1. Owners
  2. Clutches

MUFTA

Avtomobil yollarında, ensiz kənd yollarında və ya sıx şəhər küçələrində hərəkət etməyinizdən asılı olmayaraq tam funksional mufta ötürmə və sürətin effektiv və təhlükəsiz qaydada dəyişdirilməsi üçün vacibdir və sizə Toyotanızı tam nəzarətdə saxlamağa imkan verir.
  • Muftalar davamlı olaraq sürtünməyə məruz qaldığından, tədricən aşınırlar. Aşınmanın bir neçə aşkar əlamətləri var. Bunlara aşağıdakılar daxildir:

    • Ötürməni dəyişmənin çətinliyi 
    • Zəif sürətlənmə 
    • Qeyri-adi səs-küy
  • Bizim Toyota orijinal muftalarımız hər model üçün xüsusi qaydada dizayn edilmişdir və bir sıra üstünlüklərə malikdir:

    • Hər bir Toyota modelinə mükəmməl uyğunluq
    • Muftanın səthindəki yivlər və xüsusi dizayn edilmiş damperlər sayəsində rahat səyahət təcrübəsi və gücləndirilmiş performans
    • Davamlılıq üçün xrom örtüklü və möhkəmləndirilmiş komponentlər  
    • Ətraf mühit üçün zərərsiz fiber şüşədən hazırlanmışdır

    Orijinal Toyota muftası asanlıqla əyilmir və ya aşınmır, daha uzunömürlüdür və sizin xüsusi Toyota modelinizə uyğundur. 

    Səyahət zamanı öz rahatlığınız naminə, muftanızın Toyota Səlahiyyətli Təmirçisi tərəfindən mütəmadi olaraq yoxlandığından əmin olun