Saxta ehtiyat hissələri eyni görünə və eyni şəkildə uyğun gələ bilər, lakin aşağı keyfiyyətli materiallar səbəbilə gözlənilən performans təminatını verə bilmir. Toyota sizin avtomobilinizin təhlükəsizliyi və ən yaxşı performansına önəm verdiyi üçün hər zaman Toyota dilerinizin təqdim etdiyi orijinal Toyota ehtiyat hissələrindən istifadə etməyi sizə tövsiyə edirik. Toyota orijinal ehtiyat hissələri ilə müştərilər geniş araşdırma və sınaqlarla təminat altına alınmış ən yüksək keyfiyyət standartlarına etibar edə bilərlər.

Risk və təhlükələr

/

Saxta ehtiyat hissələri həm təhlükəsizlik, həm də maliyyə baxımından zərərlidir. Toyota öz şəbəkəsi daxilində, habelə öz müştəriləri ilə və sərhəd nəzarəti vasitəsilə Toyota adından istifadə edən saxta məhsulların bazardan çıxarılmasına yardım etmək istiqamətində inamla çalışır.
/
İstehlakçılar üçün təhlükəsizlik riski
  • Saxta ehtiyat hissələri Toyota orijinal məhsullarında olduğu kimi eyni dərəcədə yüksək keyfiyyətli materiallardan hazırlanmadığından və eyni ciddi keyfiyyət standartları ilə tənzimlənmədiyindən, sürücü və sərnişinlər üçün sağlamlıq risklərinə gətirib çıxarır
  • Orijinal olmayan hissələr daha tez aşınır, o cümlədən sıradan çıxmalara və qəzalara səbəb olur.
/
İstehlakçılar üçün maliyyə riski
  • Avtomobilin düzgün işləməsi üçün ən önəmli hesab olunan saxta hissələr (mufta diskləri, əyləc bəndləri, yağ filtrləri) avtomobilə ziyan vura və yüksək xərc tələb edən təmirə səbəb ola bilər.
  • Saxta ehtiyat hissələrindən istifadə avtomobilinizin istehsalçısının təqdim etdiyi zəmanətin itməsi ilə nəticələnə bilər.

Toyota keyfiyyət standartları

Bütün Toyota orijinal məhsulları geniş araşdırma və dəqiq sınaq prosedurlarının nəticəsidir. Hər bir məhsul Toyotanın yüksək keyfiyyət, etibarlılıq və performans standartlarına dəqiqliklə cavab verməsini təmin etmək məqsədilə ətraflı müayinədən keçirilir. Yalnız bu ciddi qiymətləndirmələrdən keçən məhsullar istehlakçıya ötürülür və bununla da avtomobilinizin təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə kömək edir.

Əlavə olaraq, bütün Toyota orijinal məhsulları avtomobilinizin optimal şəkildə çalışmasını və gözlədiyiniz üstün performansı təklif etmək məqsədilə Toyota zəmanətinə malikdir. Toyota özünün Orijinal ehtiyat hissələrindən başqa hər hansı digər hissələrdən istifadə nəticəsində yaranan hər hansı problemə görə zəmanət nəzərdə tutmur.



Toyotanızı ən yüksək performansda saxlamaq və təhlükəsizliyinizi təmin etməyin ən yaxşı yolu təmir və texniki qulluq üçün hər zaman Toyota Səlahiyyətli Təmirçilərindən Toyota Orijinal ehtiyat hissələrini seçməkdir.
 

Saxta və ya Orijinal Toyota ehtiyat hissələri

Yağ Filtrləri

Saxta yağ filtri
Saxta ehtiyat hissəsi
  • Çox zaman ikinci klapan olmur və tıxandığı halda mühərrikə ümumiyyətlə yağ getmir ki, bu da onun tutulmasına və təmirinin baha başa gəlməsinə gətirib çıxarır.
  • Saxta yağ filtri daha çox tıxanmaq ehtimalı olan aşağı keyfiyyətli filtr kağızına malikdir. Bu isə yağın düzgün şəkildə təmizlənməməsi ilə nəticələnir.
  • "o" şəkilli halqa mühərrikə yağ sızmasına şərait yaradan (yanğın riski) daha ucuz materialdan hazırlanır.
  • Sınaqlar göstərir ki, orijinal Toyota yağ filtrləri ilə müqayisədə saxta filtrlər yarım dəfə daha tez tıxanır və tez-tez dəyişdirilməli olur.
orijinal yağ filtri
Orijinal ehtiyat hissəsi
  • Toyota orijinal yağ filtri yüksək keyfiyyətli materiallardan hazırlanaraq dəqiqliklə sınaqdan keçirilmişdir.
  • Filtr materialı geniş səth sahəsinə malikdir və iş üçün xüsusilə dizayn və istehsal edilmiş komponentlərlə yerində sabit saxlanılır
  • Örtük materialının və "o" şəkilli halqanın keyfiyyəti və hazırlanması onların heç vaxt sızmamasını təminat altına almaq məqsədilə dərindən sınaqdan keçirilmişdir.

Əyləc bəndləri

Saxta Əyləc Bəndi
Saxta Əyləc Bəndi
Saxta əyləc bəndləri aşağı keyfiyyəti açıq sezilən materiallardan istifadə olunmaqla hazırlanmışdır ki, bu da əsas performans səviyyələrinə çatmağa kifayət etməyən əyləc qüvvəsi verir. Sürtünmə materialı metal lövhədən ayrıla bilər və bunun nəticəsində əyləcin sıradan çıxmasına və mümkün yol qəzasına gətirib çıxara bilər. Material orijinal Toyota əyləc bəndlərində olduğu kimi istiliyə davamlı olmadığından, yanmağa meylli olur.

Digər problemlərə isə vaxtından əvvəl aşınma, qısa istismar müddəti və əyləc disklərində oyuqların yaranmasıdır. Bunun nəticəsində vibrasiyalar, ani sıradan çıxma baş verir və tez-tez əvəzlənməyə ehtiyac olur.
Orijinal əyləc bəndi
Orijinal Əyləc Bəndi
Əyləc bəndləri avtomobilinizin təhlükəsizliyinə təsir göstərən bəlkə də ən mühüm hissə olduğundan, Toyota mütəmadi olaraq onun üzərində sınaqlar aparır.

Ən yüksək standartlara cavab verməsi sübut olunan yüksək keyfiyyətli sürtünmə materialından hazırlanır.

Araşdırmalarımız göstərir ki, Toyota orijinal əyləc bəndləri ilə normal dayanma məsafəsi saxta versiyalarda olduğundan 30% qısadır.

Hava Filtrləri

Saxta Hava Filtri
Saxta Hava Filtri
Nəticədə, bütün hava filtrləri tıxanır və əvəzlənməyə ehtiyac duyur, lakin saxta fitrlər yalnız bir filtr materialına malik olduğundan, Toyota orijinal hava filtri ilə müqayisədə yarım dəfə tez tıxanır.

Bizim sınaqlarımıza əsasən, saxta hava filtrləri orijinallardan daha az toz tutur. Bu o deməkdir ki, onlar mühərrikə 10 dəfə daha çox toz hissəcikləri buraxır.
orijinal hava filtri
Toyota Orijinal Hava Filtri
Orijinal Toyota hava filtri onun istismar müddətini uzadan və mühərrikin iş qabiliyyətini maksimallaşdıran 3 qat filtr materialına malikdir. Onun ölçüləri dəqiq olmaqla yanaşı, mühərrikə zərər vuran toz hissəciklərini buraxacaq boşluğu yoxdur.

Hava yastıqları

Hava yastıqlarının endirimlə və hərrac saytları vasitəsilə satışının getdikcə artdığı dövrdə xüsusi diqqət yetirilməlidir ki, hava yastıqlarının hər hansı əvəzlənməsi onlara ən çox ehtiyac duyulan zaman işlək halda olmasına zəmanət verilməsi üçün Toyotanın səlahiyyətli Təmirçiləri tərəfindən quraşdırılsın.

Saxta hava yastıqları
Saxta Hava Yastığı
Sınaqlar göstərir ki, saxta hava yastıqları qəza zamanı gec açıla və ya hec açılmaya bilər, yaxud da ehtiyac olmadan açılaraq özləri qəzaya səbəb ola bilər. Bəziləri isə hətta partladığı zaman salona metal hissəciklər səpələyir.

Saxta hava yastığının əlamətlərinə adətən aşağı qiymət, fərqli rəng və ya üzlük, uyğun gəlməsi üçün kəsildiyinin müşahidə edilməsi və yanma zamanı hava yastığının xəbərdarlıq işığının yanmaması aiddir.
orijinal hava yastıqları
Toyota Orijinal Hava Yastığı
Komponentlərin keyfiyyəti hava yastıqlarının düzgün açılması üçün həyati əhəmiyyət daşıyır. Toyota orijinal hava yastıqları toqquşma zamanı 1/4 saniyəyə reaksiya verir. Bu isə akselerometrlər, sensorlar və tətiklər arasında kabellərin və birləşmələrin ən yüksək standartlarla və düzgün materiallardan istifadə etməklə hazırlanmasını tələb edir.

Ayaqaltılar

Təmir və texniki qulluq məsələlərinə əlavə olaraq, Toyota orijinal aksesuarları da qeyri-qanuni olaraq kopyalanır və bazarda satılır. Onlar Toyota orijinal məhsullarında olduğu kimi eyni yüksək standartlarla hazırlanmır və bu baxımdan da təhlükəsizlik riskləri daşıyır.

Saxta parça ayaqaltı
Saxta parça ayaqaltı
Orijinal parça ayaqaltı
Orijinal parça ayaqaltı
Saxta rezin ayaqaltılar
Saxta rezin ayaqaltı
Saxta ayaqaltılar sizin avtomobilinizə mükəmməl şəkildə uyğun gəlmir və bu baxımdan pedalların altına sürüşərək sizin əyləci sıxmağınızı əngəlləyə bilər.
Orijinal rezin ayaqaltılar
Orijinal rezin ayaqaltı
Toyota orijinal ayaqaltıları hər bir modelə mükəmməl şəkildə uyğun formada xüsusilə dizayn edilir. Parça və ya rezin olmasından asılı olmayaraq, bütün Toyota ayaqaltıları avtomobilə mükəmməl şəkildə uyğun gəlir və olduğu yerdən sürüşməməsi üçün xüsusilə dizayn edilmişdir.

Alışdırma şamları

Saxta alışdırma şamı
Saxta alışdırma şamı
Saxta alışdırma şamları ehtiyat hissə kimi görünsə də, əslində ehtiyat hissə rolunu oynamırlar. Məsələn, alışdırma şamının üzərində göstərilmiş rəqəm onun davam gətirdiyi istilik aralığını göstərir. Sınaqlar göstərir ki, saxta alışdırma şamları çox zaman üzərində göstərilən istiliyə davam gətirmir, ən pis halda isə, elektrod əriyir ki, bu da mühərrikin zədələnməsinə gətirib çıxarır.

Mis elektrod olmadan saxta alışdırma şamının istilik müqaviməti çox aşağıdır və bu mühərrikin zədələnməsi ilə nəticələnir. Aşağı keyfiyyətli izolyator effektiv yanma üçün tələb olunan yüksək gərginliyə davam gətirə bilmir, bununla da gərginlik sızması, mühərrikin yanmaması və aşağı mühərrik gücü kimi halların baş verməsinə şərait yaradır. Mərkəzi elektrod daxilində mis konstruksiyanın olmaması ilə, saxta alışdırma şamları Toyota orijinal qurğuları ilə müqayisədə daha tez aşınır.
Orijinal alışdırma şamı
Toyota orijinal alışdırma şamı
Alışdırma şamları avtomobilin optimal performansının müəyyən edilməsində və mühərrikin etibarlı işinin təmin edilməsində böyük rol oynayır. Toyota orijinal alışdırma şamları örtüyün üzərində göstərilən istilik spesifikasiyalarına cavab verə bilir.

Verilmiş performans səviyyələrinə cavab verməsini təmin etmək məqsədilə düzgün şəkildə sınaqdan keçirilmiş mərkəzi elektrod səmərəli istilik konduksiyası üçün misdən hazırlanmışdır.

Nə üçün Toyota orijinal ehtiyat hissələrini almalı?

/

Sertifikatlaşdırılmış və sizin Toyotanızın zəmanətini saxlayan yüksək keyfiyyətli məhsullar
/

Ehtiyat hissələrinin Toyota spesifikasiyalarına uyğun hazırlandığı və mükəmməl qaydada uyğun gəlməsinə 100% zəmanət verilir.
/

Yalnız Toyota orijinal ehtiyat hissələrindən istifadə etməyin sayəsində Toyotanızın yüksək təkrar satış dəyəri.

 


Hər bir sınaqda mübahisəli məsələ yoxdur. Avtomobilinizin performansı sizin rahatlığınızla birləşir. Toyotanızın təmiri zamanı yeganə yaxşı seçim olaraq Toyota dilerinizdən Toyota orijinal ehtiyat hissələrini istəyin.


Diler ilə əlaqə    Texniki qulluq üçün qeydiyyatdan keçin

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK