Əsas məzmuna keç (Enter düyməsini basın)

MyToyota tətbiqinin funksiyaları haqqında əlavə məlumat

ÜMUMİ DİSKLEYMER

Qoşulmuş Xidmətlərin xüsusiyyətləri, onların mövcudluğu və sınaq müddətləri modelə, komplektasiyaya və ölkəyə görə dəyişə bilər.

Bu funksiyaların mövcudluğu həmçinin avtomobilinizdə quraşdırılmış connected car cihazından asılıdır. Ətraflı məlumat üçün yerli Toyota dilerinizə müraciət edin.

STANDART XİDMƏTLƏR

Bu paket istifadəçilərə MyToyota tətbiqinin təqdim etdiyi qoşulmuş xidmətlərdən (connected services) yararlanmağa imkan verir.

Toyota standart Connected Services xidmətlərini avtomobilin zəmanət tarixindən etibarən başlayan sınaq müddəti ilə təqdim edir. Qoşulma funksiyalarından istifadə etməyə başlamaq üçün istifadəçilər MyToyota tətbiqini yükləməli, İstifadə Şərtlərini qəbul etməli, Məxfilik Bildirişini təsdiqləməli və Standart Xidmətləri aktivləşdirməlidirlər.

Paketə daxildir:

  • Sürüş Analitikası, Hibrid Kouçinq və EV Kouçinq
  • Yanacaq səviyyəsi
  • Find My Car (park edilmiş avtomobilin xəritədə tapılması)
  • Servis və Texniki Baxış (Xidmətin Onlayn Sifarişi funksiyası)
  • Avtomobilin Statusu
  • Arxa Oturacağın Xatırlatma bildirişi
  • EV batareyasının idarə edilməsi

 

UZAQDAN İDARƏ OLUNAN XİDMƏTLƏR

Bu paket avtomobilində uzaqdan idarəetmə funksiyaları dəstəklənən istifadəçilər üçün nəzərdə tutulub və sınaq müddəti zəmanət tarixindən etibarən və ya ödəniş edildikdən sonra başlayır. İstifadəçilər bu paketdən yalnız Standart Xidmətləri aktivləşdirdikdən sonra yararlana bilərlər. MyToyota tətbiqinin hazırda təqdim etdiyi uzaqdan idarə olunan xidmətləri bunlardır:

  • Qapıların kilidlənməsi / açılması
  • Qəza işıqları
  • Genişləndirilmiş idarəetmə funksiyaları
  • Sadə və ya tam klimat-kontrol sistemi

 

AĞILLI XİDMƏTLƏR

Ağıllı Xidmətlər Toyota Smart Connect istifadəçilərinə Səsli Köməkçi (Voice Agent) funksiyaları vasitəsilə avtomobildaxili təcrübəni zənginləşdirməyə imkan verir. Abunə olduqdan sonra istifadəçilər aşağıdakı funksiyalardan istifadə etmək imkanını əldə edirlər:

  • Səsli Köməkçi (Voice Agent) avtomobilə quraşdırılmış səsli köməkçidir və “Hey Toyota” deməklə aktivləşdirilir.

 

 

Xüsusiyyətlərin təsviri

SÜRÜŞ ANALİTİKASI

MyToyota tətbiqi vasitəsilə geolokasiya məlumatları, giro- və G-sensorlar, yürüş, yanacaq/sərfiyyat məlumatlarına əsaslanaraq sürmə üslubunuz və davranışınız barədə qeydlərə baxa bilərsiniz. Bu qeydlər hər səfər üzrə təqdim olunur. Sürüş analitikasında kəskin əyləcləmə, kəskin sürətlənmə və sabit sürət kimi hadisələri, vaxtı və məkanı ilə birlikdə görə bilərsiniz.

HİBRİD SÜRÜCÜLÜK MƏŞQİ

Bu xidmət MyToyota tətbiqi vasitəsilə əsas hibrid göstəricilərinə (EV rejimində sürmə vaxtı və hibrid sürücünün balı) əsaslanan hibrid sürmə performansınızın qeydlərinə baxmağa imkan verir. 

Qeydlər hər səfər üzrə təqdim olunur. Hər səfər xəritədə göstərilir, EV rejimində sürmə tərziniz və davranışınız (sürətlənmə, əyləcləmə və sabit sürət) qeydə alınır və yanacaq sərfiyyatını azaltmağa kömək edən kontekstli tövsiyələrlə əlaqələndirilir. Həmçinin ümumiləşdirilmiş məlumatlara baxa və zamanla hibrid sürmə performansınızın təkmilləşdiyini asanlıqla izləyə bilərsiniz.

ELEKTRON AVTOMOBİL SÜRÜCÜLÜK MƏŞQİ

Daha hamar və səmərəli sürmək üçün tövsiyələr alaraq EV-dən maksimum yararlanmağı öyrənin və avtomobilin yürüş məsafəsini daha da artırın.

MAŞINIMI TAP

MyToyota tətbiqi vasitəsilə avtomobilinizin son məlum olan yerini yoxlaya bilərsiniz. Yer məlumatı mühərriki son dəfə söndürdüyünüz anda avtomobildən alınan son geolokasiya nöqtəsinə əsaslanır. 

Avtomobilinizə digər xəritə/naviqasiya tətbiqlərinin (məsələn, Apple Maps, Google Maps və s.) köməyi ilə naviqasiya edə və ya yerini quraşdırılmış mesajlaşma tətbiqləri və ya e-poçt vasitəsilə paylaşa bilərsiniz.

MƏNIM ISTIQAMƏTLƏRI

MyToyota tətbiqi vasitəsilə Ev və İş ünvanlarını, eləcə də digər “Seçilmiş” istiqamətləri təyin edə bilərsiniz.

Qeyd: İstiqamətin avtomobilə ötürülməsi üçün MyToyota tətbiqində Abunəlik Mərkəzində “Smart Services” aktivləşdirilməlidir. Avtomobilin naviqasiya qurğusunun qoşulması və istifadəsi ilə bağlı əlavə məlumat avtomobilinizin istifadəçi təlimatında mövcuddur.

AVTOMOBİLİN STATUSU

Bu funksiya avtomobilinizin qapılarının, pəncərələrinin, lyukun, baqajın və işıqların vəziyyətini, həmçinin Smart Açarın avtomobilin içərisində qalıb-qalmadığını göstərir.

Mühərrik söndürüldükdən sonra 4 dəqiqəyə qədər vaxt ərzində push bildirişi ala bilərsiniz. Bu bildiriş avtomobilin vəziyyəti ilə bağlı hər hansı qeyri-adi hal olduqda sizi məlumatlandırmaq üçündür (push bildiriş funksiyası həm smartfonunuzun ayarlarında, həm də tətbiqin bildiriş ayarlarında aktiv olmalıdır). Aşağıdakı bildirişlərdən biri və ya bir neçəsi göndərilə bilər:

  • Pəncərələr açıqdır (bir və ya bir neçə pəncərə açıqdır)
  • DQapılar kilidlənməyib və ya açıqdır (hər hansı qapı kilidlənməyibsə və ya açıqdırsa)
  • Dam lyuku açıqdır (əgər lyuk açıqdırsa)
  • İşıqlar yanır (ön və ya arxa faralar hələ də yanırsa)
  • Arxa oturacaq xatırladıcısı (mühərrik söndürüldükdən sonra arxa qapının açılması qeydə alınmayıbsa)

 

SERVİS VƏ TEXNİKİ XİDMƏT

Avtomobilinizin yürüş məlumatlarına əsaslanaraq MyToyota tətbiqində növbəti texniki xidmətin nə vaxt tələb olunduğunu göstərən taymer (həmçinin slayder adlanır) əks olunur. Siz servis tarixçənizi yoxlaya və dilerinizlə görüş təyin edə bilərsiniz. MyToyota hesabınızda üstünlük verdiyiniz dileri təyin etməyi tövsiyə edirik.

Avtomobilin servisi və texniki xidmətinin tələb olunan intervallarla həyata keçirilməsi məsuliyyəti sizə aiddir. Bu xidmətin təqdim edilməsi sizi həmin məsuliyyətdən azad etmir.

 

AVTOMATİK QƏZA BİLDİRİŞİ

Bu funksiya güclü zərbələri aşkar edən qabaqcıl sensorlardan istifadə edir. Toqquşma əvvəlcədən müəyyən edilmiş ağırlıq həddini keçdikdə Toyota Motor Europe bu barədə məlumatlandırılır.

Qəza baş verdikdə, toqquşma ilə bağlı əsas məlumatlar (yer və ağırlıq dərəcəsi daxil olmaqla) yerli Toyota şəbəkəsi ilə paylaşıla bilər. Qəzanın ağırlığından və yerli qaydalardan asılı olaraq, dəstək təklif etmək məqsədilə  sizinlə proaktiv şəkildə əlaqə saxlanıla bilər. Toyota şəbəkəsi (NMSC-lər və ya diler) MyToyota hesabınızda qeyd edilmiş əlaqə məlumatlarından istifadə edəcək və zəruri hallarda MyToyota tətbiqində qəza hallarında xəbərdar edilməsi üçün qeyd etdiyiniz  əlaqə məlumatları ilə müvafiq şəxsləri məlumatlandıracaq. Siz və əlaqə şəxsləriniz istənilən vaxt göstərilən yardımı qəbul etmək və ya imtina etmək hüququna maliksiniz.

Tətbiq daxilində aşkar edilmiş bütün hadisələrin tam qeydlərinə asanlıqla baxa bilərsiniz. Buraya qəzanın yeri və ağırlıq dərəcəsi daxildir. Həmçinin şəxsi qeydlər və fotoları əlavə edərək onları istinad üçün saxlaya və ya e-poçt vasitəsilə paylaşa bilərsiniz.

Qeyd edirik ki, təhlükəsizliyinizi artırmağı hədəfləsək də, qəza halları üçün nəzərdə tutulmuş xidmətlərin mövcudluğuna və ya keyfiyyətinə zəmanət verə bilmərik. Toyota və ya diler qəza xidməti ilə əlaqənin gec yaradılması, əlaqənin qurulmasında səhvlərə və ya ümumiyyətlə əlaqənin qurulmamasına görə məsuliyyət daşımır.

Bundan əlavə, avtomobiliniz üçün geolokasiya məlumatlarının paylaşımını deaktiv etsəniz, qəza baş verdikdə avtomobilin yerini müəyyən etmək mümkün olmayacaq.

Nəzərə alın ki, bəzi hallarda məcburi qəza zəngi funksiyası aktivləşdiriləcək.

Həmçinin xatırladırıq ki, hava yastıqlarının açılmasına səbəb olan qəza baş verdikdə avtomobiliniz yerləşdiyi ölkənin qəza xidmətlərinə avtomatik bildiriş göndərəcək.

TBu funksiya Böyük Britaniyanın Qanunvericiliyinə Avropa Birliyindən çıxış haqqında Qanunla (2018) daxil edilmiş Avropa Parlamentinin və Şuranın 29 aprel 2015-ci il tarixli (Aİ) 2015/758 saylı “eCall” sistemi haqqında Reqlamenti, həmçinin bu reqlamenti dəyişdirən, əvəz edən və ya uzadan digər normativ aktlar və Avropa Komissiyası tərəfindən verilmiş təlimatlar ilə tənzimlənir.

UZAQDAN İDARƏ OLUNAN KLİMAT KONTROL

Toyota avtomobilinizin təchiz olunduğu connected car cihazından asılı olaraq, MyToyota tətbiqi vasitəsilə avtomobilinizi əvvəlcədən uzaqdan qızdıra və ya soyuda bilərsiniz. Avtomobilinizin modelindən asılı olaraq, istədiyiniz temperaturu uzaqdan təyin etmək, ön və ya arxa şüşənin buzunu açmaq (defroster), həmçinin avtomobilin əvvəlcədən qızdırılması və ya soyudulması üçün bir və ya bir neçə cədvəl qurmaq imkanı da mövcud ola bilər.

İlkin tələblər:

Uzaqdan İdarəetmə xidmətlərindən istifadə edərkən əmin olun ki:

  • Avtomobil tam şəkildə immobilizə olunub və ətraf mühitin təhlükəsizliyi yoxlanılıb. Avtomobilin daxilində insanların və ya heyvanların olmadığından əmin olun.
  • Kapot açıq olduqda və ya avtomobil ventilyasiyasız qapalı məkanda park edildikdə sistemi istifadə etməyin.
  • Bu xidmətdən yalnız zəruri hallarda istifadə olunur. Ətraf mühitə hörmət edin və artıq səs-küyü və hava çirklənməsini minimuma endirin.

İlkin tələblər:

  • Qapılar kilidlidir
  • Kapot bağlıdır
  • Pəncərələr bağlıdır
  • Açar avtomobilin içərisində deyil
  • Avtomatik transmissiya (CVT daxil olmaqla)
  • Push start / stop sistemi
  • Avtomatik kondisioner
  • Start & Stop sistemi (tıxaclarda və ya qırmızı işıqda daxiliyanma mühərrikini avtomatik söndürür və yenidən işə salır)

 

Diskleymerlər:

  • Avtomobil uzaqdan idarə olunan  satışdan sonrası immobilayzerlə təchiz edilibsə, mühərrik işə düşməyəcək və buna görə uzaqdan idarə olunan kondisioner işləməyəcək.
  • Avtomobil 9 gündən artıq hərəkətsiz qalıbsa, istifadəçidən avtomobilin içərisindən mühərriki işə salmaq tələb oluna bilər. Daxili sistem 12V batareyanı qorumaq üçün avtomatik olaraq yuxu rejiminə keçir.
  • Akkumulyatorlu Elektrikli Avtomobillərdə (BEV) və bəzi Plug-in Hybrid avtomobillərində uzaqdan idarə olunan klimat kontrol sistemi −10°C-dən aşağı temperaturda işə düşməyəcək.
  • Plug-in Hybrid avtomobillərində batareya səviyyəsi 30%-dən aşağı olduqda uzaqdan iqlimə nəzarət işə düşməyəcək (təhlükəsizlik tədbiri)
  • Akkumulyatorlu Elektrik Avtomobillərində batareya səviyyəsi 20%-dən aşağı olduqda uzaqdan idarə olunan klimat kontrol sistemi işə düşməyəcək (təhlükəsizlik tədbiri)
  • Uzaqdan idarə olunan klimat kontrol sistemi mühərrikin bir OFF və ON dövrü arasında maksimum 20 dəqiqə işləyir. Zəhmət olmasa, ərazinizdə (məsələn, bəzi bələdiyyələr və təbiət parkları) bu xidmətlərin istifadəsini məhdudlaşdıra bilən yerli və milli qanunlara  həmişə riayət edin.

UZAQDAN KİLİDLƏMƏ / AÇMA 

Bu funksiya MyToyota tətbiqi vasitəsilə cəmi bir neçə toxunuşla avtomobilinizi uzaqdan kilidləməyə və ya açmağa imkan verir.

Nəzərə alın ki, aşağıdakı hallarda avtomobili kilidləmək və ya açmaq mümkün olmayacaq:

  • Hər hansı qapı açıqdırsa
  • Fiziki açar və ya mobil telefon  (Smart Digital Key aktivdirsə)  avtomobilin içərisindədirsə
  • Avtomobil siqnalizasiyası aktivdirsə
  • Avtomobil açarla kilidlənibsə

Bu halların hər birində qapıları açmaq cəhdi uğursuz olacaq və xəta mesajı əks olunacaq. 

Kilidləmə funksiyasından istifadə edərkən avtomobilin içərisində uşaqların, köməyə ehtiyacı olan şəxslərin və ya ev heyvanlarının nəzarətsiz qalmadığından əmin olun. Bu, istilik vurması, susuzlaşma və ya hipotermiyaya səbəb ola bilər və ağır xəsarətə və ya ölümə gətirib çıxara bilər.

Avtomobil kilidli olduğu müddətdə baş verə biləcək hər hansı maddi itki, zərər və ya qəza üçün Toyota məsuliyyət daşımır. Avtomobili kilidləməklə bağlı bütün risk və məsuliyyət istifadəçinin üzərinə düşür.

Açma funksiyasından istifadə edərkən nəzərə alın ki, bu, kənar şəxslərin avtomobilə giriş riskini yarada bilər. Avtomobil açıq olduğu müddətdə baş verə biləcək hər hansı+B58 maddi itki, zərər və ya qəza üçün Toyota məsuliyyət daşımır. Avtomobili açmaqla bağlı bütün risk və məsuliyyət istifadəçinin üzərinə düşür.

QƏZA İŞIQLARI

Qəza işıqları funksiyası avtomobillərin çox olduğu parkinqlərdə avtomobilinizi uzaqdan asanlıqla tapmağa imkan verir. Xəbərdarlıq işıqları 60 saniyə müddətinə aktiv olur. 60 saniyə bitdikdən sonra onları yenidən işə sala bilərsiniz.

GÜCLƏNDİRİLMİŞ İDARƏETMƏ 

Avtomobilinizin bəzi əlavə funksiyalarını uzaqdan idarə etmək mümkün ola bilər. Bunlara pəncərələrin bağlanması, siqnal, siqnalizasiya, baqaj qapısı və faralar daxildir.

Zəhmət olmasa, ərazinizdə (məsələn, bəzi bələdiyyələr və təbiət parkları) bu xidmətlərin istifadəsini məhdudlaşdıra bilən yerli və milli qanunlara həmişə riayət edin.

BATAREYANIN İDARƏ EDİLMƏSİ

DElektrikli avtomobilinizin və ya Plug-in Hybrid avtomobilinizin təchiz olunduğu connected car cihazından asılı olaraq Batareyanın İdarə Edilməsi funksiyası mövcud ola bilər. Siz batareyanın şarj vəziyyəti haqqında məlumata baxa bilərsiniz. Bu məlumatlara batareyanın faizlə ifadə olunan şarj səviyyəsi, yürüş məsafəsi ( yalnız batareya ilə və ya yanacaq da daxil olmaqla, həmçinin kondisionerin işlədiyi və işləmədiyi halda). Plug-in Hybrid avtomobillərdə yalnız batareya ilə hərəkət üçün tələb olunan minimum batareya səviyyəsi də göstərilir.
Tətbiqdə qalan yürüş məsafəsi kilometrlərlə (km) göstərilir, lakin bu göstərici avtomobilin üzərindəki göstəricidən fərqlənə bilər. Batareya səviyyəsini həmişə Toyota avtomobilinizin cihazlar panelindən yoxlamaq vacibdir.

 

MULTİMEDİA İLƏ ƏLAQƏLİ FUNKSİYALAR

SƏSLİ KÖMƏKÇİ

Səsli Köməkçi avtomobildə quraşdırılmış səsli assistentdir və “Hey Toyota” deməklə aktivləşdirilir.

Səsli Köməkçi (VA): Telefon və Media ilə bağlı əmrlərə cavab verir (“Hey Toyota, ən yüksək reytinqli restoranı tap”, “radionu aç” və s.). 

Səsli Köməkçinin Avtomobil əmrləri: Avtomobillə bağlı əmrlərə cavab verir (“Hey Toyota, pəncərəni aç”).