Əsas məzmuna keç (Enter düyməsini basın)
loading content

Please configure price tile

Müstəsna xüsusiyyətlər standart komplektasiyaya daxildir

Hansı Land Cruiser-i seçəcəyinizdən asılı olmayaraq istənilən macəraya sarsılmaz əminliklə atılmağa hazır olun.

  • Hər cür yol şəraitinə uyğundur

    Toyota Land Cruiser Prado səhra yolunda

    Qarşılayın, həyatda yaşana bilən istənilən macərada dostunuz olacaq yenidən doğulmuş Land Cruiser!

  • Vəhşi təbiəti kəşf etməyə hazırdır

    Toyota Land Cruiser Prado səhrada

    Yolsuzluq funksiyaları ilə təchiz edilmiş avtomobil sizə ən çətin keçilən yolların öhdəsindən gəlməyə kömək edəcək.

  • Bütün yolları asanlıqla qət edin

    Yolda Toyota Land Cruiser Prado-nun ön görünüşü

    Traslardan kəndarası yollaradək bütün yolları əziyyətsiz keçin.

  • İstənilən səyahətdə təhlükəsizlik ilk növbədə gəlir

    Toyota Land Cruiser Prado-nun səhrada yuxarıdan görünüşü

    "Toyota Safety Sense" sistemi sizi getdiyiniz bütün yollarda qoruyur.

  • Bütün macəralarda yükünüzü daşımağa hazırdır

    Oturacaqları çəkilmiş Toyota Land Cruiser Prado-nun daxili görünüşü

    Dinamik və rahat avtomobil səfərinizin bütün tələblərinə cavab verir.

  • Ən mürəkkəb şəraitlərdə rahatlıq

    Toyota Land Cruiser Prado-nun sürücüsü

    Harmonik salon sizə özünüzü hər yerdə evdəki kimi hiss etməyə imkan verir.

  • Land Cruiser-inizin təhlükəsizliyini təmin edir

    Sahibi Toyota Land Cruiser Prado-nun yanında

    Həyatınızdakı məneələri aradan qaldıran avtomobilinizi qoruyun.

Read timed out

POST https://dxp-webcarconfig.toyota-europe.com/v1/grade-selector/az/az?modelId=60ae2897-f9e1-4ff6-bc61-974d2d0edb5f

Dizayn

Orijinalından ilham almış

Əfsanə geri qayıdır. Həqiqi əfsanənin emosional dizaynına malik Land Cruiser zamana tabe olmayan tərz ilə ən müasir texnologiyaları özündə birləşdirir. Həm keçmişdən ilham alan, həm də gələcəyə baxan bir avtomobil sizi hər yerə aparmağa və geri qaytarmağa hazırdır.

Dizayn
  1. Eksteryer
    1. Güc nümayişi

      Land Cruiser macəra ruhunun təcəssümüdür. Əcdadlarına sadiq və eyni zamanda, aşkar dərəcədə müasir Land Cruiser-in vaxta tabe olmayan silueti və müasir səthi formaları birləşərək yeni həyəcanverici estetik görünüm yaradır.

      Cəsarətli arxa işıq dizaynı ilə səhrada Land Cruiser Gün batımında səhrada Land Cruiser
  2. Graphic illustrating Land Cruiser’s rugged design
    Quraşdırılmış mühafizə sistemi
    Funksional dizaynın zəfərinə töhfə olmuş geniş şüşələr, kuzanın qabarıq yan hissələri və alçaq kapot çox gözəl görmə sahəsini təmin edir. Avtomobilin künclərindən irəli çıxan səciyyəvi ön və arxa LED işıqlar zədələnmədən qorunur.
  3. Land Cruiser-in dəri oturacaqlarının səliqəli tikişi
  • İnteryer
    1. The neat stitching on Land Cruiser’s leather seats
      Stil macərası
      Sərt görünüşlü Land Cruiser-in salonu əsl flaqmanın universallığı və dəbdəbəsini özündə birləşdirir. Macəra geniş, rahat və dünyanın möhtəşəm vəhşi təbiətini kəşf etmək üçün tam təchiz edilmiş bu avtomobildən başlayır.
    2. Rahat idarəetmə

      Erqonomika masterklasının təcəssümü olan bu universal salon oturacaqların hündür yerləşməsi, şaquli A dayaqları və alçaq cihaz paneli sayəsində üstün dairəvi görünüş sahəsini təmin edir. İntuitiv cihaz paneli və dəqiq təsvirli displeylər sizə əminliklə daha da irəliləmək imkanı verir.

      Ön oturacaqlardan Land Cruiser-in arxasına qədər mənzərə Ön sərnişin oturacağından sürücü oturacağına doğru görünüş
  • Panorama damlı salondan açılan mənzərə
    Rahat əyləşin və mənzərənin keyfini çıxarın
    Dəbdəbə və funksionallığı özündə birləşdirən “premium” salon harmoniya hissini və genişliyi təklif edir. İstərsəniz səhralıqların kəşfinə çıxın, istərsəniz də sürətli traslarla yola çıxın, panorama şüşəli dam sizə kinematoqrafik anlar yaşadacaq.
  • Land Cruiser-də baqaj üçün açıq yük yeri var
  • Praktiklik
    1. Land Cruiser-də baqaj üçün açıq yük yeri var1
      Həyat tərzinizdən vaz keçməyin
      Böyüklüyü və gözəlliyi ilə seçilən dəbdəbəli salonda beş, altı və ya yeddi nəfərin rahatlıqla yerləşməsi üçün yer, müstəqil kondisioner çıxışları və elektrik yuvaları var. Özünüzlə çoxlu çanta və avadanlıq aparırsınız? Açılıb-yığılan oturacaqlar sonsuz universallığı təmin edir.
    2. Animation showing seat configurations: seven seats, five seats and the 60:40 rear seat split with luggage
      Sonsuz uyğunlaşma imkanı
      Hər səfərin digərindən fərqli olduğunu nəzərə alan Land Cruiser hər şəraitə uyğunlaşır. Baqaj üçün sahəni maksimal olaraq genişləndirmək üçün üçüncü sıranın oturacaqlarını yığın. Açılıb-yığılan ikinci sıra da xizək çantalarından dağ velosipedlərinədək bütün əşyaların yerləşməsi üçün konfiqurasiya edilə bilər.
    3. Yük yerindən görünüş
      Hədsiz sahə
      Sahə dəbdəbədir, Land Cruiser-in geniş salonu bu sahəni təmin edir. Tutumlu və sakit univesal salon, istənilən sərnişin, yük və avadanlığı rahatlıqla daşımaq üçün bütün şəraitlərə malikdir.
    4. Yeni və köhnə Land Cruiser-lər
  • İrs
    1. New and old Land Cruisers driving after dark
      Əfsanənin mənşəyi
      Dünyanın ən vəhşi yerlərində dünyaya gəlmiş 4X4 əfsanənin inanılmaz hekayəsi səksən illik tarixə malikdir, buraya Land Cruiser-in on iki nəsli və nəfəs kəsən saysız macərası daxildir. Haraya getmək istərdiniz?
    2. Land Cruiser 40 və yeni Land Cruiser
      Macəra onun DNT-sindədir
      Qarşısıalınmaz 40 məqsədyönlü proporsiyalara malik və səciyyəvi ağ damlı Land Cruiser əfsanəsini yaratmışdır. Başqa 4x4-lərin gedə bilməyəcəyi yerlərdən keçməyən imkan verən möhkəm və texnologiyalarla təchiz edilmiş Land Cruiser yeni standartları təyin edir.
    3. Nəsillərcə davam edən möhtəşəmlik
      Land Cruiser dayanmadan inkişaf etməyə davam edir Hər yeni nəsil ilə daha da təkmilləşən avtomobil onu bu cür xüsusi edən əlamətini, yəni mümkünsüzü mümkün etmək bacarığını və etibarlılığını bir anlıq belə gözdən qaçırmamışdır.
  • Performans

    İrəliləyin və sərhədləri aşın

    Növbəti macəraya hazırsınız? Land Cruiser bütün yollarda sizin dəstəkçinizdir, istər sürətli traslarda, istərsə də dünyanın ən vəhşi təbiətli regionlarında. Yolda zəhmətsizliyi, yolsuzluqda isə qarşısıalınmazlığı ilə fərqlənən üstün 4x4 imkanları və əfsanəvi gücünə etibar edə bilərsiniz.

    Performans
    1. Güc
      1. Səhra yollarından keçən Land Cruiser
        Gücdən düşməyən avtomobil
        2.8 litrlik dizel mühərriki turboqovuculu burucu momentin nəhəng ehtiyatı ilə bu avtomobil sizin etibarlı yol yoldaşınız olacaq. Yüksək həssaslığa malik səkkizpilləli avtomatik ötürmə qutusuna malik olduğuna görə performans və xətti sürətlənməsi dərhal özünü göstərir.
      2. Land Cruiser qoşqunu yedəkləyir
        Hər şeyi çəkir
        Ultrasabit idarətmə, hamar güc və 3500 kq-lıq dartı qüvvəsi ilə Land Cruiser istənilən yükü çəkməyə qadirdir. Şəraitlərdən asılı olmayaraq tam sabitliyi təmin etməklə rahatlığı tam edən "Trailer Sway Control" sistemi ilə qoşqunun idarə edilməsi çox asandır.
      3. Land Cruiser dik yoxuşlarda
    2. 4X4 imkanları
      1. Sərhədləri aşmaq üçün nəzərdə tutulub
        Land Cruiser 4x4 imkanlarını yeni səviyyəyə çıxarır. Ağıllı tam intiqal, sərt şassi konstruksiyası və təkmilləşdirilmiş yolsuzluq imkanlarına malik asqısı sayəsində mümkünsüz görünən yolların öhdəsindən gəlin.
      2. Mümkünsüzü mümkün edir

        Başqalarının addım atmağa qorxduğu yerlərdən, əminliklə keçin. Stabilizatoru Söndürmə Mexanizmi (SDM) təkərlərin təsirli təkər artikulyasiyasını təmin edir, qısa çıxıntılar və artırılmış klirens ən mürəkkəb ərazilərdən keçmək üçün ara boşluğunu təmin edir.

        Land Cruiser dik yolsuzluq yamacı ilə yuxarı qalxır Land Cruiser qayalı yoxuşa qalxır
    3. Land Cruiser dik yoxuşlarda 1
      Dağlara dırmaşın
      Land Cruiser dünyanın vəhşi ərazilərini ram edir. Enişlər üçün Köməkçi Sistem (Downhill Assist Control) kəskin enişlərdə sürəti nəzarətdə saxlamağa imkan verir. Diqqətinizi sükanın idarə edilməsində cəmləməniz üçün Yolsuzluqda Gediş üçün Köməkçi sistem (Crawl Control) qabaqcadan təyin edilən sürəti qoruyub saxlayır.
    4. Qarşısında durmaq mümkün deyil

      Sizi adi yollardan kənara çıxarmaq üçün nəzərdə tutulmuş Land Cruiser Toyota-nın son dərəcə sərt GA-F platformasından istifadə edir. Uzungedişli asqısı, nəhəng kl+B111irensi və hər yerə gedə bilən təkər artikulyasiyası ilə bütün yollar qarşınızda açılır.

      Animation showing the reinforced frame Animation showing Toyota’s rigid GA-F platform
  • Hamar elektron sükan gücləndiricisi
    Üfüqlərinizi genişləndirin
    Elektron sükan idarəetməsi istənilən səthdə hamar və zərifdir. Asan idarə olunan bu avtomobilin sükan mexanizminin nahamar yollarda əks-reaksiyası azalır və yolda yüksək dəqiqlik təmin edilir.
  • Multi-Terrain Monitor (MTM) sistemi
    Çətin yollar üçün nəzərdə tutulmuş texnologiya
    Misli-bərabəri olmayan Multi-Terrain Monitor (MTM) funksiyası multimedia ekranında ətraf ərazinin maneəsiz görünüşünü əks etdirir. Multi-Terrain Select (MTS) sistemi asqını və güc qurğusunu gələcək sınaqlar üçün optimallaşdırır.
  • Yük yerində oturan adam
  • Mərakeş macərası
    1. Yük yerində oturan adam 2
      Vəhşi təbiətə
      Sonsuz səhraların və səmaya ucalan dağların vətəni olan Mərakeş Aralıq dənizinin sahillərindən ucu-bucağı olmayan Sahara səhrasınadək uzanır. Bu gözəl yer və insanları ilə tanış olmağa can atan macəraçı Eva zu Beck and fotoqraf Alex Stead Mərakeşi yeni Land Cruiser avtomobilində kəşf edirlər.
    2. Keçilməmiş yolların kəşfində
      Land Cruiser-in yolsuzluq imkanlarında ilham alaraq Eva və Aleks nəfəs kəsən mənzərələri və istiqanlı, qonaqpərvər insanları olan, sehrli Mərakeşlə tanış olmaq üçün yola çıxırlar.
    3. A person with a Land Cruiser in a desert environment
      Mərakeşin əl dəyməmiş gözəlliyi
      Həyatda nadir hallarda yaşanıla biləcək bu təcrübənin xatirəsi olaraq fotoqraf Alex Stead Mərakeşin vəhşi əzəmətini bir sıra valehedici şəkillərlə əbədiləşdirib. Canlı şəfəqlərdən parıltılı səhra qumlarınadək hər şey buradadır.
  • Daha ağıllı. Daha güclü. Daha təhlükəsiz
    Safety
    1. Configure Chapter
    2. Configure Chapter

    Texnologiya

    Zərif və rəqəmsal

    Asan istifadəçi təcrübəsi sayəsində Land Cruiser bütün gözləntiləri aşır. Əl altında yerləşən interfeyslər və dəqiq səstanıma sistemi məlumatın sürətli və asan daxil edilməsini təmin edir. İstər multimedia imkanlarından istifadə edin, istərsə də yeni marşrut xəritəsini açın, həssas 12,3-düymlük sensorlu ekran bütün dünyanı barmaqlarınızın uçuna gətirəcək.

    Texnologiya
    1. Rəqəmsal Kokpit
      1. Land Cruiser-in rəqəmsal sürücü displeyi və sükanı
        İntuitiv texnologiya
        Land Cruiser-in qabaqcıl çoxfunksiyalı displey sistemini təşkil edən "Head Up Display" (ön şüşə indikatoru) və 12,3 düymlük rəqəmsal kombimetri sayəsində avtomobili ağılla idarə edin. Sizin zövqünüzə uyğunlaşdırılaraq sizə ideal kokpitinizi yaratmağa imkan verir.
      2. Asan qoşulma

        Land Cruiser-in düşüncə tərzi fərqlidir, qoşulma imkanları isə hər anınızı zənginləşdirmək üçün nəzərdə tutulub. Apple CarPlay və Android Auto ilə simsiz uyğunluq sayəsində bütün sevimli tətbiqlərinizi və multimedianızı yola özünüzlə aparın.

        Land Cruiser-in arxa kameranı göstərən multimedia ekranı Land Cruiser-in naviqasiyanı göstərən multimedia ekranı
    2. Rahat idarəetmə

      Harada olduğunuzdan asılı olmayaraq əlaqəni itirməyin. Land Cruiser-in smartfonlarla uyğunluğu, səs və toxunuşla rahat idarəetmə sizə asanlıqla zənglər etməyə, mesajlar göndərməyə və almağa, səsli məktublarınızı dinləməyə imkan verir.

      Land Cruiser-in arxa kameranı göstərən multimedia ekranı Land Cruiser-in naviqasiyanı göstərən multimedia ekranı
  • Sahib baqajla Land Cruiser-ə tərəf gedir
  • Qoşula bilən texnologiyalar
    1. Sizə güc verir

      Rəqəmsal Arxa Görünüş güzgüsü avtomobildəki sərnişinlərdən və ya əşyalardan asılı olmayaraq arxa tərəfin maneəsiz görünüşünü təmin edir. Canlı simsiz yeniləmələr sayəsində Land Cruiser-in sistemləri daima yeni proqram təminatı ilə yenilənir.

      Land Cruiser-in Rəqəmsal Arxa Görünüş güzgüsü Land Cruiser-in arxa kameranı göstərən multimedia ekranı
  • Sizi hərəkətə gətirən audio

    Macəralarınızın soundtrack-lərlə müşayiət etmək üçün Land Cruiser-in premium JBL® audiosistemi dəqiqlik və aydınlığın yeni standartlarını təyin edir. Simsiz şarj paneli cihazınızın daima enerji ilə doldurulmasını təmin edir.

    A sütununda bir JBL® dinamik Land Cruiser-in ön konsolu