Hibrid avtomobillər enerji yığmalıdır?

Toyota Hibriddən soruşun

Narahatlıq yaratmayan innovasiya

Bütün Toyota Hibrid avtomobilləri innovativ, özü enerji yığan batareya texnologiyasına sahibdir. Onlar iki enerji mənbəyini - benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Bu o deməkdir ki, təmiz elektrik avtomobillərdən fərqli olaraq hibridlərdə batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur.

Toyota Hibriddə batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir. Bu hibrid avtomobillərin yeganə üstünlüyü deyil. Hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir.

Hələ də özünüzə Hibrid avtomobillərin enerji yığması ilə bağlı suallar verirsiniz? Unutmayın ki, Toyota Hibriddə hər hansı kabel, adapter və narahatlıq yoxdur. Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.

Tam Hibrid model çeşidinə nəzər salın

Bizim Toyota Hibrid model çeşidimizdə hər kəsə uyğun hibrid avtomobili var. Sizin üçün münasib olan avtomobili seçin.


Tam Hibrid model çeşidinə nəzər salın

Hibrid avtomobili müşahidə edən kişi
Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK