Sürücü avtomobili vaxtında dayandıra bilməzsə, əyləclər potensial toqquşmanın qarşısını almaq, yaxud onun nəticələrini azaltmaq üçün avtomatik olaraq işə düşür.

Texniki ad: Qəza öncəsi Təhlükəsizlik Sistemi

Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası

Toyota Safety Sense sisteminin Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası qarşıdakı yolda hərəkət zolağını aşkar etmək üçün kameradan istifadə edərək avtomobiliniz dönmə göstəricisi işə salınmadan hərəkət zolağından çıxmağa başladıqda sürücüyə audio və vizual xəbərdarlıq verir - bu zaman sürücü müvafiq tədbir görə bilir.

Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası

Toyota Safety Sense sisteminin Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyasıı gecə vaxtı bütün yol istifadəçiləri üçün yolun görünmə dərəcəsinin optimallaşdırılması məqsədi daşıyır. Kamera yaxınlaşan avtomobillərin işıqlarını aşkar edir və küçə işıqlarının parlaqlığını nəzarətdə saxlayır. O, avtomobilin gecə vaxtı daha təhlükəsiz idarəedilməsi üçün avtomatik olaraq uzaq və yaxın işıq rejimləri arasında keçid edir.

Adaptiv Kruiz Kontrol

"Toyota Safety Sense"in Adaptiv Kruiz Kontrol sistemi sizi qarşıdakı nəqliyyat vasitəsindən əvvəlcədən müəyyən edilmiş minimum məsafədə saxlayır. Əgər məsafə azalarsa, sistem sürəti aşağı salır, tədricən əyləcləri işə salır və əyləc işıqlarını yandırır. Məsafə yenidən artdıqda, avtomobil tədricən sürətlənərək seçilmiş kruiz sürətinə qayıdır.

Nəzərinizə çatdırırıq ki, avtomobilin Toyota Safety Sense sisteminə malik olması modeldən, komplektasiyadan,vəsatış ölkəsindən asılı olaraq dəyişə bilər. Bütün texniki xüsusiyyətlər və avadanlıqları sizə yaxın Rəsmi Toyota dilerindən əldə edə bilərsiniz.

Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik . Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik . Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik .

Toyota Safety Sense kimi yeni aktiv təhlükəsizlik sistemləri sürücüyə yardım etmək üçün nəzərdə tutulub; onlar sürücünü əvəz etmir. Sürücü hər zaman avtomobilini nəzarətdə saxlamalıdır. Toyota Safety Sense sisteminin fəaliyyəti xarici amillərlə bağlı olaraq pozula və ya çətinləşə bilər. Toyota sistemin istifadə edilməsindən qaynaqlanan hər hansı fəsadlar üçün məsuliyyət daşımır.

Əlavə məlumat

Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik .
Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK