1. Vincheck

Toyota-dan xüsusi servis kampaniyası

“Kaizen” - davamlı təkmilləşmə prinsipi

Yapon dilindən “davamlı təkmilləşmə” kimi tərcümə olunan “kaizen” – Toyota şirkətinin korporativ fəlsəfəsinin əsasını təşkil edir. Şirkətimiz bu yanaşmanı təkcə avtomobillərin ərsəyə gətirilməsi deyil, həm də mövcud avtomobillərin monitorinq prosesi və diaqnostikası ərzində tətbiq edir. Məhz bu səbəbdən Toyota şirkəti müntəzəm olaraq xüsusi servis kampaniyalarını işləyib hazırlayır. Bu kampaniyalar, Toyota avtomobillərinə şamil edilən peşəkar işlərin pulsuz həyata keçirilməsini ehtiva edir.

Bu səhifəyə avtomobilinizin Şassi nömrəsini (VIN kod) daxil etməklə, Toyota və ya Lexus avtomobilinizdə xüsusi servis kampaniyasının mövcudluğunu öyrənə bilərsiz.

Əgər sistem avtomobilinizdə xüsusi servis kampaniyasının mövcudluğunu təyin edərsə, avtomobil sahibi Toyota-nın Azərbaycandakı rəsmi dilerləri ilə əlaqə saxlamalıdır. Kampaniyada təklif edilən işlər pulsuz təklif ediləcək. Nəzərə almaq lazımdır ki, yeni servis kampaniyaları haqqında məlumatlar müntəzəm olaraq yenilənir və bu baxımdan, avtomobilinizin şassi nömrəsini bir deyil, müntəzəm olaraq yoxlamağınız daha yaxşı olar.

TOYOTA-nı seçdiyinizə görə çox sağ olun!

XÜSUSİ SERVİS KAMPANİYASI