/

Toyota Mobility Foundation - “Mobility Unlimited” müsabiqəsini təqdim edir

Aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatını dəyişmək üçün 4 milyon dollarlıq müsabiqə
  • Toyota Mobility Foundation və Nesta Challenge Prize Centre dünyanın müxtəlif yerlərində aşağı əzaların iflicindən əziyyət çəkən insanların hərəkət imkanlarının (mobilliyin) genişləndirilməsi üçün çoxmilyonluq müsabiqəyə start verir
  • Mobility Unlimited Challenge (Sərhədsiz Mobillik Müsabiqəsi) – intellektual sistemlərdən ibarət olan fərdi mobillik cihazlarının ixtirasını mükafatlandırır
  • Həllərə texnoloji və dizayn spektrindən başlayaraq, süni intellektdən ekzoskeletlərə qədər hər şey daxildir
  • Müsabiqə idman, KİV, dizayn, incəsənət və texnologiya sahələrində çalışan beynəlxalq sülh səfirləri tərəfindən dəstəklənir.

Los Anceles, Kaliforniya, ABŞ: Toyota Mobility Fondu, Nesta Challenge Prize Mərkəzi ilə birgə, aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatını dəyişmək üçün 4 milyon dollarlıq qlobal müsabiqəyə start verib. Qaliblərin adları 2020-ci ildə, Tokio şəhərində açıqlanacaq.

Mobility Unlimited Challenge – bütün dünya üzrə iflic xəstələrinin hərəkət imkanlarını (mobilliyini) və sərbəstliyini köklü şəkildə yaxşılaşdıra bilən, keyfiyyət baxımından yeni və unikal texnologiya yaratmaq əzmində olan komandalar axtarır. Niyyətimizi daha yaxşı anlamaq üçün, bu videonu izləyin.

Mobility Unlimited Challenge – aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatını dəyişə biləcək uğurlu cihazları tapmaq məqsədilə, innoviasiyaları sürətləndirmək və istifadəçilər ilə əməkdaşlığı stimullaşdırmaq üçün dünyanın hər yerindən “yaradıcı düşüncələri” istifadə etməyə çalışır. Bu müsabiqə, “ağıllı sistemləri” olan özəl hərəkətlilik (mobillik) cihazlarının ixtirasını mükafatlandırır.

Gələcəyin mobillik həllərinə ekzoskeletlər, süni intellekt və maşınların (kompüterlərin) öyrədilməsi texnologiyalarından, “cloud computing” (“bulud” hesablama mühiti) və batareyalara qədər bir şey daxildir.

Dünyada milyonlarla insan aşağı əzaların iflici xəstəliyindən əziyyət çəkir və ən çox yayılmış səbəblər, insult, onurğa sütununun zədələnməsi və çoxlu sklerozdur. İflic xəstələri haqqında qlobal statistika olmasa da, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il təxminən 250,000-500,000 insana onurğa sütununun zədələnməsi diaqnozu qoyulur.

“Ağıllı” mobillik texnologiyalarında edilmiş innovasiyalarda istifadəçinin bədəninə və ətraf mühitinə daha yaxşı inteqrasiya edilmiş özəl qurğuların yaradılması potensialı mövcuddur. Amma, bu əhəmiyyətli texnologiyanın tətbiqi, kiçik və fraqmentləşdirilmiş bazarlar, hüquqi-normativ əngəllər və səhiyyə sistemləri, habelə sığortaçılardan ödənişlərin kompensasiyası kimi narahatlıqlar səbəbindən ləngiyir.

Bu isə öz növbəsində sözügedən sahəni kiçik və ya yeni iştirakçılar üçün “cəlbedici” etmir və mövcud innovatorların yenilikçi həllərinin bazara çıxarılmasına maneələr yaradır. Məkanlar arasında hərəkətin yaxşılaşdırılması istiqamətində əldə edilmiş əhəmiyyətli irəliləyişlərə baxmayaraq, gündəlik funksionallıqda edilən yeniliklər hələ də geridə qalmaqda davam edir.

Ekspertlərdən ibarət münsiflər heyəti 5 finalçı seçəcək və onların hər birinə müəyyən intellektual ideyanı prototipə çevirən konsepsiyalarına görə 500.000 dollar mükafat verəcək. Müsabiqənin qalibinə, öz məhsulunu bazara çıxarmaq üçün 1.000.000 dollar dəyərində mükafat veriləcək. Qalib konsepsiyanın adı 2020-ci ildə Tokio şəhərində açıqlanacaq.


Mobility Unlimited Challenge müsabiqəsinin başlıca məqsədi, köməkçi texnologiyalar bazarına daxil olmaq üçün mübarizə apara bilən kiçik innovatorları cəlb etmək və dəstəkləməkdir. Discovery Awards, perspektivli konsepsiyaları olan, lakin, müsabiqəyə qatılmağa imkanı olmayan 10 qrup üçün 50.000 dollar dəyərində ilkin kapital təmin edəcəkdir. Maraqlı tərəflər mobilityunlimited.org saytından iştirak üçün onlayn qaydada müraciət edə bilər.

Daha ədalətli, bərabər imkanları olan mühit yaratmaq məqsədilə universal dizayn prinsipləri əsasında qurmaqla, Mobility Unlimited Challenge müsabiqəsinə qatılma strategiyası istifadəçi yönümlü olacaqdır. Müsabiqə, istirikaçılarımızın tapdığı həllərdən ən çox faydalanacaq, dünyanın hər yerindən olan insanlar ilə birgə yaradılan innovasiyalar üçün katalizator rolunu oynayacaq.

Mobility Unlimited Challenge müsabiqəsinin sonunda, Toyota Mobility Fondu və Nesta Challenge Prize Mərkəzi, aparıcı texnoloji həllərin yaradılmasında innovatorlardan ibarət komandaları dəstəkləyərək, aşağı əzaların iflicindən əziyyət çəkən insanların həyatında fərdi hərəkət imkanları və ya mobillik baxımından yeni bir fəsil açacaqdır.

Əlavə məlumat üçün mobilityunlimited.org saytına daxil olun.

Toyota Mobility Fondu haqqında 

  • Toyota Mobility Foundation, 2014-ci ildə Toyota şirkəti tərəfindən, olduqları yerdən asılı olmayaraq, insanların daha yaxşı həyat yaşamasına kömək edəcək, həqiqi mobillik cəmiyyətinin yaradılması məqsədi ilə təsis edilib.
  • Sözügedən fond, hərəkətliliklə bağlı disbalansı aradan qaldırmaqla, güclü mobillik sistemlərinin dəstəklənməsini hədəfləyir.
  • Toyota Mobility Foundation, dünyanın ən dinamik və əhali sayı çox olan şəhərlərində yol hərəkətinin “sakitləşdirilməsi”ndən, hidrogen enerjisi həllərinə qədər ,dünyanın innovasiyalı mobillik həllərinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
  • Toyota Mobility Fondunun əsas missiyası, bilikləri paylaşmaqla, başqaları ilə əməkdaşlıq etməklə və daha xoşbəxt mobil cəmiyyət qurmaq üçün onların “yenilikçi ruhundan” istifadə etməklə, daha çox insanların daha çox məkanlara getməsini mümkün etməkdir.
  • Toyota Mobility Foundation , dünyanın müxtəlif ölkələrində mobillik məsələlərini həll etmək üçün, universitetlər, dövlət orqanları, qeyri-kommersiya təşkilatları, elmi-tədqiqat institutları və digər təşkilatlarla əməkdaşlıq etməklə, Toyota şirkətinin texnologiyalar, təhlükəsizlik və ətraf mühit sahələrində malik olduğu təcrübədən istifadə edir.