Hilux Qalereyasi
2.4L Dizel (150 at gücü)
€ 320 /month 4 years
3 + 7 İl
https://dxp-webcarconfig.toyota-europe.com/v1/compare-v2/az/az
Qeyd edilən bütün MPG və CO2 rəqəmləri Aİ tərəfindən idarə edilən rəsmi laboratoriya testi nəticələrindən əldə edilib. Bunlar avtomobillər arasında müqayisələrə icazə vermək üçün təmin edilir və faktiki idarəetmə təcrübənizi əks etdirməyə bilər.
Hilux Qalereyasi
Sərt duruşu onun gücünü nümayiş etdirir, möhkəm ön və arxa bamperlər, korpus moldinqləri isə avtomobili zədələnmələrdən qoruyur.
Dünyanın ən ekstremal şəraitə malik yerlərində hərəkət etmək üçün yaradılıb və sınaqdan keçirilib; istənilən yeni Hilux modelinin əfsanəvi keyfiyyətinə, möhkəmliyinə və dözümlülüyünə etibar edə bilərsiniz.
Yoxuşda Yardım sistemi (HAC) və Aktiv Dartmaya Nəzarət sistemi (A-TRC) yuxarıya doğru rəvan hərəkəti təmin edir, böyük yükləri daşımaq və dartmaq qabiliyyəti isə özünüzlə istədiyiniz hər şeyi götürməyə imkan verir. Beləliklə, yenilənmiş Hilux avtomobilində dağ-xizək yoluna qalxmağınızdan və ya düşməyinizdən asılı olmayaraq (Hilux avtomobilinin Enişdə Yardım sistemi (DAC) ilə təchiz olunduğunu qeyd etmişdik?), əmin əllərdə olduğunuza şübhəniz olmasın *. * Funksiyalar və təchizat modeldən asılı olaraq dəyişir.
Sərt görünüşlü, daxildə isə rahat Yeni Hilux avtomobilinin interyeri sizə zəriflik və üslubun yeni səviyyəsini bəxş edir. Davamlı materiallar və valehedici üzlüklər xoş toxunuşlu olmaqla yanaşı gözəl görünüşə malikdir, Harman CLARi-Fi texnologiyalı JBL audio sistemi isə musiqi seçiminizdən asılı olmayaraq hər zaman üstün səs keyfiyyəti təqdim edir.