Los Anceles, Kaliforniya, ABŞ: Toyota Mobility Fondu, Nesta Challenge Prize Mərkəzi ilə birgə, aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatını dəyişmək üçün 4 milyon dollarlıq qlobal müsabiqəyə start verib. Qaliblərin adları 2020-ci ildə, Tokio şəhərində açıqlanacaq.
Mobility Unlimited Challenge – bütün dünya üzrə iflic xəstələrinin hərəkət imkanlarını (mobilliyini) və sərbəstliyini köklü şəkildə yaxşılaşdıra bilən, keyfiyyət baxımından yeni və unikal texnologiya yaratmaq əzmində olan komandalar axtarır. Niyyətimizi daha yaxşı anlamaq üçün, bu videonu izləyin.
Mobility Unlimited Challenge – aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatını dəyişə biləcək uğurlu cihazları tapmaq məqsədilə, innoviasiyaları sürətləndirmək və istifadəçilər ilə əməkdaşlığı stimullaşdırmaq üçün dünyanın hər yerindən “yaradıcı düşüncələri” istifadə etməyə çalışır. Bu müsabiqə, “ağıllı sistemləri” olan özəl hərəkətlilik (mobillik) cihazlarının ixtirasını mükafatlandırır.
Gələcəyin mobillik həllərinə ekzoskeletlər, süni intellekt və maşınların (kompüterlərin) öyrədilməsi texnologiyalarından, “cloud computing” (“bulud” hesablama mühiti) və batareyalara qədər bir şey daxildir.
Dünyada milyonlarla insan aşağı əzaların iflici xəstəliyindən əziyyət çəkir və ən çox yayılmış səbəblər, insult, onurğa sütununun zədələnməsi və çoxlu sklerozdur. İflic xəstələri haqqında qlobal statistika olmasa da, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il təxminən 250,000-500,000 insana onurğa sütununun zədələnməsi diaqnozu qoyulur.
“Ağıllı” mobillik texnologiyalarında edilmiş innovasiyalarda istifadəçinin bədəninə və ətraf mühitinə daha yaxşı inteqrasiya edilmiş özəl qurğuların yaradılması potensialı mövcuddur. Amma, bu əhəmiyyətli texnologiyanın tətbiqi, kiçik və fraqmentləşdirilmiş bazarlar, hüquqi-normativ əngəllər və səhiyyə sistemləri, habelə sığortaçılardan ödənişlərin kompensasiyası kimi narahatlıqlar səbəbindən ləngiyir.
Bu isə öz növbəsində sözügedən sahəni kiçik və ya yeni iştirakçılar üçün “cəlbedici” etmir və mövcud innovatorların yenilikçi həllərinin bazara çıxarılmasına maneələr yaradır. Məkanlar arasında hərəkətin yaxşılaşdırılması istiqamətində əldə edilmiş əhəmiyyətli irəliləyişlərə baxmayaraq, gündəlik funksionallıqda edilən yeniliklər hələ də geridə qalmaqda davam edir.
Ekspertlərdən ibarət münsiflər heyəti 5 finalçı seçəcək və onların hər birinə müəyyən intellektual ideyanı prototipə çevirən konsepsiyalarına görə 500.000 dollar mükafat verəcək. Müsabiqənin qalibinə, öz məhsulunu bazara çıxarmaq üçün 1.000.000 dollar dəyərində mükafat veriləcək. Qalib konsepsiyanın adı 2020-ci ildə Tokio şəhərində açıqlanacaq.