1. Owners
  2. Motor Oil

TOYOTA MÜHƏRRİK YAĞI

Bizim mühərriklərimiz istənilən şəraitdə bənzərsiz performans, səmərəlilik və etibarlılıq təmin etməsi üçün dizayn edilmişdir, lakin bu yüksək toleransların qorunub saxlanması üçün onlara mütəmadi qulluq və ən yüksək keyfiyyətli yağ tələb olunur. Toyota Orijinal Mühərrik Yağı (TOMY) xüsusilə sizin avtomobiliniz üçün nəzərdə tutularaq dizayn edilmiş yeganə sürtkü yağıdır. Digər markalardan fərqli olaraq, TOMY sürtkü yağları sizin mühərrikin ehtiyaclarını mümkün olan ən yaxşı səviyyədə qarşılamasını təmin etmək məqsədilə müstəsna olaraq Toyotaların üzərində sınaqdan keçirilir və təkmilləşdirilir.

Bizim yaşamaq üçün suya, bitkilərin çiçəklənməsi üçün günəş işığına ehtiyacı olduğu kimi, avtomobilinizin mühərrikinin də sağ qalmaq və ən yaxşı performansını sərgiləməsi üçün mühərrik yağı ilə qorunmasına ehtiyacı var.

  • Mühərrikinizin TOMY-dan faydalana biləcəyi bir neçə yol aşağıda verilmişdir:

    • Qoruma: Möhkəm, nazik qoruyucu qat mühərrik hissələrinin birgə işləməsinə imkan verir. O olmadan, mühərrik həddən artıq qızar və tutulardı.
    • Enerji: Porşen və silindr divarı arasında boşluğu doldurmağa kömək edərək, mühərrikinizə maksimal enerji verməyə kömək edir.
    • Qənaət: Mühərrikin rahat çalışmasını təmin edir ki, bununla da sərf olunan enerji miqdarı azalır və nəticədə hər litrə düşən kilometrin sayı çoxalır.
    • Etibarlılıq: Çöküntülərin formalaşmasının qarşısının alınmasına kömək edərək mühərrikinizi təmiz saxlayır və porşen halqalarının yapışmasının qarşısını alır.
    • Uzunömürlülük: Yanma zamanı əmələ gəlmiş pas kimi turşuları neytrallaşdıraraq, korroziyanı daha uzun müddətə aradan qaldırır.
    • Çeviklik: Hər bir hava şəraitində və yol tələblərində mühərrikinizin mükəmməl çalışacağı barədə sizdə əminlik yaradır.

Sintetikdən minerala qədər, dizeldən benzinə qədər bizim hətta ən çətin mövsümlər üçün belə yağımız var, odur ki, siz Toyotanız üçün ən uyğun olanını seçə bilərsiniz.

Düzgün Toyota Orijinal Mühərrik sürtkü yağlarından mütəmadi olaraq istifadə etməklə siz öz Toyotanızın üstün performansından, yanacağa qənaət və emissiyalardan qarşıdakı uzun illər boyu həzz almağa davam edəcəksiniz.

Bir neçə sadə addımla texniki qulluq üçün indi onlayn qeydiyyatdan keçin