1. New Cars
  2. Hybrid Electric
  • Hibrid Elektrik texnologiyasının üstünlüyü

    Toyota şirkətinin beşinci nəsil hibrid elektrik güc qurğusu ilə təchiz edilmiş Corolla Sedan avtomobilinin idarəolunması zövq verməklə yanaşı, yanacaq baxımdan da səmərəlidir. Demək olar ki səssiz elektrik enerjisi ilə daxili yanma mühərrikini birləşdirən Corolla Sedan hərəkət zamanı özü enerji yığmaqla sizi əlavə qayğılardan azad edir.

Komfort və nəzarət

Rahat hərəkət, güvən hissi bəxş edən stabillik və çevik idarəetmə sayəsində Corolla Sedanı sürməkdən zövq alacaqsınız. Avtomobilin yüksək səviyyəli tərtibatının və təhlükəsizliyinin açarı olan möhkəm konstruksiya onun heyrətamiz idarəetmə dinamikasının əsasını təşkil edir.

Daha az xərc, daha çox səmərə

Toyota artıq uzun zamandır ki, yeni texnologiyalarla mövcud problemləri həll edərək mobillik haqqında fikirləri dəyişir. Yeni Corolla Sedanın güclü və çevik hibrid elektrik güc qurğusu daha az CO2 emissiyaları ilə daha yaxşı yanacaq səmərəliliyi təqdim edir.
  • Beşinci nəsil hibrid elektrik texnologiyası

    Corolla Sedan modeli Toyota şirkətinin hibrid elektrik texnologiyası sahəsində misilsiz təcrübəsinin məhsuludur. Yeni PCU (enerji qidalanma bloku) və yüngül, yığcam, güclü batareya sayəsində Corolla Sedanın beşinci nəsil hibrid elektrik sistemi müasir güc qurğusunun parlaq nümunəsidir.