Əsas məzmuna keç (Enter düyməsini basın)
loading content

Müstəsna xüsusiyyətlər standart komplektasiyaya daxildir

Şəhər və şəhərdənkənar yollar üçün yaradılmış Toyota C-HR heyranedici xüsusiyyətlərə malikdir və hər şeyə hazırdır.

  • Yollar üçün nəzərdə tutulmuş konsept kar

    Yeni Toyota C-HR-nin yan görünüşü

    Bu unudulmaz avtomobil cəsarətli və eyni zamanda kompaktdır.

  • Fərdiləşdirilmiş istifadəçi təcrübəsi

    Yeni Toyota C-HR-də sükan

    Şəhər üçün yaradılıb, sizin üslubunuza uyğunlaşdırılıb.

  • Ətraf mühitin keşiyində

    Yeni Toyota C-HR Plug-in modelinin doldurulması

    Salonu ekoloji materiallarla təchiz edilmiş hibrid.

  • Elektrikli və elektrikləşən

    Hərəkətdə olan yeni Toyota C-HR-nin yan görünüşü

    İlham verən performansın qeyri-adi manevrliliklə qarşılaşması.

  • İnnovativ təhlükəsizlik texnologiyaları

    Yeni Toyota C-HR radarı fəaliyyətdədir

    Hərtərəfli təhlükəsizlik sistemləri sizin və başqalarının təhlükəsizliyini təmin edir.

  • Şəhərə yaraşan ölçülər

    Park edilmiş qızılı/qara Toyota C-HR

    U 4362 mm E 1832 mm H 1564 mm

  • Şəhər həyatının tələblərinə cavab verən geniş salon

    Qız Toyota C-HR-nin salonuna baxır

    Oturacaqların qatlanması sayəsində daha çox yük yeri.

  • Tam zəmanət, tam mühafizə

    Yeni Toyota C-HR-nin arxasında olan sahibi

    Toyota C-HR avtomobiliniz bizimlə təhlükəsizlikdədir.

Hansı Toyota C-HR seçəcəksiniz?

Qiymətlərə baxın

Hibrid

Toyota C-HR ENTRY 1.8

Toyota C-HR ENTRY 1.8 MPV 5 Doors (LWB)
47.000 ₼
Mühərrik haqqında məlumat
Hibrid

1.8L (HV special) 18H-

4X2, Pilləsiz Transmissiya

Hibrid

1.8L (HV special) 18H-

4X2, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X2

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR MID + 1.8

Toyota C-HR MID + 1.8 MPV 5 Doors (LWB)
51.200 ₼
Mühərrik haqqında məlumat
Hibrid

1.8L (HV special) 18H-

4X2, Pilləsiz Transmissiya

Hibrid

1.8L (HV special) 18H-

4X2, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X2

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR MID + 2.0 2WD

Toyota C-HR MID + 2.0 2WD MPV 5 Doors (LWB)
53.900 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X2

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR MID + 2.0 4WD

Toyota C-HR MID + 2.0 4WD MPV 5 Doors (LWB)
57.700 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X4

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR HIGH + 2.0 2WD

Toyota C-HR HIGH + 2.0 2WD MPV 5 Doors (LWB)
60.100 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X2

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR GR-SPORT PREMIERE 2.0 2WD

Toyota C-HR GR-SPORT PREMIERE 2.0 2WD MPV 5 Doors (LWB)
61.200 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X2, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X2

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR HIGH + 2.0 4WD

Toyota C-HR HIGH + 2.0 4WD MPV 5 Doors (LWB)
64.000 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X4

Transmissiya

Pilləsiz Transmissiya
Hibrid

Toyota C-HR GR-SPORT PREMIERE 2.0 4WD

Toyota C-HR GR-SPORT PREMIERE 2.0 4WD MPV 5 Doors (LWB)
64.900 ₼
Mühərrik haqqında məlumat
Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Hibrid

2.0L HEV 20H-

4X4, Pilləsiz Transmissiya

Seçilmiş mühərrik

Təkər intiqalı

4X4

Transmissiya

Pilləsiz Transmissiya
İzah
StandartOpsionalTətbiq olunmur

POST https://dxp-webcarconfig.toyota-europe.com/v1/grade-selector/az/az?modelId=6c193d6b-514c-436f-ab43-654d97e601d8

Misilsiz eksteryer dizaynı

Qeyri-adi üslub

Yeni Toyota C-HR bütün stereotipləri qırır. Kupe üslubunu və güclü duruşu özündə birləşdirməsi də gözlərdən qaçmır.

Dizayn
  1. Aerodinamika
    1. Küləyin verdiyi görünüş
      Mahir ustanın əlindən çıxmış aerodinamik dizayna malik Toyota C-HR kupeyə xas axıcı profilə malikdir. Bu, avtomobilin manevretmə qabiliyyətindən sabitliyinədək bütün cəhətlərini yaxşılaşdırır və onun daha səssiz və daha səmərəli işləməsini təmin edir.
    2. Yollar üçün nəzərdə tutulmuş konsept kar

      Sərbəst düşüncəli və innovativ olmaqla yanaşı, cəsarətli xətləri və dinamik profili ilə həqiqi bir konsept kardır.

      Toyota C-HR şəhər mühitində kamera qarşısında göstərilib Toyota C-HR şəhər mühitində sürərkən kameradan uzaqlaşır
    3. Aerodinamikanın təcəssümü
      Hərəkət zamanı havanın fasiləsiz axınını təmin edən yeni Toyota C-HR aerodinamik sənət əsəridir. Hamar döşəmə altından maili arxa şüşəyədək bütün avtomobil havaya qarşı deyil, hava ilə birlikdə hərəkət edən şəkildə dizayn edilib.
    4. Hər detalında məna var

      Toyota da bir ilk olan gizli qapı dəstələri, eləcə də buferə daxil edilmiş ön fara yuyucuları təmiz, heykəltəraşlıq üslublu və yüksək aerodinamikanın əsas elementləridir.

      Flush far yuyucusu yaxından toyota-aygo-x-undercover-image-placeholder-1
      Test-drayva yazıl
    5. Üçqat qapı detalına, ön barmaqlığa və iki tonlu + icraya diqqət yetirən avtomobilin müxtəlif bucaqları
  2. Eksteryer
    1. Üçqat qapı detalına, ön barmaqlığa və iki tonlu + icraya diqqət yetirən avtomobilin müxtəlif bucaqları
      Seçilmək üçün seçilir
      İddialı dizayn hər detalından mükəmməlik tələb edir. Aqressiv radiator qəfəsi və kəskin LED faralar birləşərək daha sərt görünüş yaradır.
    2. Mükəmməl kəsim

      Əzələli gövdəsi, iç-içə keçən cəsur həndəsi formaları və ikiçalarlı dizaynında rəngin bölgüsü nəfəskəsici hərəkət hissini yaradır.

      Üçqat qapı detalı İki ton + dizayn
    3. Özünü ifadə et
      Bir-birindən fərqli güclü rəng palitrası ilə öz yaradıcılığını aşkara çıxar.
      Toyota C-HR avtomobilini konfiqurasiya et
    4. 20 düymlük təkərlərin yaxından detalı
      Cəsarətli dizayn iri detallar tələb edir
      Cilalanmış 20 düymlük təkərlər avtomobilin geniş və özündən əmin duruşu ilə birlikdə güclü vizual təsir yaradır.
    5. Panoramik damda daxili görünüş
  3. İnteryer
    1. Hər şey sənin üçündür
      Rahatlıq, texnoloji imkanlar və sükanda olmanın verdiyi həyəcanlı emosiyalarla birlikdə bu işıqlı və geniş salon xüsusilə sənin üçün yaradılıb. Sürücü mərkəzli və hərəkət istiqaməti ilə uyğunlaşdırılmış qanada oxşar tərtibat kokpitdən keçərək harmoniya hissi yaradır.
    2. Tərz sahibi salon

      Hər baxımdan premial kokpit kontrast tikişləri, yumşaq materialı və sakitləşdirici işıqlandırma ilə özünə heyran edir. Arı pətəyi strukturlu unikal JBL dinamiklərinin görünüşü səsi qədər yaxşıdır.

      Premium JBL dinamikləri Yan qapı paneli
    3. Ehtirasla yaradılıb

      Rahat konstruksiyalı erqonomik idman üslublu oturacaqlar göz oxşayan görünüşlə yanaşı, sükan arxasında özündən əmin vəziyyəti, rahatlığı və etibarlılığı təmin edir.

      GR Sport loqosu ilə sükan çarxının yaxından görüntüsü

Ağıllı texnologiya

Qüsursuz istifadəçi təcrübəsi

Funksiyalarla zəngin və eyni zamanda, intuitiv olaraq aydın olan yeni Toyota C-HR tələblərinizə cavab verən problemsiz və fərdiləşdirilmiş istifadəçi təcrübəsini təklif edir.

Configure Inner chapter
  1. İşıqlandırma
    1. Seçimin gücü
      Avtomobilin displeylərin yerləşməsindən salonun işıqlandırmasının rəngi və tonunadək bütün detalları üslubunuza uyğun olaraq fərdiləşdirilə bilər.
    2. Salonun konfiqurasiya edilə bilən işıqlandırması
      Kokpitin həssas xətlərinə inteqrasiya edilmiş ekspressiv işıqlandırma 14 tematik rəngdən və 50 istifadəçi rəngindən birinə tənzimlənə bilər. İşıqlandırma günün vaxtından, salonun temperaturundan və seçilmiş hərəkət rejimindən asılı olaraq dəyişə bilir.
    3. 12.3" multimedia ekranı
  2. Rəqəmsal kokpit
    1. İnsanmərkəzli texnologiya
      Rəqəmsal kombimetrin dörd tema və üç displey görünüşündən seçə biləcəyiniz rəngi və temasını təyin edin və displey görünüşünü istədiyiniz kimi konfiqurasiya edin.
    2. Rəqəmsal dizayn
      Bu sahə insanmərkəzli texnologiya ilə müəyyən edilir. Displey görünüşünün “Casual”, “Smart”, “Sporty” və “Thought” kimi dörd temasından birini seçə bilmək imkanı sayəsində rəqəmsal kombimetr aydınlığın və rahat istifadənin yeni standartlarını müəyyən edir.
    3. Yeni Toyota C-HR-də qırmızı xətləri olan qara salon
  3. Qoşula bilən texnologiyalar
    1. Bir daha xoş gəldiniz
      Yeni Toyota C-HR sizi hər gedişdən əvvəl xarici işıqların ardıcıl yanması ilə salamlayır. Avtomobilə daxil olduğunuzda avtomatik olaraq oturacağın arzuedilən vəziyyətinə və rəqəmsal kokpit parametrlərinə uyğunlaşır.
    2. Sürücü Ağıllı Rəqəmsal Açar sistemini göstərmək üçün Toyota C-HR-ə doğru gedir.
  4. Rahat salon
    1. Hər gününüzü daha da asanlaşdırır

      Salonun simsiz şarj bölməsi ilə smartfonunuzun şarjını naqillər əlinizə-ayağınıza dolaşmadan istənilən vaxt simsiz doldura biləcəksiniz. Yük yerinin qapısını isə düyməyə basaraq bir toxunuşla bağlaya bilərsiniz.

      Telefon Toyota C-HR-də simsiz enerji ilə doldurulur Sürücü Toyota C-HR-nin baqajını elektrik yük qapısı funksiyasından istifadə edərək bağlayır
Təhlükəsizlik
Təhlükəsizlik
  1. Təhlükəsizlik sistemi "Toyota Safety Sense”
    1. Toyota C-HR at an intersection with a secondary car driving towards it.
      Hər zaman etibarlı əllərdədir
      “T-Mate"ə yeni nəsil “Toyota Safety Sense” daxildir.
      T-Mate haqqında daha ətraflı
    2. Toqquşma öncəsi xəbərdarlıq sistemi (PCS)
      Toqquşma öncəsi xəbərdarlıq sistemi digər avtomobillərlə, piyadalarla, velosipedçilərlə və motosikletlərlə toqquşmaları aşkar edə və qarşısını almağa kömək edə bilər. Bu xəbərdarlıq sistemi səsli və ya vizual xəbərdarlıq siqnallarının köməyi ilə sürücünü xəbərdar edir, zəruri hallarda isə əyləci işə salır. Sürücü avtomobili vaxtında dayandıra bilmədikdə toqquşmanın qarşısını almaq və ya yüngülləşdirmək üçün əyləc avtomatik olaraq işə düşür. Bundan əlavə, Yol kəsişmələrində Toqquşmaları önləmə sistemi (Intersection Collision Avoidance Support) və Qəza halları üçün nəzərdə tutulmuş Sükan İdarəetməsinə dəstək sistemi (Emergency Steering Assist) gündüz vaxtı yol kəsişmələrində dönmə və ya “qaçırtma” manevrləri üçün nəzərdə tutulub.
    3. Tam diapazonlu adaptiv kruiz kontrol (ACC)
      Bu sistem öndə gedən avtomobil ilə minimal təyin edilmiş məsafəni qoruyub saxlamağa kömək edir. Bu məsafə qısaldıqda sistem sürəti azaldır və hətta zəruri hallarda əyləci və stop siqnallarını işə salır. Öndə gedən avtomobil dayanarsa, tam diapazonlu ACC sistemi avtomobili tam dayandıra bilər. Sürət pedalına və ya ACC düyməsinə kiçik toxunuş sistemi təkrar işə salır. Avtomobiliniz Yol Nişanlarını Tanıma Sistemi (RSA) ilə təchiz edilibsə, bu sistem sizin hərəkət marşrutunuzdadır, sürət məhdudiyyətlərini tanıyır və zəruri düzəlişləri təklif edir.
    4. Qəza hallarında hərəkətin dayandırılması sistemi (EDSS)
      Müəyyən vaxt ərzində sistem sürücü tərəfindən heç bir hərəkət aşkar etməzsə, sürücüyə bu haqda səsli siqnal göndərilir. Sürücü tərəfindən qeyri-aktivlik davam edərsə, EDSS sistemi avtomobili təhlükəsiz hərəkət zolağında saxlayaraq avtomobili yavaş-yavaş dayandırır. Yol hərəkətinin digər iştirakçılarının xəbərdar edilməsi üçün qəza işıqları işə düşür və qəza halında yardımın göstərilməsi üçün qapıların kilidi açılır.
    5. Hərəkət zamanı proaktiv yardım sistemi, yavaşıma zamanı yardım sistemi (DA)
      Sürət pedalını buraxdıqda, döngəyə və ya öndəki avtomobilə yaxınlaşdıqda rəvan yavaşımanı dəstəkləyir.
    6. Proqram təminatının simsiz (OTA) yenilənməsi
      Proqram təminatının simsiz yenilənməsi “Toyota Safety Sense” (TSS) sistemini ən son xüsusiyyətlər və təkmilləşdirmələrlə təmin edir.
    7. Toyota C-HR-nin içində oturan sürücü qapını açmağa hazırlaşır. Xarici güzgülər yanır və daxili mühit işığı potensial toqquşma riski barədə xəbərdarlıq edən qırmızıya çevrilir.
  2. Parklanma və Sürməni Dəstəkləmə sistemi
    1. Toyota C-HR-nin içində oturan sürücü qapını açmağa hazırlaşır. Xarici güzgülər yanır və daxili mühit işığı potensial toqquşma riski barədə xəbərdarlıq edən qırmızıya çevrilir.
      Qoruyan texnologiya
      Toyota C-HR yoldakı vəziyyəti daima nəzarətdə saxlamaqla və potensial risklər haqqında xəbərdar etməklə təhlükəsizliyinizi təmin edən texnologiyalarla təchiz edilib.
      T-Mate haqqında daha ətraflı
    2. Təhlükəsiz Çıxışa Yardım (SEA) sistemi
      Bu sistem “Blind Spot Monitor” (kor nöqtələrə nəzarət) radarının köməyilə sərnişinin açıq qapısı ilə arxadan yaxınlaşan avtomobil və ya velosipedçi ilə toqquşmanın qarşısını almağa kömək edir. Toqquşma riski yarandıqda qapı güzgülərində və multiinformasiya displeyində indikatorlar işə düşür, salonun işıqlandırması qırmızı rəng alır, sərnişinlərin xəbərdar edilməsi üçün isə səs siqnalı işə düşür.
    3. Arxa oturacaq haqqında xatırlatma sistemi (RSRS)
      Bu sistem sürücünü avtomobildən çıxarkən arxa oturacaqlarda sərnişin və ya əşyanın qaldığı barədə xəbərdar edir. Xəbərdarlıqlara kabinənin cihaz panelinə verilən xəbərdarlıq və, modeldən asılı olaraq, avtomobili kilidlədikdən sonra qəza işığının və səs siqnalının işə düşməsi şəklində xəbərdarlıq da daxildir.
    4. “Toyota Teammate Advanced Park” qabaqcıl parklanma sistemi
      Təhlükəsiz parklanmanıza kömək etmək üçün bu sistem sürətlənməni, sükan idarəetməsini, tormozlamanı və sürətin keçirilməsini* idarə edir. Hətta zolaqlar və ya yanaşı obyektlərlə müəyyən edilməmiş sevimli parklanma yerlərinizi yadda saxlaya bilir. *Modeldən asılı olaraq
    5. Panoram Görünüş Monitoru (PVM)
      Dörd kameradan alınan təsviri birləşdirən bu sistem köməyilə parklanma daha rahat və təhlükəsiz olur, ətraf sahəni isə demək olar ki, 360° görmək mümkündür.
    6. Avtomobilin müxtəlif təkrar emal edilmiş hissələrini vurğulayan Toyota C-HR-nin dekonstruksiya edilmiş görünüşünü göstərən texniki vizual.

Ekoloji təhlükəsizlik

Ətraf mühitin keşiyində

Yeni Toyota C-HR avtomobilinin ekoloji baxımdan zərərsizliyinə xüsusi diqqət ayrılıb. Emal edilmiş və tərkibində qeyri-heyvan mənşəli materiallardan istifadə genişləndirilib, çəkisinin az olması və yeni istehsalat prosesləri sayəsində karbon qazı tullantıları da azaldılıb.

İkinci həyat fəlsəfəsi
  1. Mərkəzində ekoloji təhlükəsizlik durur
    1. Avtomobilin müxtəlif təkrar emal edilmiş hissələrini vurğulayan Toyota C-HR-nin dekonstruksiya edilmiş görünüşünü göstərən texniki vizual.
      Mərkəzində ekoloji təhlükəsizlik durur
      Təkrar emal edilmiş materiallar və gələcəkdə materiallardan təkrar istifadəni təşviq edən dizayn Toyota-nın istehlakı və tullantıları azaldan əsas konsepsiyalarıdır. Yeni Toyota C-HR-ın elementləri 80% təkrar emal edilmiş materiallardan istifadə etməklə yaradılıb.
    2. Təkrar istifadə edilən plastik
      Yeni Toyota C-HR-da təkrar emal edilən plastikdən geniş istifadə olunur. Oturacaqların, xalçaların, yük bölmələrinin və digər hissələrin parçasının hazırlanmasında əvvəlki model ilə müqayisədə təkrar emal edilmiş plastikdən iki dəfə daha çox istifadə olunur.
    3. Sükan çarxının qapağında olan heyvansız materialları vurğulayan sükan çarxının yaxından çəkilmiş şəkli
      Qeyri-heyvan mənşəli materiallar
      Yeni Toyota C-HR-da dərinin alternativi olaraq sükan çarxının və oturacaq elementlərinin üzlüyü üçün qeyri-heyvan mənşəli yeni materialdan istifadə olunur.
  2. Sadələşdirilmiş istehsal
    1. Hərəkətdə olan yeni Toyota C-HR-nin yan görünüşü
      Yüksək möhkəmliyə malik polad
      Kuzanın əsas hissələrində yüksək möhkəmliyə malik poladdan istifadə olunur. Bu material avtomobili zərbələrdən qoruyur və davamlılığını təmin edir. Bu polad Toyota C-HR-ı daha yüngün edir, enerji səmərəliliyini və ekoloji baxımdan zərərsizliyini artırır.
    2. Panoramik damın daxili görünüşü
      Yüngül konstruksiya
      Avtomobilin çəkisi innovativ konstruksiyası və yüksək möhkəmliyə malik poladdan istifadə sayəsində azaldılmışdır. Yeni panorama damı da əvvəlkinə nisbətən daha yüngüldür. Qışda istiliyi qoruyan, yayda isə həddindən artıq qızmanın qarşısını alan təkmilləşdirilmiş örtüklə təmin edilmişdir.
    3. Toyota C-HR-nin Avropada harada nümayiş olunduğunu göstərən stilizə edilmiş Avropa xəritəsi
      Avropa istehsalı
      Yeni Toyota C-HR qabaqcıl Toyota zavodlarında istehsal edilir. Avtomobilin istehsalında ekoloji təhlükəsizlik, daşınma zəncirində isə daşıma xərclərinin azaldılması prinsipi rəhbər tutulur.
    4. Toyota C-HR-nin arxasında bir qız
      Parlaq gələcəyə doğru
      Ətraf mühitə düşən yükü azaltmaq üçün yeni Toyota C-HR-da su əsaslı boyalardan və avtomatik rəngləmə texnologiyasından istifadə olunur. Bu texnologiya rəngləməyə ehtiyac olmadan dəbdəbəli parlaq səthi təmin edir.

Tez-tez verilən suallar

Elektrik enerjisi: suallarınızın cavabları

Toyota hibrid inqilabını 25 il əvvəl başladıb və tullantı səviyyəsi aşağı olan dünyanı yaratmaq üçün səylə işləməyə davam edir. Hibridlər elektrik intiqalını və güclü benzin mühərriklərini özündə birləşdirərək yüksək məhsuldarlığı və rahatlığı təmin edirlər.

Daxili yanma mühərriki və elektrik enerjisindən istifadə edən hibrid avtomobillər özündə benzin mühərriki və elektrik mühərriki kimi iki enerji mənbəyini birləşdirir.

Hibridlər hərəkətə başlamaq və hətta saatda 50 km-ədək sürətlə hərəkət etmək üçün elektrik enerjisindən istifadə edə bilir. Əksər Toyota Hibridləri öz-özünə şarj ola bildiyinə görə, batareya boşalanda, mühərrikin artıq gücü onu təkrar şarj edir.

Hibridlər batareyanın qabaqcıl öz-özünə şarj olma texnologiyası ilə təchiz edilib. İki enerji mənbəyinə sahib olduğuna görə “Hibrid-elektrik avtomobillər" adlanırlar.  Bu o deməkdir ki, elektrikli avtomobillərdən və “Plug-in” Hibridlərdən fərqli olaraq, batareyaları şarj etmək üçün şəbəkəyə qoşmaq tələb olunmur. 

 

Toyota Hibridin akkumulyator batareyalarının aparıcı texnologiyası avtomobilin bütün istismar müddəti üçün nəzərdə tutulub. Bundan əlavə ilişmə, generator və starter kimi bəzi mexaniki elementlərdən tamamilə istifadə olunmur, bu isə gələcəkdə gözlənilməz xərclərin yaranma riskini daha da azaldır. Hibrid batareyası da daxil olmaqla, Hibridin bütün komponentlərinə buraxılış anından etibarən 5 il/100 000 km* Toyota zəmanəti verilir. 

*Hansı daha tez olarsa.

Üç növ Hibrid elektromobili mövcuddur: yumşaq Hibridlər, tam Hibridlər və “Plug-in” Hibridlər. Yumşaq Hibrid avtomobillər elektrik mühərriklərindən yalnız mühərriki sürətlənmə və kruiz zamanı dəstəkləmək üçün istifadə edirlər, çünki elektrik mühərriki avtomobili öz-özünə hərəkətə gətirə bilmir. Tam və ya öz-özünə şarj olan Toyota Hibrid ilə saatda 50 km-dək sürətlə hərəkət edərək şəhər gedişlərinizin 80%-də yalnız elektrik enerjisindən istifadə edə bilərsiniz. “Plug-in” Hibridlər adi Hibrid kimi işləyir, lakin batareya tutumu daha çoxdur və yüksək elektrik performansını təmin edir.