1. New Cars
  2. Ümumi təsvir


RAV4 PLUG-IN Hibrid

360° GÖRÜNÜŞDƏ ARAŞDIRIN

  • Dizayn

    Eksteryer dizayn

    RAV4 Plug-in Hibrid sürülmək və seçilmək üçün yaradılıb. Tam hüquqlu SUV-nin güclü simasını kəskin, dinamik üslubla birləşdirən RAV4 Plug-in Hibrid zərif və “şəhərli” görünüşünü nümayiş etdirir. Zərif dizaynı altında dördüncü nəsil hibrid texnologiyamızın və yüksək həcmli litium-ion batareyasının təmin etdiyi ikili enerji gizlənir. Bunun sayəsində siz ani sürətlənmədən və sinfində ən yaxşı gediş ehtiyatından həzz ala bilərsiniz.

  • Dərhal işə düşən güc, rəqibsiz effektivlik

    CO2 tullantılarının göstəricilərinə (22q/km) və yanacaq sərfinə (1.3l/100 km) görə sinfinin ən yaxşısı olan RAV4 Plug-in Hibrid sərgilənən üstün performansa uyğun effektivliyə malikdir. 18.1kVt-lıq yeni litium-ion batareyası yalnız EV rejimində 65 km-dən* çox məsafəni getməyə imkan verir, 6.6 kVt gücündə daxili şarj qurğusu batareyanın 2,5 saat ərzində tam şarj olmasını təmin edir.

  • Təkmilləşdirilmiş və qoşulmuş

    RAV4 Plug-in Hibrid-in müasir üslublu salonunda sakitlik və sərbəstlik üçün ideal şəraitlər yaradılıb. İdman üslublu dəri oturacaqlar fərah və zərif salonda genişlik və rahatlığı təmin edir, 520l həcmində yük yeri isə batareyanın minimal yer tutması yük yerinin çevikliyi üçün nəzərdə tutulub. RAV4-ün təkmilləşdirilmiş interyerində proyeksiya displeyi və 9-dinamikli “JBL Premium Audio” sistemindən simsiz şarja və yük yerində yerləşən 230V-luq elektrik yuvasınadək hər şey güzəştsiz komfort və rahatlıq bəxş edir.

  • İstənilən hadisəyə hazırlıq

    İntuitiv aydın cihaz paneli əyləncə və əlaqələrə birbaşa keçid üçün ən yeni multimedia sisteminə və smartfon inteqrasiyası funksiyasına malik sensorlu ekranla təchiz edilib. “Apple CarPlay”™ və “Android Auto”™ ilə musiqi dinləyə, zəng edə və daha bir çox başqa imkanlardan istifadə edə bilərsiniz.

Tam ekran Bağla