Rav4 LIMITED H 4WD - MPV 5 Doors (LWB)

    • Pak Ağ (040) Not compatible with engine selection
    • Ağ mirvari (070) Not compatible with engine selection
    • Boz Metallik (1G3) Not compatible with engine selection
    • Qırmızı Mc. (3T3) Not compatible with engine selection
    • Urban Xaki (6X3) Not compatible with engine selection
    • Firuzəyi Metallik (8W9) Not compatible with engine selection
    • Tünd Mavi Metallik (8X8) Not compatible with engine selection
    • Attitude Black (218) Not compatible with engine selection
80 700 AZN
-dən başlayaraq

Güzəştsiz

RAV4 idarə edilmək üçün yaradılmış və fərqlənmək üçün dizayn edilmişdir. İnnovativ özü enerji yığan hibrid ötürücü elektrik gücünün bütün imkanlarından rahat yararlanmağınızı təmin edir. Rahat olduğu qədər də geniş olan interyer ilə, siz şəhər içində maksimum təhlükəsiz, rahat və güzəştləri geridə qoyaraq sürə bilərsiniz.

Hər mənada mükəmməl RAV4.

Zərif dizayna və özünəməxsus görünüşə malik RAV4 dəb və texnologiya ilə əsl yolsuzluq avtomobili xarakterini bir araya gətirir.

  • Möhtəşəm dizayna malik görünüş

    RAV4-ün yola hakim olan güclü korpusu eleqant ön LED işıqları, cəsarətli profil silueti və unikal arxa LED işıqlar ilə individual və incə görünüş yaradaraq diqqəti cəlb edir.

  • Sizin üçün yaradılmış interyer dizaynı

    Özünüzü rahat hiss edə biləcəyiniz fərqli və universal salon. RAV4 müasir, yaxşı düşünülmüş və lazımi texnologiya ilə təchiz olunmuş interyerə malikdir.

  • RAV4 digər yolsuzluq avtomobilləri kimi deyil.

    İnnovativ TNGA* platforma sayəsində, avtomobilin çəkisi və ağırlıq mərkəzi daha da aşağı salınmış, şassi möhkəmliyi və sürücünün görmə sahəsi isə artırılmışdır. Nəticə isə - istənilən yerə zövqlə və təhlükəsiz gedə biləcəyiniz, yüksək imkanlara malik yolsuzluq avtomobili.

Rav4 360°

RAV4 avtomobilinin əsas xüsusiyyətlərinə baxın. Avtomobilə istənilən bucaqdan baxmaq üçün onu fırladın.

  • Fərqlənmək üçün dizayn edilib

    RAV4 idarə etmək üçün yaradılıb və fərqlənmək üçün dizayn edilib. Tam sınaqdan keçmiş SUV-un güclü görünüşünü kəskin, dinamik üslub ilə birləşdirən RAV4 heyranedici şəhər üslubu nümayiş etdirir. Nəticə təhlükəsiz və fərqli avtomobil ilə istənilən yerə gedə biləcəyiniz super imkanlı SUV-dur.

  • Bacarıqlı və səmərəli

    Güclü 2.5 litrlik Hibrid Dinamik Qüvvəyə (A225A-FXS) malik güc aqreqatı kifayət qədər güc ilə ultra-rahat gedişi birləşdirir, responsiv 2.0 litrlik Benzin Birbaşa İnyeksiya (M20A-FKS) mühərriki isə heyranedici akselerasiya və qeyri-adi fırlanma anına malikdir.

  • Böyük, cəsarətli və möhkəm

    RAV4 güclü SUV kimi görünə bilər, lakin mükəmməl baxış imkanı və heyranedici manevr etmə qabiliyyəti ilə təəccüb doğuracaq qədər çevikdir, bu isə onu istənilən şəhər mərkəzində arzuolunan avtomobilə çevirir. 4.6 metrlik ümumi uzunluq və sadəcə 11 metrlik tam dönmə dairəsi ilə heç bir yol və döngə dar deyil.

  • Hər hadisə üçün hazırlanıb

    Toyota Təhlükəsizlik Sensoru indi daha intellektual xüsusiyyətlər ilə təkmilləşdirilib, bu isə o deməkdir ki, RAV4 bütün idarəetmə vəziyyətlərində sizə ruh dincliyi verərək sizə kömək etmək üçün daha çox iş görə bilər. Məsələn, Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi indi gündüz vaxtı velosipedçiləri, gecə vaxtı ilə piyadaları aşkarlaya bilər.

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK