Əyləc sistemi avtomobilinizin xüsusilə də ağır yol şəraitində təhlükəsiz istismarı üçün ən vacib elementidir. Təhlükəsiz idarəetmə əhəmiyyətli dərəcədə avtomobilin əyləc sisteminin düzgün çalışmasından asılıdır.

Avtomobilinizin əyləc sistemi necə işləyir?

Əyləc pedalı basıldıqda əyləc sistemində kolodkanın əyləc diskinə sıxılmasını təmin edən təzyiq yaranır ki, bu da avtomobilin sürətinin azalmasına və ya dayanmasına gətirib çıxarır. İstismar nəticəsində əyləc kolodkaları köhnəlir. Əyləc kolodkalarının dəyişdirilməsi və əyləc sisteminin profilaktikası üçün əlamət qeyri-səmərəli əyləc və ya əyləcin istifadəsi zamanı yaranan kənar səsdir.

Köhnəlmiş kolodkaların istifadəsi təhlükəlidir, və onlar dərhal rəsmi servis mərkəzində dəyişdirilməlidir. Əyləc disklərinin dəyişdirilməsi onların qalınlıq xarakteristikası ən aşağı yol verilən göstəricidən az olduğu halda zəruridir.

Əyləc sisteminin səmərəli çalışması üçün əsas element əyləc mayesinin xarakteristikasıdır. Uzun müddət ərzində istismar olunduqda onlar əhəmiyyətli dərəcədə korlana bilər ki, bu da əyləc sisteminin fəaliyyət parametrlərinin ümumi azalmasına gətirib çıxaracaq. Belə olduğu halda, əyləc mayesinin tövsiyə olunan dəyişdirmə qrafikinə uyğun olaraq dəyişdirilməsi tələb olunur.

/

TOYOTA orijinal əyləc kolodkaları, əyləc diskləri və əyləc mayesindən istifadə etdiyiniz zaman nəzərə almağınız üçün tövsiyə edilən əsas üstünlükləri aşağıda nəzərinizə çatdırırıq.

Ən yüksək keyfiyyət

Orijinal əyləc kolodkaları, əyləc diskləri və əyləc mayesi maksimal keyfiyyət və uzunömürlülük təmin edilməklə TOYOTA keyfiyyət standartına uyğun olaraq işlənib-hazırlanmışdır.

Təhlükəsiz istismar

Siz avtomobilinizin təhlükəsiz istismarında yalnız orijinal TOYOTA əyləc məhsullarından istifadə etdiyiniz zaman əmin ola bilərsiniz.

Orijinal əyləc mayesi istənilən TOYOTA avtomobil modeli üçün uyğun gəlir ki, bu da müvafiq dəyişdirməni təmin edir və məhsulların uyğunluğu ilə bağlı çətinlikləri aradan qaldırır.

TOYOTA rəsmi xidmət mərkəzinə baş çəkib TOYOTA avtomobiliniz üçün səriştəli xidmət əldə edin, eləcə də əyləc sisteminin elementləri üçün xüsusi qiymət təklifimizin təqdim etdiyi üstünlüklərdən yararlanın.

Our E-Privacy policy

We use cookies on our website to provide you with a better service.  If you are happy with this continue to use the website as normal, or find out how to manage cookies.