Hibridlər tam ötürücülüyə qadirdir?

Toyota Hibriddən soruşun

İstənilən hava şərtlərində işləyən Hibrid Tam Ötürücülü

Əksər Hibrid avtomobillərin ön ötürücülü olmasına baxmayaraq, hazırda model çeşidimizdə əlavə yolsuzluq və ya bütün hava şərtlərində hərəkət etmək imkanına ehtiyacı olanlar üçün tam ötürücülü və ya 4x4 Toyota Hibridlər də var. Yeni RAV4 Hibrid çətin şəraitlərdə daha güclü xarakteristika nümayiş etdirmək və sürüşkən yollarda təhlükəsiz idarəetmə imkanı vermək üçün hazırlanmış, təkmilləşdirilmiş AWD-i sistemi ilə təchiz edilib.

RAV4 Hibrid AWD kimi modellər ön təkərləri hərəkət gətirən birləşdirilmiş Toyota Hibrid mühərriki və elektrik motoruna əlavə olaraq, arxa təkərləri hərəkətə gətirmək üçün arxaya quraşdırılmış ikinci elektrik motoruna malikdir. Bu, avtomobil hamar, sürüşkən səthlərdə hərəkətə başlayarkən daha əmin və güclü xarakteristikalar üçün fırlatma momentinin 30%-ə qədərinin arxa təkərlərə paylanmasına imkan verir.

Hibridlərin tam ötürücülüyə qadir olması haqqında hələ də düşünürsünüz? Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.

Tam Hibrid model çeşidinə nəzər salın

Bizim Toyota Hibrid model çeşidimizdə hər kəsə uyğun hibrid avtomobili var. Sizin üçün münasib olan avtomobili seçin.


Tam Hibrid model çeşidinə nəzər salın

Hibrid avtomobili müşahidə edən kişi
Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK