Rav4 MID 2WD

Hibrid2.5L Hibrid TNGA
4X2, Continuously Variable Transmission
2.5L Hibrid TNGA
4X2, Continuously Variable Transmission
2.5L Hibrid TNGA
4X2, Continuously Variable Transmission
Təkər intiqalı
Transmissiya
Təhlükəsiz, geniş və çoxfunksiyalı yeni RAV4 tam paketdir. Hibrid və ya plug-in hibrid güc aqreqatı ilə təqdim olunur və hər cür macəraya hazırdır.
Seçilmək üçün dizayn edilib
Cəsarətli və diqqətçəkən RAV4 macəra dolu həyat tərzi üçün yaradılıb.
Universal interyer
Sizə lazım olan hər şey üçün yer var: saxlama yerləri və texniki imkanlar.
Hər yerdə möhkəm ilişmə
Şəraitdən asılı olmayaraq RAV4-ə güvənə bilərsiniz.
Yol getməkdən zövq alın
Şəhərdə komfortlu, döngələrdə çevik RAV4 hər yolu uğurla fəth edir.
Tamamilə yeni məlumat-əyləncə sistemi
Sürətli, qabaqcıl, istifadəsi asan… RAV4 ilə ağıllı texnologiyalar gündəlik həyatın bir hissəsinə çevrilir.
Avtomibildə atmosferi canlandırın
Geniş və çoxfunksiyalı salonu ilə RAV4 gündəlik həyatı rahatlıqla uyğunlaşdırır.
Qabaqcıl təhlükəsizlik xüsusiyyətləri
Toyota Safety Sense sistemi sayəsində daha da rahat olun.
Ölçülər
U = 4600–4646 mm, E = 1855–1880 mm, H = 1675–1680 mm
POST https://dxp-webcarconfig.toyota-europe.com/v1/grade-selector/az/az?modelId=a68a58fb-a10e-41ae-9459-3a7c4060500f
Dizayn
Əfsanəvi Toyota RAV4 1994-cü ildə kompakt krossover sinfini yaratdı. Yeni RAV4 bu pioner ruhunu davam etdirərək möhkəm və müasir dizaynı ilə öz yolunu açır – istirahət və daha çoxu üçün hazırdır.
Böyük diametrli təkərləri, möhkəm təkər tağları və güclü faraları ilə yeni Toyota RAV4 həyatın qarşınıza çıxardığı hər şeyə hazırdır.
Arxa sərnişinlər dəri oturacaqlarda baş və ayaqlar üçün geniş məsafənin verdiyi rahatlıqla yanaşı, vacib cihazların enerjisinin tükənməməsi üçün xüsusi arxa USB şarj portlarına çıxış da əldə edirlər.
Sürüş imkanları
Toyota RAV4-ün səmərəli və rahat idarəetməni təmin edən yüksək performanslı güc aqreqatı ön intiqal və ya hər yola uyğun olan tam intiqallı versiyalarda təqdim olunur. Seçiminizdən asılı olmayaraq, güc, səmərəlilik və etibarlı idarəetmə arasında mükəmməl balansdan zövq alın.
Texnologiya
Toyota Connect sürətli işləmə, intuitiv menyular və qabaqcıl səsli idarəetmə ilə yeni nəsil multimedia təcrübəsini təqdim edir. Sadə və zərif dizayn istifadəçi tərəfindən fərdiləşdirilə bilən əsas ekran və vidcetlər sayəsində bütün funksiyaları əlinizin altında saxlayır.
MyToyota tətbiqi müxtəlif qoşulma xidmətlərini təqdim edərək həyatınızı asanlaşdırmaq üçün hazırlanıb. Smartfonunuz vasitəsilə avtomobilinizin vəziyyətini yoxlaya, batareya və ya yanacaq səviyyəsini izləyə bilərsiniz.
Plug-in hibridlər bir çox cəhətdən xərclərinizi azalda bilər. Mütəmadi şarj yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və bəzi ölkələrdə plug-in hibrid sahibləri vergi güzəştlərindən, eləcə də şəhər mərkəzinə və aşağı emissiya zonalarına giriş ödənişlərindən azaddırlar.
Toyota Plug-in Hybrid avtomobillərinin batareyaları avtomobilin bütün istismar müddəti üçün nəzərdə tutulub. Əlavə rahatlıq üçün hər bir batareyaya 5 il və ya 100 000 km* zəmanət verilir və hibrid sistemin vəziyyətinin illik yoxlanılması şərti ilə bu müddət 10 ilə qədər uzadıla bilər. İstismar müddəti başa çatdıqdan sonra Toyota-nın utilizasiya proqramı batareyanın təhlükəsiz və məsuliyyətli şəkildə təkrar emalını təmin edir.
* Hansı daha tez baş verərsə
Toyota Hibridin akkumulyator batareyalarının aparıcı texnologiyası avtomobilin bütün istismar müddəti üçün nəzərdə tutulub. Bundan əlavə ilişmə, generator və starter kimi bəzi mexaniki elementlərdən tamamilə istifadə olunmur, bu isə gələcəkdə gözlənilməz xərclərin yaranma riskini daha da azaldır. Hibrid batareyası da daxil olmaqla, Hibridin bütün komponentlərinə buraxılış anından etibarən 5 il/100 000 km* Toyota zəmanəti verilir.
* Hansı daha tez olarsa.