1. Owners
  2. Toyota genuine v belts

V-KƏMƏRLƏR

SÜKAN ARXASINDA HƏYATINIZA ENERJİ QATIR

Çarxların dönməsini təmin etmək məqsədilə sizin Toyota Mühərrikiniz mükəmməl ahənglə işləyən digər bir çox komponentlərə istinad edir. Bu komponentləri gücləndirən isə V-kəməridir. Odur ki, Toyota V-kəmərinizin tam işlək vəziyyətdə olmasını təmin etmək çox mühümdür.

Avtomobilinizin V-kəmərinin aşındığı halda, siz aşağıdakı əlamətləri müşahidə edə bilərsiniz:

  • Zəif akkumulyator batareyası
  • Kəmər sürüşdüyü halda qeyri-adi səs-küy
  • Ventilyasiya və ya sükan hidrogücləndiricisi ilə bağlı problemlər
  • Kəmərin üzərində gözlə görünən zədə

Aşınmış kəmərin yeni orijinal Toyota V-kəmərlə əvəzlənməsi ilə avtomobiliniz mümkün olan ən yüksək səmərəliliklə çalışacaq. Səbəbi isə:

  • Hər bir Toyota modeli üçün xüsusi dizayn edilmişdir, yəni mükəmməl şəkildə uyğun gəlir və düzgün işləyir
  • Möhkəm, istiliyə davamlı material etibarlılığı, çevikliliyi və möhkəmliyi artırır
  • Bizim V-kəmərlər rezin örtüklü olduğu üçün uzunmüddətlidir 
 
Yalnız orijinal Toyota V-kəmərlər xüsusilə Totoya avtomobilləri üçün dizayn edilmiş və hazırlanmışdır. Səyahət zamanı öz rahatlığınız naminə V-kəmərinin Toyotanın Səlahiyyətli Təmirçisi tərəfindən yoxlandığından əmin olun.