Qələbə yarışın sadəcə başlanğıcıdır

24 saatlıq Le Man yarışlarında gözqamaşdırıcı qələbədən sonra əfsanəvi TS050 hibrid avtomobili arxasında Le Manda yarış trekinin ən sürətli tamamlanması da daxil olmaqla, zəfərli rekordlardan ibarət möhtəşəm iz buraxaraq yerini xələfinə verir. TS050 hibrid avtomobilinin yerini hiperavtomobillər üçün yeni qaydalara uyğun olaraq hazırlanmış və hazırda inkişaf mərhələsində olan GR Super Sport yol avtomobilinə əsaslanan yeni 2021 modeli tutacaq.

Daha çox həyəcan, daha böyük qələbələr, daha çox əyləncə. Biz hibrid texnologiyalarımızı durmadan təkmilləşdirmək üçün stereotipləri hər zaman qırır və avtomobillərimizin formasını dəyişirik.

Çünki ən çətin işlər bizi irəliyə doğru hərəkət etməyə vadar edən işlərdir.

Ən son xəbərlər, videolar və tədbirləri izləyin.

Maksimal güc və ekoloji xarakteristikalar.

Toyota avtomobillərinin 2018, 2019 və 2020-ci illərdə keçirilmiş Le Man yarışlarında əldə etdiyi qələbələrin sayəsində növbəti nəsil GR Super Sport Concept avtomobilinin hibrid texnologiyaları yarışların sınağından keçib. Bu texnologiyaların ekoloji və istismar zirvələrini fəth etməsindən sonra qarşımıza yeni məqsəd qoymuşuq. Birbaşa yarış avtomobillərindən ilham alan və gərgin rəqabətdən keçən hibrid texnologiyalarının əsasında daha gözoxşayan idman avtomobilləri yaratmaq arzusundayıq. Gələcəkdə elektron və rəqəmsal texnologiyalarda əldə ediləcək nailiyyətlərdən asılı olmayaraq, idarə etməkdən zövq alacağınız avtomobillər yaratmaq istəyirik. Finiş xətti eyni zamanda bir başlanğıcdır - yeni məhsul xəttimizin başlanğıcı.

/
Güc aqreqatının xüsusiyyətləri
Qoşa turbo üfürməli, birbaşa yanacaq-püskürtməli V6 mühərriki
2,400cc
Birləşmiş güc: 735kVt/1000ps (Mühərrik + Hibrid motorlar)
Toyota Hibrid Sistemi – Yarış (THS-R)
Nə üçün Hibrid?
Hibrid davamlılığı

İnanılmaz TS050 HYBRID avtomobili müstəsna sürət və yanacaq səmərəliliyi ilə seçilir.

/
/
Mühərrik: 2.4 litrlik V6 birbaşa yanacaq-püskürtməli, qoşa turbo üfürməli mühərrik
/
Hibrid sistemi: Toyota HYBRID - System Racing (THS-R)
/
Hibrid sistemi:Ən yüksək sürət: 330 km/saatdan çox
/
Akkumulyator: Super-yüngül çəkili, litium-ion

"Mən bu avtomobillərin
növbəti 100 il ərzində
aktual olacağını qətiyyətlə deyə bilərəm"
Akio Toyoda, 2018

Yarış trekinin məhdudiyyətləri, yoldan öyrəndiklərimiz

Biz çox şeyi məhdudiyyətlərə sinə gərərək öyrənmişik. Dünya Dözümlülük Çempionatı hibrid yol avtomobillərimizin enerjinin saxlanmasından akkumulyatorun soyudulması və avtomobilin qabaritlərinin azadılmasına qədər bir çox xüsusiyyətlərinin hazırlanmasında ciddi şəkildə irəliməyimizə kömək edib.

/
Komanda ilə tanış olun

Çoxmillətli komandamız bütün dünyadan olan avtosport peşəkarlarının təcrübəsini bir araya gətirir.

Sürücü: Mayk Konveyin hekayəsi

TOYOTA GAZOO Racing avtomobilinin sürücüsü Mayk Konvey qurban və uğursuzluqların və karyerasının başlanğıcından ona güc verən yarış ehtirasının hekayəsini paylaşır.

Driver 1
Avtomobil: #7

Sürücü: Mayk Konvey
Ölkə: Birləşmiş Krallıq 
Ən böyük nailiyyəti: Monako, Makao və Lonq-Biç traslarında qələbə və 2019-2020-ci illərin Dünya Dözümlülük Çempionatının qalibi

Driver 1
Avtomobil: #8

Sürücü: Sebastyen Buemi
Ölkə: İsveçrə
Ən böyük nailiyyəti: 2014 və 2018-2019-cu illərin Dünya Dözümlülük Çempionatının qalibi

Driver 1
Avtomobil: #7

Sürücü: Kamui Kobayaşi
Ölkə: Yaponiya
Ən böyük nailiyyəti: F1 podiumunun mükafatçısı, 2017-ci ilin Le Man poul-mövqeyinin qalibi və 2019-2020-ci illərin Dünya Dözümlülük Çempionatının qalibi

Driver 1
Avtomobil: #8

Sürücü: Kazuki Nakajima
Ölkə: Yaponiya
Ən böyük nailiyyəti: 2014-cü ilin Le Man poul-mövqeyinin qalibi və 2018-2019-cu illərin Dünya Dözümlülük Çempionatının qalibi

Driver 1
Avtomobil: #7

Sürücü: Xose Mariya Lopez
Ölkə: Argentina
Ən böyük nailiyyəti: 2014, 2015, 2016-cı illərin WTCC qalibi və 2019-2020-ci illərin Dünya Dözümlülük Çempionatının qalibi

/
Avtomobil: #8

Sürücü: Brendon Hartli 
Ölkə: Yeni Zelandiya
Ən böyük nailiyyəti: Dünya Dözümlülük Çempionatının ikiqat qalibi və 2017-ci ildə keçirilmiş 24 saatlıq Le Man yarışının qalibi

ƏLAVƏ MƏLUMAT

Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik . Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik . Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Toyota şirkətinin COVID19 pandemiyası ilə bağlı xüsusi bildirişi Koronavirus pandemiyası cəmiyyətimiz üçün yeni növ problem yaradıb: hərəkət etmək azadlığımızı məhdudlaşdırır. Ona görə də insanlardan bir-birindən uzaq durmaqla birlikdə olmağı xahiş edirik . Hamı üçün Hərəkətlilik Hamı üçün Hərəkətlilik Toyota-nın gələcək üçün konsepsiyasının təqdim olunması