1. New Cars
  2. Ümumi təsvir

PROACE CITY VERSO Shuttle SHORT A/T

SWB Passenger van 5 doors

Toyota Proace City Verso
Falcon Grey (EVL)

Başlanğıc qiymət

54000.0

Standart mühərrik

1.5L Diesel 15D2 (130 HP)

Standart zəmanəti

3 + 7 İl
Toyota Proace City Verso

POST https://dxp-webcarconfig.toyota-europe.com/v1/compare-v2/az/az


Proace City Verso Qalereyası

360°-də kəşf et

  • Dizayn

    Heyətləndirmək üçün yaradılıb

    Təkər bazasının uzunluğunun iki variantı sayəsində PROACE CITY VERSO-ya siz və sərnişinləriniz asanlıqla yerləşəcəksiniz. Qısa və uzun modellərə 7 nəfərədək adam yerləşir. İnteryer sizin istəklərinizə uyğun olaraq tərtib edilə bilər.

  • Sizin üçün ən optimal variantı tapın

    DIN üzrə 74 ilə 135 arası at gücünə malik müasir benzin və dizel güc qurğularının geniş seçimi və beşmərhələli və ya altımərhələli mexaniki və ya səkkizmərhələli avtomatik transmissiyanı seçmək imkanı. CO tullantılarının göstəricilərinə görə öz sinfində ən yaxşı nəticələri və üstün yanacaq qənaətliliyi sayəsində PROACE CITY VERSO sizin tələblərinizə ideal cavab verən güc qurğusuna sahibdir.

  • Ehtiyacınız olan çeviklik

    PROACE CITY VERSO sərnişinlərin yerləşdirilməsi üçün çevik imkanları təklif edir: ikinci sıranın hər biri ISOFIX ilə təchiz edilən üç ayrıca oturacağı və ya 60 nisbətində yığılan skamya. 7 nəfərlik tutumlu həm qısa həm də uzun təkər bazalı modellər üçüncü sırada iki rahat ayrıca oturacaq təklif edir. Bu oturacaqlar önə-arxaya hərəkət etdirilir və ayaqlar üçün yer ilə yük yeri arasındakı balansı tənzimləməyə imkan verir.

  • Təhlükəsizlik hər şeydən üstündür

    PROACE CITY VERSO üç təhlükəsizlik paketi ilə təklif edilir ki, bunlardan hər biri sizin tələblərinizə uyğun tərtib edilib. Toqquşmaların qarşısının alınması üçün qabaqcıl sistemin, yol nişanlarını tanıma sisteminin, sükan idarəetməsi funksiyalı hərəkət zolağından kənaraçıxma haqqında xəbərdarlıq sisteminin, kruiz-kontrol və sürücünün diqqəti yoxlama sisteminin də daxil olduğu standart təhlükəsizlik sistemləri sayəsində siz əmin ola bilərsiniz ki, PROACE CITY VERSO sizin qayğınıza qalacaq.

Tam ekran Bağla