1. Owners
  2. Toyota windscreen

ALIN ŞÜŞƏSİ

AYDIN GÖRÜNTÜ VƏ TAM RAHATLIQ ÜÇÜN

Toyotanızı sürdüyünüz zaman əla görüntü və kənar cisimlərdən qorunma üçün alın şüşənizə güvənə biləcəyinizi hiss etmək istəyirsiniz.

 

Alın şüşəniz zədə aldığı təqdirdə, onun təmir edilməli və ya əvəzlənməli olduğunun müəyyənləşdirilməsi məqsədilə dəqiq yoxlama aparması üçün Toyota Səlahiyyətli Təmirçisinə etibar edə bilərsiniz.
Toyotanızın yüksək keyfiyyətli alın şüşəsi ilə təchiz edilməsinin təmini sizin və sərnişinlərin təhlükəsizliyi üçün önəmlidir – təhlükəsizlik sınaqları davamlı olaraq Toyota Orijinal Alın Şüşələrinin ən yüksək keyfiyyətə malik olduqlarını təsdiq edir. 
Bizim alın şüşələrimiz nəinki davamlılıq və möhkəmlilik sınaqlarından keçirilir, biz həm də şüşə səthində optik təhrifə gətirib çıxara biləcək mümkün deformasiya üzrə sınaqdan keçirməklə sizi əla görüntü ilə təmin edirik.

SİZ TOYOTA ORİJİNAL ALIN ŞÜŞƏLƏRİNƏ ETİBAR EDƏ BİLƏRSİNİZ:

Gücləndirilmiş təhlükəsizlik

Sizi kənar cisimlərdən qorumaqla yanaşı, Toyota Orijinal Alın Şüşəsi təsir anında ciddi xəsarəti önləməyə də kömək edir.

Əla keyfiyyət

Toyota Orijinal Alın Şüşələrini akustik və termal rahatlıq, UB filtrasiya və əla görüntü qabiliyyəti üçün yüksək optik keyfiyyət təmin edir.

Əla quraşdırma

Bizim Alın Şüşələrimiz xüsusi olaraq Toyota avtomobilləri üçün hazırlanmış və Toyota Təhlükəsizlik Sensoru ilə inteqrasiya üçün optimallaşdırılmışdır. 

Alın şüşələrinizin təmirə və ya əvəzlənməyə ehtiyacı olduğunda, Toyota Səlahiyyətli Təmirçiləri köməyə hazırdırlar. Sizin Toyotanızı hər kəsdən daha yaxşı bilən mütəxəssis texnik olduqlarından, bu təmir işlərinin yüksək standartlara uyğun şəkildə aparılacağından və səyahət zamanı sizə rahatlıq bəxş ediləcəyindən əmin ola bilərsiniz.

Bir neçə sadə addımla texniki qulluq üçün indi onlayn qeydiyyatdan keçin