Bütün yol istifadəçiləri üçün ürək rahatlığı.

Avtomobilin daxilində və xaricində hər kəsin təhlükəsizliyini təmin edən intellektual sistem

/
/
/
/
Gecə vaxtı piyadanı aşkarlama funksiyalı toqquşmanın qarşısını alan sistem

Zəif işıqlanmada, Toyota Safety Sense təhlükəsizlik paketinin Gecə vaxtı piyadanı aşkarlama funksiyalı toqquşmanın qarşısını alan sistemi avtomobilin yolunda digər nəqliyyat vasitələrinin və piyadaların aşkarlanması üçün radar texnologiyası ilə kameranı birləşdirir. Əgər toqquşmanın qaçılmaz olduğu müəyyən edilmişsə, sürücü səsli və vizual siqnallarla xəbərdar edilir. Əgər sürücü vaxtında reaksiya verə bilməsə, əyləclər toqquşmanın qarşısını almaq və ya qəzanı yüngülləşdirmək üçün avtomatik işə düşür. Sistem gecə vaxtı nəqliyyat vasitələrini və piyadaları aşkarladığı kimi, gündüz vaxtı da avtomobilin yolunda velosiped sürənləri və piyadaları aşkarlaya bilir.

Velosiped sürənləri aşkarlama funksiyalı toqquşmanın qarşısını alan sistem

Toyota Safety Sense təhlükəsizlik paketinin Velosiped sürənləri aşkarlama funksiyalı toqquşmanın qarşısını alan sistemi qarşıdakı yolda velosiped sürənləri və digər nəqliyyat vasitələrini aşkarlamaq üçün kamera və radar texnologiyasını birləşdirir. Toqquşma ehtimalı müəyyən edilərsə, sürücü səsli və vizual siqnallarla xəbərdar edilir. Sürücü reaksiya vermədikdə, əyləclər avtomatik işə düşür. Sürücü əyləcə basdıqda belə, sistem toqquşmanın qarşısını almaq və ya qəzanı yüngülləşdirmək üçün əlavə əyləc təzyiqi tətbiq edir. Sistem avtomobilin yolundakı velosiped sürənləri və nəqliyyat vasitələrini müəyyən etdiyi kimi, piyadaları da aşkarlaya bilər.

İntellektual Adaptiv Kruiz Kontrol

Toyota Safety Sense təhlükəsizlik paketinin İntellektual Adaptiv Kruiz Kontrol sistemi avtomobili qarşıdakı nəqliyyat vasitəsindən minimum məsafədə saxlayaraq, əvvəlcədən seçilmiş sürətdə saxlayır. Əgər məsafə azalarsa, sistem lazım olduqda əyləcləri işə salaraq avtomatik olaraq sürəti aşağı salır. Məsafə yenidən artdıqda, avtomobil tədricən sürətlənərək seçilmiş sürətə qayıdır. Sürət məhdudiyyəti dəyişdikdə, sistem Yol nişanlarını tanıma köməkçisi vasitəsilə dəyişikliyi müəyyən edir və sürücüyə sükan çarxındakı idarəetmə elementləri vasitəsilə əvvəlcədən seçilmiş kruiz sürətini azalda bilməsi üçün xəbərdarlıq edir.

Tam Adaptiv Kruiz Kontrol

Toyota Safety Sense təklükəsizlik paketinin Tam Adaptiv Kruiz Kontrol sistemi avtomobilin əvvəlcədən təyin edilmiş minimum məsafəni saxlayaraq, sürət pedalından istifadə etməyərək sabit sürətini saxlamağa imkan verir. Məsafə azalarsa, əyləcdən istifadə edərək avtomobil və qarşıdakı nəqliyyat vasitəsi arasındakı məsafəni qoruyur və ehtiyac yarandıqda dayanmaq üçün yavaşladır. Məsafə artdıqda isə, nəqliyyat axını imkan verərsə əvvəlcədən təyin olunmuş kruiz sürətinə qayıtmaq üçün avtomobil tələb olunduğu kimi sürətlənəcək. Tıxac yaranarsa, sistem uyğun məsafəni və sürəti saxlayır və sürücü yalnız sükandan istifadə edir. Qeyd edək ki, bu funksiya yalnız avtomatik sürət transmissiyalı avtomobillərdə mövcuddur.

/
/
/
/
Hərəkət Zolağını izləmə köməkçisi

Kamera sensoru və millimetr dalğa radarından istifadə edən Hərəkət zolağının izlənməsi üçün köməkçi sistem avtomobilin yoldakı vəziyyətini hesablamaq üçün yoldakı hərəkət zolaqlarına və ya qarşıdakı nəqliyyat vasitəsinin hərəkət xəttinə əsaslanır. Avtomobil qeyri-ixtiyari hərəkət zolağının mərkəzindən çıxarsa, istiqaməti düzətmək üçün sükan köməkçisi qoşulur. Qeyd edək ki, sistem yalnız Hərəkət zolağını tərk etmə xəbərdarlığı və Tam Adaptiv Kruiz Kontrol funksiyaları qoşulduğu halda işləyir və bu funksiya yalnız avtomatik transmissiyalı avtomobillərdə mövcuddur.

Avtomatik uzaq işıq

Avtomatik uzaq işıq sistemi bütün yol istifadəçiləri üçün gecə vaxtı idarəetmə zamanı görüntünün optimallaşdırılması üçün nəzərdə tutulub. Arxa görüntü güzgüsündə yerləşən kamera qarşıdan gələn nəqliyyat vasitəsinin işıqlarını müəyyən edir, eləcə də küçə işıqlarının parlaqlığına nəzarət edir. O, avtomatik olaraq uzaq və yaxın görmə işıqları arasında dəyişiklik etməklə, sürücüyə təhlükəsiz, rahat və tam olaraq diqqəti yola cəmləmə imkanı verir.

Sükan Nəzarətçisi ilə Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq siqnalı

Kamera vasitəsilə qarşıdakı yolda zolaqları müəyyən edərək, Toyota Safety Sense təhlükəsizlik paketinin Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq siqnalı sürücünü avtomobil öz hərəkət zolağından dönmə indikatoru qoşulmamış çıxdığı halda səsli və vizual siqnallarla xəbərdar edir. Qeyri-ixtiyari hərəkət zolağından çıxma hallarında sükan idarəetməsi tənzimləyici qüvvə tətbiq edir.

Yol nişanlarını tanıma köməkçisi

Toyota Safety Sense təhlükəsizlik paketinin Yol nişanlarını tanıma köməkçisi qarşıdakı yol nişanlarını təhlil edərək hazırkı sürət limiti və ya ötmə qadağaları kimi əhəmiyyətli məlumatı rəngli TFT sürücü kabin monitorunda aydın şəkildə göstərir. Siz yol nişanı göstəricilərinə əməl etmədiyinizdə sistem vizual və səsli xəbərdarlıqlarla da təmin edir.

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK