1. New Cars
  2. Ümumi təsvir

Yaris Cross Mid 2WD

B-SUV 5 doors

Toyota Yaris Cross
Pure White (040)

Başlanğıc qiymət

42200.0

Mühərrik

1.5 TNGA HEV 15H-

Standart zəmanəti

3 + 7 İl
Toyota Yaris Cross

POST https://dxp-webcarconfig.toyota-europe.com/v1/compare-v2/az/az

Yaxından baxın

360° GÖRÜNÜŞDƏ ARAŞDIRIN

  • Dizayn

    Şəhərin diqqətini cəlb edin

    Yaris Cross sizin fərqlənmək istəyinizi qarşılayır. Bənzərsiz dizaynın ərsəyə gəlməsi üçün yolsuzluq avtomobili istehsalındakı zəngin təcrübə ilə kiçik avtomobil istehsalı təcrübəsi bir araya gəlib. Cəsur təkərüstü oyuqlar, böyük 18 düym yüngül lehimli disklər və fərqli almaz tərzli dizayn şəhəri inamla fəth edə biləcəyiniz unikal heyranedici yolsuzluq avtomobili görünüşü bəxş edir.

  • Dayanmayan enerji

    Yaris Cross modelindəki dördüncü nəsil özü enerji yığan hibrid sistemi hər hərəkəti asan edir. Yeni 116 DIN at gücünə malik 1.5-litrlik Hibrid güc aqreqatı sinfində görülməmiş performans və səmərəliliyi təqdim edir. Benzindən elektrik enerjisinə problemsiz keçid etməsi sayəsində sıfır emissiya rejimində daha çox hərəkət etmək qabiliyyətinə kömək edən həssas sürətlənmə, əla yanacaq səmərəliliyi və əhəmiyyətli dərəcədə aşağı CO2 emissiyaları kimi özəlliklər əldə edirsiniz.

  • T-Mate sisteminin sizi qoruyacağına əmin olun

    T-Mate sayəsində, günün sizə nə sürpriz edəcəyindən asılı olmayaraq, Yaris Cross bir addım öndədir. T-Mate çoxsaylı Toyota Təhlükəsizlik və Qabaqcıl sürücüyə yardım funksiyalarını birləşdirən sistemin ümumi adıdır. Toqquşma əleyhinə sistemi kimi aktiv təhlükəsizlik texnologiyalarından tutmuş rahatlığınızı təmin edən Toyota Teammate Qabaqcıl Parklama funksiyasına kimi, T-Mate sistemi sizi, sərnişinlərinizi və digər yol istifadəçilərini qorumağa kömək etməklə avtomagistrallardan sıx şəhər yollarına qədər bütün yollarda sizə dəstək verir.

  • Həyatınıza rahatlıq gətirəcək genişlik

    Praktik və universal Yaris Cross əlləriniz dolu olduğu zaman ayaq hərəkəti ilə açılan elektrik arxa qapıya malikdir. Onun adaptiv ağıllı yük yeri altlığı döşəmənin altında təhlükəsiz saxlama yeri və ya genişləndirilmiş yük yeri sahəsi təmin etmək üçün tənzimlənə bilir, innovativ kəmərlər isə velosipeddən tutmuş snouborda qədər hər şeyi etibarlı şəkildə tutmağa imkan verir. Yük yerinin həcmi 40:20:40 nisbətində qatlanan arxa oturacaq sistemi sayəsində əlavə yer təmin etmək üçün daha da genişlənə bilir.

360 ° Bağlamaq