Özəl xüsusiyyətlər
Xarici

Ön işıq istiqamətləndirici, LED

Arxa işıq istiqamətləndirici, LED

Akula üzgəcinə bənzər antena

İntellektual Giriş və İşəsalma Sistemi
Ənənəvi standart açar əvəzinə, İntellektual Giriş və İdarəetmə Sisteminə xüsusi ötürücü daxildir ki, bu da dəstəyi dartmaqla qapıları açmağa və düyməni basmaqla onları yenidən kilidləməyə imkan verir. Mühərriki işə salmaq və ya dayandırmaq üçün sadəcə start/stop düyməsini basmaq lazımdır. Sizə lazım olan yeganə vasitə - intellektual (smart) giriş açarıdır; onu cibinizdə və ya əl çantanızda gəzdirə bilərsiniz.

Elektrik lyuk
Daxili

3 oxlu dəri sükan

Ön konsol qutusunda qoltuqaltı (süni dəri)

İşəsalma düyməsi

İkizonalı avtomatik hava kondisioneri

Qızdırılan sürücü və ön sərnişin oturacaqları

Rəngli TFT multi-məlumat displeyi

Toyota Touch® 2 multimedia sistemi
Toyota Touch® 2 tam inteqrə olunmuş multimedia sistemidir. Sistemə rəngli taçskrin tipli monitor (barmaqla “dartma və sürüşdürmə” funksiyaları ilə), USB cihazları, iPod və smartfonları dəstəkləyən müasir audio sistem daxildir. Bluetooth® 3.0 dəstəyi götürmədən zəng etməyə, SMS qəbul etməyə və musiqi dinləməyə imkan verir. WVGA ekranı həm də arxa görüntü kamerasına qoşulub ki, bu da avtomobilin daha təhlükəsiz arxaya sürülməsini təmin edir.
Təhlükəsizlik

Ön lampalar, LED

Avtomobilin Stabilliyinə Nəzarət sistemi (VSC+)
VSC+ sistemi qəfil dönmələrdə və ya sürüşkən yollarda döngələrə daxil olanda avtomobilin stabilliyini qoruyub saxlayır və kənara sürüşmənin qarşısını alır. Kənara sürüşmə müəyyən edildikdə, fərdi əyləclər avtomatik olaraq işə salınır və mühərrikin gücünə nəzarət olunur. Bundan əlavə, avtomobilin öz yoluna qayıtmasına kömək etmək üçün idarəetmə, sistem sükan idarəetməsinə də tətbiq edilir.
Ləvazimatlar
Xarici

18” düymlük Pitlane II tökmə diskləri, sterlinq gümüşü rəngli
18” düymlük Pitlane II antrasit tökmə diskləri fərdiliyinizi vurğulamaq üçün nəzərdə tutulub.

18” düym Pitlane II antrasit tökmə disklər
Həqiqətən göz oxşayan, zəngin görünüşə malikdir. 18” düymlük Pitlane II antrasit tökmə disklər fərdiliyinizi vurğulamaq üçün nəzərdə tutulub.

18” düym Pitlane II tökmə disklər, antrasitlə emal edilib
Həqiqətən göz oxşayan, zəngin görünüşə malikdir. 18” düymlük Pitlane II antrasit tökmə disklər fərdiliyinizi vurğulamaq üçün nəzərdə tutulub.

18” düymlük Pitlane II tökmə diskləri, donuq qara rəngli
18” düymlük Pitlane II donuq qara rəngli tökmə diskləri fərdiliyinizi vurğulamaq üçün nəzərdə tutulub.

Antrasitlə emal edilmiş 17” düym tökmə disklər (5 qoşa-oxlu)
Xüsusi olaraq, bu avtomobil üçün layihələndirilmiş tökmə disklər avtomobilin yaraşıqlı görünüşünə daha çox fərqlilik əlavə edir. Yüngül çəkili, möhkəm olmaqla yanaşı, yüksək keyfiyyətli səthə malikdir.

Paslanmayan poladdan hazırlanmış 17” düym gümüşü qış diskləri
Xüsusi olaraq qış təkərləri ilə birgə istifadə etmək üçündür. Hava dəyişəndə, siz qış təkərlərini sadəcə normal tökmə disklərlə əvəzləyə və bahalı təkər dəyişikliklərindən yaxa qurtara bilərsiniz.

Təkər saxlamaq üçün kisə
Təkərləri kənarda saxlamaq üçün çıxardıqdan sonra onların təsadüfən zədələnməsinin qarşısını alır.

Təkərin təzyiq monitorinqi sistemi
Təkərin Təzyiq Monitoriniq Sistemi (TPMS) hər bir təkərdə təzyiqə nəzarət edir və təkərin havası 25% və ya daha çox boşaldığı halda, xəbərdarlıq işığı sürücünü xəbərdar edir.

17” düym Poseidon tökmə diskləri, səthi antrasitlə emal edilmiş
Toyota tökmə disklərinin seçimi RAV4 avtomobilinizin həyəcanlandırıcı orjinal görünüşünə əlavə yaraşıq qatır. Hər bir dizayn öz fərdi üslubunu vurğulamaqla bərabər, optimal idarəetmə balansı və stabilliyinə rəğmən yüksək dəqiqliklə işlənib hazırlandığını bəyan edir.

Arxa baqaj üçün dekor
Yaraşıqlı xrom örtük avtomobilin baqaj bölməsinin aşağı haşiyəsini əlavə üslub elementi ilə fərqləndirir.

Arxa baqaj üçün dekor
Yaraşıqlı xrom örtük avtomobilin baqaj bölməsinin aşağı haşiyəsini əlavə üslub elementi ilə fərqləndirir.

Gümüşü rəngli dekor paketi
Avtomobilin yan hissələrinin gümüşü dekor elementləri RAV4-ün unikal xarakterini daha da əzəmətli edir.

Karbon dekor paketi
Avtomobilin yan hissələrinin karbon dekor elementləri RAV4-ün unikal xarakterini daha da əzəmətli edir.

Karbon güzgü örtüyü
Karbon görünüşlü örtüklər RAV4 avtomobilinin simasına yaraşıq əlavə edir və əlavə karbon görünüşlü dekor elementləri ilə vəhdət təşkil edir.

Ön qoruyucu sipər
Vahid xrom elementləri ilə bəzədilmiş ön qoruyucu sipər avtomobilinizə əzəmətli və möhtəşəm görüntü bəxş etməklə, onu daş-çınqıl qırıntılarından müdafiə edir.

Ön qoruyucu sipər
Vahid xrom elementləri ilə bəzədilmiş ön qoruyucu sipər avtomobilinizə əzəmətli və möhtəşəm görüntü bəxş etməklə, onu daş-çınqıl qırıntılarından müdafiə edir.

Qara dekor paketi
Avtomobilin yan hissələrinin qara dekor elementləri RAV4-ün unikal xarakterini daha da əzəmətli edir.

Yan pillə
Yan pillələr avtomobilin dam hissəsi və dam baqajına girişi asanlaşdırmaqla yanaşı, avtomobilin brutal xarici görünüşünü daha da vurğulayır.

Yan qapının xrom dekor elementi
Xüsusi olaraq avtomobilinizin konturları ilə həmahənglik təşkil etmək üçün hazırlanmışdır. Dəbdəbəli xrom çaları avtomobilinizin simasını digərlərindən fərqləndirir və ona zəngin görünüş bəxş edir.

Külək deflektorları
Aerodinamik formalı deflektorlar, salonda küləyin səsini azaltmağa və açıq pəncərə ilə avtomobili idarə edən zaman amortizasiya yaratmağa imkan verir. Ön və arxa pəncərələr üçün.

Buksir mexanizmi, stasionar
Orijinal stasionar buksir mexanizmi sizi təhlükəsiz buksir/yedəyəalma imkanı ilə təmin edir. Xüsusi olaraq avtomobiliniz üçün layihələndirilib və korroziya əleyhinə davamlı səthə malikdir. Ayrıca olaraq peşəkar naqil dəstini əldə etmək mümkündür.

Dam tirləri
Əgər siz avtomobiln dam hissəsindən müntəzəm olaraq qabiritli və ya iri həcmli əşyalar daşımaq üçün istifadə etməyi planlaşdırırsınızsa, stasionar dam tirlərinin quraşdırılması məqsədəuyğun sayıla bilər. Dam tirlərini quraşdırmaqla, siz köndələn profilləri asanlıqla yerləşdirə, daha sonra isə spesifik əşyaların daşınması üçün geniş çeşidli opsional qoşqulardan istifadə edə bilərsiniz.

Dam üçün velosiped tutqacı, sağ tərəf
Təkərlər formalı profilə yerləşir və bununla da velosipedin düz dayanmasına imkan verir. Bu isə o deməkdir ki, təkərləri və ramanı bərkidərkən hər iki əlinizdən istifadə edə bilərsiniz.

Dam üçün velosiped tutqacı, sol tərəf
Təkərlər formalı profilə yerləşir və bununla da velosipedin düz dayanmasına imkan verir. Bu isə o deməkdir ki, təkərləri və ramanı bərkidərkən hər iki əlinizdən istifadə edə bilərsiniz.

Köndələn tirlər
Toyota köndələn tirləri xüsusi olaraq Toyota avtomobilinin dam hissəsinin uzununa tirləri birgə istifadə üçün nəzərdə tutulub və avtomobilinizin yük daşıma imkanlarını daha da genişləndirir. Tirlər aerodinamikdir, alüminiumdan hazırlanıb, tam olaraq kilidlənir və quraşdırılması çox asandır. Köndələn dam tirlərində cəld qoşulma konsepsiyası var ki, bu da onları geniş çeşidli əlavə qoşqularla birgə istifadəsini mümkün edir.

Qatlanan velosiped tutqacı
Bir və ya iki dağ, idman və ya elektrik velosipedini daşımaq üçün ən təhlükəsiz vasitə sayılır. Tutqacın müasir dizaynı baqaj yüklə dolu olduqda belə, baqaja daxil olmaq üçün tutqacı əyməyə imkan verir və asanlıqla quraşdırma, daşınma və saxlanma üçün tam olaraq qatlanır. Tutqacın xüsusi təhlükəsizlik kilidi velosipedi kronşteynə və kronşteyni avtomobilə birləşdirməyə imkan verir, daxili işıqlanması və 13 dəlikli oyuğa malik nömrə tutqacı var.

Qatlanan velosiped tutqacı üçün çanta
Qatlanan velosiped tutqacından istifadə etmədikdə, onu yastı formada qatlayaraq öz davamlı, xüsusi təyinatlı daşınma çantası saxlamaq və ya daşımaq mümkündür.

Qoşqu mexanizmi, horziontal açılan
Ayrıla bilən orijinal Toyota buksir mexanizmi xüsusi olaraq buksir imkanları lazım olanda farkop kürəsini asanlıqla qoşmağa, lazım olmayanda ayırmağa imkan vermək üçün layihələndirilib. Sistem asanlıqla kilidlənir və korroziya əleyhinə davamlı səthə malikdir. Ayrıca olaraq peşəkar naqil dəstini əldə etmək mümkündür.

Qoşqu mexanizmi, vertuikal açılan
Ayrıla bilən orijinal Toyota buksir mexanizmi xüsusi olaraq buksir imkanları lazım olanda farkop kürəsini asanlıqla qoşmağa, lazım olmayanda ayırmağa imkan vermək üçün layihələndirilib. Sistem asanlıqla kilidlənir və korroziya əleyhinə davamlı səthə malikdir. Ayrıca olaraq peşəkar naqil dəstini əldə etmək mümkündür.

Qoşqu mexanizminin naqil dəsti, 13 ştekerli
Orijinal Toyota naqil dəsti Toyota buksir mexanizmləri ilə birgə istifadə etmək üçündür. Dəstin inteqral rozetkası avotmobilinizin işıqlarını çox cəld və asanlıqla treyler, velosiped tutqacı və ya yedəyə götürdüyünüz furqonun işıqlarına qoşmağa imkan verir.

Qoşqu mexanizminin naqil dəsti, 7 ştekerli
Orijinal Toyota naqil dəsti Toyota buksir mexanizmləri ilə birgə istifadə etmək üçündür. Dəstin inteqral rozetkası avotmobilinizin işıqlarını çox cəld və asanlıqla treyler, velosiped tutqacı və ya yedəyə götürdüyünüz furqonun işıqlarına qoşmağa imkan verir.

Thule Motion 800 xizək konteyneri, parıltılı boz
Xüsusi olaraq qış-idman tədbirləri üçün işlənib hazırlanmış yüksək tutumlu olmaqla yanaşı, hamar konstruksiyaya malikdir. Asan yükləmə və boşaltma üçün hər iki tərəfdən açıla bilər, əlavə təhlükəsizlik üçün, bütün kilidləmə nöqtələri qapalı olana qədər, mərkəzi kilidləmə açarı yerindən çıxmır.

Thule Motion 800 xizək konteyneri, parıltılı qara
Xüsusi olaraq qış-idman tədbirləri üçün işlənib hazırlanmış yüksək tutumlu olmaqla yanaşı, xüsusi konstruksiyaya malikdir. Asan yükləmə və boşaltma üçün hər iki tərəfdən açıla bilər, əlavə təhlükəsizlik üçün, bütün kilidləmə nöqtələri qapalı olana qədər, mərkəzi kilidləmə açarı yerindən çıxmır.

Thule Pacific 200 dam baqajı, gümüşü boz
Səfərlər üçün nəzərdə tutulmuş, əlavə yük yerini təmin edən xüsusi təyinatlı baqaj. Konteynerin dizaynında aerodinamik müqavimətin, küləyin səs-küyü və vibrasiyaların minimuma endirilməsi, habelə yükləmə-boşaltmanı asanlaşdırmaq üçün rahat açılma təmin edilir. Yüksək təhlükəsizlik üçün çoxnöqtəli mərkəzi kilidə malikdir. Daxili tutumu: 410 litr.

Thule Pacific 700 xizək konteyneri - titan boz
Zərif titan boz rəngli “aerodəri” teksturalı qapağı olan, aerodinamik formalı konteyner. Qış idman avadanlıqlarının asan yüklənilməsi və boşaldılması üçün hər iki tərəfdən açıla bilər, əlavə təhlükəsizlik üçün, bütün kilidləmə nöqtələri qapalı olana qədər, mərkəzi kilidləmə açarı yerindən çıxmır. Daxili tutumu: 420 litr (6 cüt xizək / 4 snoubord yerləşir).

Velosiped tutqacı, 13 oxlu
Yüksək davamlılığa malik poladdan hazırlanmış arxa velosiped tutqacı buksir qoşqusuna birləşdirilir və iki velosipedi möhkəm saxlayır.

Xizək və snoubord üçün tutqac (4 cüt xizək və ya 2 ədəd snoubord)
Kifayət qədər geniş, istifadəsi asan olan xizək tutqacları, xizəklərin ölçüsündən asılı olaraq 3-4 cüt xizəyi və ya 2 ədəd snoubordu özünüzlə götürməyə imkan verir. Xizəklər/snoubordlar 2 ədəd rezin profil vasitəsilə möhkəm bərkidilir.

Xizək və snoubord üçün tutqac (6 cüt xizək)
Kifayət qədər geniş, istifadəsi asan olan xizək tutqacları, xizəklərin ölçüsündən asılı olaraq 5-6 cüt xizəyi və ya 4 ədəd snoubordu özünüzlə götürməyə imkan verir. Xizəklər/snoubordlar 2 ədəd rezin profil vasitəsilə möhkəm bərkidilir.

Buksir qoşqusunun naqil adapteri, 13P (avtomobil) – 12N/12S (treyler/furqon) keçidi.
Əgər sizdə treyler və ya arxa velosiped tutqacı varsa, ya da başqa ölkəyə səfər etmək üçün treyler icarəyə götürmək istyirsinizsə, rozetka yerinin yeni avtomobilinzə uyğun gəlmədiyini görə bilərsiniz. İndi bu problem çox asanlıqla həll olunur! Əgər rozetkalar bir-birinə uyğun gəlmirsə belə, Toyota rozetka adapteri avtomobilin buksir qoşqusunun naqilini treylerə və ya velosiped tutqacına təhlükəsiz və möhkəm qoşmağa imkan verir.

Buksir qoşqusunun naqil adapteri, 13P (avtomobil) – 7P (treyler) keçidi.
Əgər sizdə treyler və ya arxa velosiped tutqacı varsa, ya da başqa ölkəyə səfər etmək üçün treyler icarəyə götürmək istyirsinizsə, rozetka yerinin yeni avtomobilinzə uyğun gəlmədiyini görə bilərsiniz. İndi bu problem çox asanlıqla həll olunur! Əgər rozetkalar bir-birinə uyğun gəlmirsə belə, Toyota rozetka adapteri avtomobilin buksir qoşqusunun naqilini treylerə və ya velosiped tutqacına təhlükəsiz və möhkəm qoşmağa imkan verir.

Buksir qoşqusunun naqil adapteri, 7P (avtomobil) – 13P (treyler) keçidi.
Əgər sizdə treyler və ya arxa velosiped tutqacı varsa, ya da başqa ölkəyə səfər etmək üçün treyler icarəyə götürmək istyirsinizsə, rozetka yerinin yeni avtomobilinzə uyğun gəlmədiyini görə bilərsiniz. İndi bu problem çox asanlıqla həll olunur! Əgər rozetkalar bir-birinə uyğun gəlmirsə belə, Toyota rozetka adapteri avtomobilin buksir qoşqusunun naqilini treylerə və ya velosiped tutqacına təhlükəsiz və möhkəm qoşmağa imkan verir.

Arxa bamper üçün qoruyucu plitə, parıltılı paslanmayan polad
Ağır və ya narahat yükləri baqaja sürüşdürüb salanda arxa bamperin boya örtüyünün cızıq və sürtülmələrə qarşı qorumaq üçün nəzərdə tutulub.

Arxa bamper üçün qoruyucu plitə, qara plastik
Davamlı plastikdən hazırlanıb, ağır və ya narahat yükləri baqaja sürüşdürüb salanda arxa bamperin boya örtüyünün cızıq və sürtülmələrə qarşı qorumaq üçün nəzərdə tutulub.

Arxa bamper üçün qoruyucu plyonka, qara
Baqajı yükləyəndə və ya boşaldanda arxa bamperin boya örtüyünü baş verən kiçik cızıqlar və sürtülmələrə qarşı müdafiə edir. Qara davamlı özüyapışan plyonkadan hazırlanıb və avtomobil bamperinin ölçüsünə tam uyğun gəlir.

Arxa bamper üçün qoruyucu plyonka, şəffaf
Baqajı yükləyəndə və ya boşaldanda arxa bamperin boya örtüyünü baş verən kiçik cızıqlar və sürtülmələrə qarşı müdafiə edir. Şəffaf davamlı özüyapışan plyonkadan hazırlanıb və avtomobil bamperinin ölçüsünə tam uyğun gəlir.

Avtomobil boyası (bankalar)
Toyota Touch-up aerozolu avto uzun xırda çızıqların rənglənməsi və daha iri kuzov-təmir işləri üçün ən düzgün seçim sayılır. Atmosfer təsirlərinə və işığa qarşı davamlı formul, etibarlı boya örtüyünü təmin edir və boyalar Toyota məhsullarının çeşidi ilə mükəmməl uyğunluq təşkil edir. Ən əsası isə aerozol formalı boyalar rəngləmə işlərinə sərf edilən vaxtı minimuma endirməyə imkan verir, xüsusi avadanlıq tələb etmir və faktiki olaraq istənilən yerdə istifadə edilə bilər.

Avtomobil üçün şampun
Qənaətcil və qatılaşdırılmış şampun-təmizləyici avtomobilin mükəmməl parlaqlığını və yüksək səviyyəli müdafiəsini təmin edir. Məhsulun xüsusiyyətləri: - Parlaq səthin uzun müddət qorunub-saxlanılması üçün tərkibində qoruyucu mum var - Bütün boya səthlərindən istifadəsi təhlükəsizdir - Qatılaşdırılmış formul avtomobili 500ml qabla 25 dəfəyə kimi yumağa imkan verir - Süngər içlikli qapaqlar mayenin sızmasının qarşısını alır

Bamperin künc protektorları
Künc protektorları avtomobil cızıqlar, sürtülmələr və cüzi zərbələrdən yaranan zədələrə qarşı müdafiə üçün xüsusilə effektivdir.

Donaçan sprey
Ani təsir qüvvəsinə malik formul şüşələr buz bağlayanda köməyinizə gəlir ki, bu da təhlükəsiz idarəetmə üçün son dərəcə vacibdir. Məhsulun xüsusiyyətləri: - Ön şüşə və güzgülərdən don və buzunu təmizləyir - Çox sürətlə təsir göstərir və vaxtınıza qənaət edir - Tərkibində antifriz məhlulu var ki, bu da təkrar donmanın qarşısını alır - Qışda təhlükəsizlik üçün əvəzolunmaz vasitədir

Kapot deflektoru
Xüsusi olaraq avtomobilin aerodinamik konturlarına uyğunlaşmaq üçün layihələndirilmiş və hava axınının istiqamətinin dəyişdirilməsinə xidmət edən kapot deflektoru avtomobilinizin kapotunu cüzi batıq və sürtülmələrə qarşı müdafiəsinə kömək etmək üçün əlavə müdafiə qatını təmin edir.

Palçıq önləyiciləri, tam dəst
Avtomobilinizin kuzovunu su, palçıq və çınqıllardan qoruyur. Ön və arxa tərəflər üçün.

Qapı dəstəyi üçün qoruyucu plyonka
Avtomobilin qapı dəstəklərinin ətrafında cüzi boya cızıqlarından müdafiə üçün etibarlı müdafiə sayılır. Davamlı, özüyapışan şəffaf plyonkalar qapı dəstəyinə yüksək dəqiqliklə uyğun gəlir.

Şüşə təmizləyici
Təhlükəsiz idarəetmə üçün şüşələrin təmizliyi çox vacibdir və bu keyfiyyətli formul, ləkələri saxlamadan, cəld təmizliyə imkan verir. Məhsulun xüsusiyyətləri: - Ön şüşəni, avtomobilin içində və çölündə yerləşən güzgüləri və pəncərələri təmiz saxlayır - Heç bir ləkə saxlamır və təmiz görüntünü təmin edir - Şüşəyə hopmuş toz-torpaq, həşəratları, yağ və siqaret tüstüsünün ləkələrini qısa zamanda yox edir - Limon ətri salona əlavə təravət bəxş edir

Tökmə disk üçün protektor
Toyota ProTect tökmə disk qoruyucusu, NASA tərəfindən yaradılmış yeni, inqilabi örtükdür. Bu örtük, bahalı tökmə diskləri əyləc tozu, yollardakı palçıq və hava şəraitlərinə qarşı mükəmməl şəkildə müdafiə edir.

Tökmə disklər üçün təmizləyici maye
Bütün növ disklərdən və qalpaqlardan çirki və ozu təmizləyən son dərəcə keyfiyyətli təmizləyici. Məhsulun xüsusiyyətləri - Xrom, çoxmilli, polad və laklanmış tökmə disklərin ilkin parıltısını və yaraşığını özünə qaytarır - Diskə hopmuş əyləc tozu və çirk təbəqələrini asanlıqla ləğv edir

Touch-up boya qələmləri
Kiçik boya cızıqlarının örtülməsi üçün ən asan və cəld vasitələrdən biridir. Bütün kuzov rəngləri üçün var.

Yüksək parıltılı avtomobil polirolu
Mum tərkibli keyfiyyətli polirol qoruyucu səth və gözqamaşdırıcı parıltını təmin edir. Məhsulun xüsusiyyətləri: - Kuzovun səthini pardaxlama (polirovka) ilə müdafiə edir - Yüksək parıltı uzun müddət davam edir - Su ləkələrinə qarşı müdafiə edir - Təkrar təmizlənməni asanlaşdırır

Uzun ömürlü kuzov müdafiəsi
Silisium əsaslı xüsusi texnologiya uzun ömürlü kuzov müdafiəsini təmin edir. Ehtiyatla işlətsəniz, 80 ml qab hətta ən iri 4x4 və furqon kuzovlu avtomobillərin kifayət qədər emal edilməsinə imkan verir.

Yan moldinq
Yan moldinqlər, yan panellər cüzi batıq və sürtülmələrə qarşı qorumaq üçün avtmobilinizi əlavə müdafiə qatı ilə təmin edir. Moldinqlər əsasən qara rəngli olur, amma avtomobilin kuzov rənginə uyğunlaşmaq üçün digər boya ilə rənglənə bilər.

Duman əleyhinə lampa
Əlverişsiz hava şəraitlərində və işıqlandırmanın zəif olduğu yerlərdə duman lampaları böyük əhəmiyyət kəsb edir. Onlar ön bamperdə yerləşən xüsusi oyuqlara birləşdirilir və avtomobilinizin ön hissəsinin üslubuna əlavə vizual cazibədarlıq elementi bəxş edir.

Pəncərə üçün təhlükəsizlik stikeri və LED işıq
Bu opsional vizual xəbərdarlıq Toyota avtomobillərinin təhlükəsizlik sistemi üçün hazırlanmış digər qoruyucu amillərdən biridir.

Siqnalizasiya sistemi
Eksklüziv təhlükəsizlik sistemi avtomobilin öncə quraşdırılmış immobilayzer sistemini tamamlayan güclü siqnalizasiya ilə təchiz edilib. Təkərlərin oğurlanması və buksirə götürülməsi cəhdləri barədə xəbərdarlıq üçün əlavə olaraq əymə bucağı sensoru quraşdırılır.

Siqnalizasiya sisteminin əymə bucağı sensoru
Toyota avtomobilləri öncə quraşdırılmış immobilayzer sistemini tamamlayan güclü siqnalizasiya ilə təchiz edilib. Təkərlərin oğurlanması və buksirə götürülməsi cəhdləri barədə xəbərdarlıq üçün əlavə olaraq əymə bucağı sensoru quraşdırılır.

Təhlükəsizlik dəsti
Toyota yazılı çantada təhlükəsizlik jileti ilə birgə 2 ədəd üçbucaq var. Çantanı baqaj hissəsində saxlamaq və öz yerinə “velkro” tipli parça kilidlə bağlanır.

Təkər diskləri üçün “gizli” boltlar, qısa
Hər təkərdə bir boltun möhkəmləndirilmiş poladdan hazırlanan bir ədəd “gizli” Toyota boltu ilə əvəz edilməsi, sizin dəyərli tökmə disklərinizin təhlükəsizliyini maksimuma yüksəldir. Kilidlərin dəyirmi profili və unikal kodlaşdırılmış açarı olur ki, bu da faktiki olaraq adi açarla onun açılmasını mümkünsüz edir.

Toyota parkinq köməkçisi, arxa
Avtomobil dayanacaqlarında Toyota ultrasəs parkinq köməkçisi sisteminin (TPA) həqiqi üstünlüyünü özünüz görəcəksiniz. Arxa bamperə quraşdırılan sensorlu TPA sistemi aktiv vəziyyətdə olanda, avtomobilə hər hansı maneə yaxınlaşan zaman salondakı siqnalizasiya artan qaydada səs salmağa başlayır.

Toyota parkinq köməkçisi, arxa söndürmə düyməsi
Ehtiyac olmayanda, parkinq siqnallarını söndürmək mümmkündür. Misal üçün, siz treyleri yedəyə alanda arxa siqnalizasiyanı söndürə bilərsiniz; tıxaclarda, hərəkət sıxlığında, avomobillər bir-birinə son dərəcə yaxın olanda ön və arxa siqnalizasiyaları söndürmək olar.

Toyota parkinq köməkçisi, kuzov rəngingə 2 sensorlu dəst
Toyota parkinq yardımçı sistemi üçün ultrasəs sensorları

Toyota parkinq köməkçisi, ön
Avtomobil dayanacaqlarında Toyota ultrasəs parkinq köməkçisi sisteminin (TPA) həqiqi üstünlüyünü özünüz görəcəksiniz. Ön bamperə quraşdırılan sensorlu TPA sistemi aktiv vəziyyətdə olanda, avtomobilə hər hansı maneə yaxınlaşan zaman salondakı siqnalizasiya artan qaydada səs salmağa başlayır.

İşıq qaytaran jilet
Görmək və görünmək - fərdi təhlükəsizliyin qızıl qaydalarından biridir. İşıq qaytaran jilet uzaq məsafədən görünməyinizi təmin edir.

Təhlükəsizlik dəsti
Üzərində “Toyota” yazısı olan çantasına təhlükəsizlik jileti, 2 ədəd üçbucaq və təcili tibbi yardım çantası daxildir.

Xəbərdarlıq üçbucağı
Heç kim deyə bilməz ki, onu növbəti döngədə nə gözləyir. Xəbərdarlıq üçbucağının götürülməsi – gözlənilməz hallara hazır olmaq deməkdir.
Daxili

Arxa Əyləncə Sistemi (RES) üçün ehtiyat panel
Enerji təchizatı olmayan RES versiyası (tək və qoşa) və ehtiyat hissə üçün (təmir məqsədilə) istifadə edilən dok-platforma.

Toyota Hotspot
Toyota Hotspot – sizə internetə daxil olmağa imkan verir və avtomobilinizi səyyar simsiz giriş nöqtəsinə (digər sözlə, “hotspot”a) çevirir. Toyota Hotspot – noutbuk, planşet, smartfon və oyun sistemləri daxil olmaqla, 5-ə qədər WiFi dəstəkləyən qurğunu birləşdirməyə və avtomobilin daxlində onlar arasında qarşılıqlı əlaqənin olmasına imkan verir. Ən vacibi isə, Toyota Hotspot avtomobilin elektrik sisteminə qoşulmaqla aramsız elektrik enerjisini təmin edir. *Xüsusi olaraq avtomobilin daxilində istifadə üçün və temperatur dəyişkənliyini, eləcə də vibrasiyaları nəzərə almaqla layihələndirilib *Avtomobil dizaynlı, yüksək sürətli qoşa antena mobil rabitə siqnalını yüksəldir və 3G şəbəkəsinə qoşulma problemlərini azaldır *Bütün GSM operatorları üçün açıqdır və bu baxımdan istənilən operatorun SIM kartını istifadə etmək olar. Bundan əlavə, peşəkar məlumat ötürmə kartı (datakart) dəstəklənir və xaricə səyahət edərkən, rouminq xərclərinin qarşısını almaq və ya sim kartınızda rouminq xidmətini aktivləşdirmək üçün lokal SIM kartı quraşdıra bilərsiniz. *Simsiz proqram təminatının yenilənməsi demək olar ki, avtomatik baş verir *Rahat və sadə veb interfeys qoşulma parametrləri və digər Hotspot funksiyalarının fərdiləşdirilməsinə imkan verir

“Go” naviqasiya sistemi, Şərqi Avropanın xəritəsi əvvəlcədən yüklənilib
Əgər avtomobiliniz Toyota Touch 2 audiosistemi ilə təchiz edilibsə, amma naviqasiya sistemi yoxdursa, “Go” Naviqasiya Sistemi ən mükəmməl əlavə avadanlıq sayıla bilər. Bu sistem, mövcud səs funksionallığına inteqrasiya etməklə, Ümumavropa məkanının tam naviqasiya xəritəsini, o cümlədən bir sıra digər naviqator funksiyalarını təmin edir:
- “taçskrin” tipli intuitiv naviqasiya idarəetmə düymələri;
- Xəritələrin və menyunun cəld nəzərdən keçirilməsi, xəritə miqyasının yaxınlaşdırılması;
- Şərqi Avropa üzrə xəritə təminatı;
- 14 müxtəlif dildə naviqasiya təlimatı;
- Yol zolaqları üzrə bələdçi, sürət limitləri və təhlükəsizlik kameralarının xəbərdarlıqları;
- “Maraq dairəsi” və “sevimli yerlər” üzrə məlumat bazası;
- Naviqasiya xəritələrini internetdən USB fleş diskə yükləməklə yenilənmə imkanı;
- “Maraq dairəsinin” onlayn axtarışı

“Go Plus” naviqasiya sistemi, Qərbi Avropa xəritəsi ilə
Əgər avtomobiliniz Toyota Touch audiosistemi ilə təchiz edilibsə, amma naviqasiya sistemi yoxdursa, “Go Plus” Naviqasiya Sistemi ən mükəmməl əlavə avadanlıq sayıla bilər. Bu sistem, mövcud səs funksionallığına inteqrasiya edir və bir sıra digər naviqator funksiyalarını təmin edir:
- “taçskrin” tipli intuitiv naviqasiya idarəetmə düymələri;
- Xəritələrin və menyunun cəld nəzərdən keçirilməsi, xəritə miqyasının yaxınlaşdırılması;
- Xəritə təminatı (42 ölkənin xəritəsi əvvəlcədən yüklənilib və onlardan 6-nı Şərqi-Avropa ölkələri ilə əvəz etmək imkanı var ;
- 21 müxtəlif dildə naviqasiya təlimatı;
- Yol zolaqları üzrə bələdçi, sürət limitləri və təhlükəsizlik kameralarının xəbərdarlıqları;
- “Maraq dairəsi” və “sevimli yerlər” üzrə məlumat bazası;
- Naviqasiya xəritələrini internetdən USB fleş diskə yükləməklə yenilənmə imkanı;
- “Maraq dairəsinin” onlayn axtarışı;
- qabaqcıl səstanıma funksiyası;
- mətn-səs funksiyası (mesajın oxunması);
- e-poçt və idarəetmə proqramı; təqvim;
- 3D şəhər modeli və idarəetmə proqramı; landşaft yerləri;
- hərəkət sxemlərinin bazasından istifadə etməklə, qabaqcıl marşrutun müəyyənləşdirilməsi;
- Gracenote məlumat bazasından istifadə etməklə «Play More Like This» funksiyası;
- 3 illik davamlı yenilənmə və idarəetmə proqramı; təkmilləşmələr (ildə 2 xəritə, yeni sistem proqramı, yeni Blutetooth proqramı).

“Go Plus” Naviqasiya Sistemi, Şərqi Avropa
Əgər avtomobiliniz Toyota Touch audiosistemi ilə təchiz edilibsə, amma naviqasiya sistemi yoxdursa, “Go Plus” Naviqasiya Sistemi ən mükəmməl əlavə avadanlıq sayıla bilər. Sistem, mövcud səs funksionallığına inteqrasiya edir və bu funksiyaları təmin edir:
- “taçskrin” tipli intuitiv naviqasiya idarəetmə düymələri;
- Xəritələrin və menyunun cəld nəzərdən keçirilməsi, xəritə miqyasının yaxınlaşdırılması;
- Xəritə təminatı (30 ölkənin xəritəsi əvvəlcədən yüklənilib; onlardan 18-ni Qərbi-Avropa ölkələri ilə əvəz etmək imkanı var ;
- 21 müxtəlif dildə naviqasiya təlimatı;
- Yol zolaqları üzrə bələdçi, sürət limitləri və təhlükəsizlik kameralarının xəbərdarlıqları;
- “Maraq dairəsi” və “sevimli yerlər” üzrə məlumat bazası;
- Naviqasiya xəritələrini internetdən USB fleş diskə yükləməklə yenilənmə imkanı;
- “Maraq dairəsinin” onlayn axtarışı;
- qabaqcıl səstanıma funksiyası;
- mətn-səs funksiyası (mesajın oxunması);
- e-poçt və idarəetmə proqramı; təqvim;
- 3D şəhər modeli və idarəetmə proqramı; landşaft yerləri;
- hərəkət sxemlərinin bazasından istifadə etməklə, qabaqcıl marşrutun müəyyənləşdirilməsi;
- Gracenote məlumat bazasından istifadə etməklə «Play More Like This» funksiyası;
- 3 illik davamlı yenilənmə və idarəetmə proqramı; təkmilləşmələr (ildə 2 xəritə, yeni sistem proqramı, yeni Blutetooth proqramı).

“GO” naviqasiya sistemi, Şərqi Avropanın xəritəsi əvvəlcədən yüklənilib
Əgər avtomobiliniz Toyota Touch 2 audiosistemi ilə təchiz edilibsə, amma naviqasiya sistemi yoxdursa, “Go” Naviqasiya Sistemi ən mükəmməl əlavə avadanlıq sayıla bilər. Bu sistem, mövcud səs funksionallığına inteqrasiya etməklə, Ümumavropa məkanının tam naviqasiya xəritəsini, o cümlədən bir sıra digər naviqator funksiyalarını təmin edir: - “taçskrin” tipli intuitiv naviqasiya idarəetmə düymələri; - Xəritələrin və menyunun cəld nəzərdən keçirilməsi, xəritə miqyasının yaxınlaşdırılması; - Şərqi Avropa üzrə xəritə təminatı; - 14 müxtəlif dildə naviqasiya təlimatı; - Yol zolaqları üzrə bələdçi, sürət limitləri və təhlükəsizlik kameralarının xəbərdarlıqları; - “Maraq dairəsi” və “sevimli yerlər” üzrə məlumat bazası; - Naviqasiya xəritələrini internetdən USB fleş diskə yükləməklə yenilənmə imkanı; - “Maraq dairəsinin” onlayn axtarışı

Arxa Əyləncə Sistemi – əlavə monitor
Müvafiq adapter vastəsilə evdə istifadə edilə bilən portativ dizayna malikdir. 7” düym ekran, multimedia uyğunluğu, USB və SD kart girişləri, smartfonlar üçün AV girişi var.

Arxa Əyləncə Sistemi - əsas DVD ekranı
Müvafiq adapter vastəsilə evdə istifadə edilə bilən portativ dizayna malikdir. 7” düym ekran, multimedia uyğunluğu, USB və SD kart girişləri, smartfonlar üçün AV girişi var.

Arxa Əyləncə Sisteminin iPad üçün tutqacı – enerji təchizatsız
Oturacağın arxasındakı Toyota dok-platfromasına qoşulur və iPad istifadə edən sərnişinlər üçün möhkəm altlığı təmin edir. Enerji təchizatı ilə təmin edilməyən dok-platforma iPad planşetinin batareyasını yükləmir. Dəstdə 1 ədəd tutqac olur.

Arxa Əyləncə Sisteminin iPad üçün tutqacı – USB ilə işləyir
Oturacağın arxasındakı Toyota dok-platfromasına qoşulur və iPad istifadə edən sərnişinlər üçün möhkəm altlığı təmin edir. Bu dok-platforma iPad planşetinin batareyasını yükləyir. Dəstdə 1 ədəd tutqac olur.

Başaltlığında dok-stansiya
Ön oturacaqların başaltlıq pillələrinin ətrafında tez və asan quraşdırılan kompakt dizayn. Buna tənzimlənən planşet tutqacı üçün qoşulma dəliyi, habelə jaket və ya alış-veriş çantasını asmasını üçün iki irəli çıxan qol var.

iPad Air üçün adapter-altlıq
Adapter-altlıq, iPad Air® planşetini Arxa Əyləncə Sisteminin tutqacına qoşmaq üçün

Qoşa dok-stansiya, enerji təchizatı ilə
Arxa Əyləncə Sisteminin (RES) iki dok-stansiyası DVD pleyerlər (əsas və ya köməkçi) üçün enerji təchizatını təmin edir və iPad üçün tutqac rolunu oynayır.

RES kronşteyn dəsti
RES kronşteyn quraşdırma dəsti

Tək dok-stansiya, enerji təchizatı ilə
Arxa Əyləncə Sisteminin (RES) dok-stansiyası DVD pleyerlər (əsas və ya köməkçi) üçün enerji təchizatını təmin edir və iPad üçün tutqac rolunu oynayır.

Tənzimlənən planşet tutqacı
Başaltlığında dok-stansiyaya rahat qoşulan oyuqlar faktiki olaraq istənilən növ planşetin istifadəsi üçün stabil bazanı təmin edir. Bunu dördkünc və ya planşet ölçüləri üçün tənzimləyə və rahat görüntü üçün irəliyə əyə bilərsiniz.

Toyota Touch audio sistemi
Taçskrin ekran düymələrinə malik yüksək keyfiyyətli audio sistem.

Açar çexolu
Hibrid işəsalma açarı üçün fərqli gümüşü və qara dizaynda işlənmiş hibrid loqotopini əks etdirən çexol.

Paralel tikmə elementləri və relyefli RAV4 təsvirinə malik premium qara/bej rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Paralel tikmə elementləri və relyefli RAV4 təsvirinə malik premium qara/tünd qızılgül rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Paralel tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Paralel tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara/bej rəngli dəri dəst
Əsil dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Parallel tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara/tünd qızıl gül rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik premium qara dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik premium qara/bej rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik premium qara/tünd qızılgül rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara/bej rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Xaçşəkilli tikmə elementləri və relyefli RAV4 təsvirinə malik standart qara/tünd qızıl gül rəngli dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Gümüşü qoşa tikmə elementlərinə malik premium qara dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Gümüşü tikmə elementlərinə malik standart qara alkantara/dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

Gümüşü tikmə elementlərinə malik standart qara dəri dəst
Eksklüziv dəri interyer avtomobilinizin cazibədar xarici görünüşü ilə mükəmməl harmoniya təşkil edir. Yüksək keyfiyyətli dəridən istifadə etməklə, dəqiq istehsal prosesləri sizə rahatlıq, praktiklik və uzunmüddətli davamlılılıq bəxş edir. Dəri dəst təhlükəsizlik yastıqlarının işinə heç bir maneə törətmir.

İşıqlanan qapı kandarları
Qapı kandarları üçün nəzərdə tutulan işıqlanan qoruyucu örtüklər bilavasitə fərqli üslub təəssüratını oyatmaqla yanaşı, arakəsmənin boya örtüyünün kirli ləkələrdən, sürtülmələrdən və cızıqlardan müdafiəsi çox praktiki vasitə kimi də xidmət edir.

Qapı kandarının alüminium qoruyucu örtükləri
Qapı kandarları üçün nəzərdə tutulan alüminium qoruyucu örtüklər bilavasitə fərqli üslub təəssüratını oyatmaqla yanaşı, arakəsmənin boya örtüyünün kirli ləkələrdən, sürtülmələrdən və cızıqlardan müdafiəsi çox praktiki vasitə kimi də xidmət edir.

Arxa Əyləncə Sisteminin paneli üçün asılqan
Pencəyinizin təmiz və qırışsız saxlanılmasına imkan verir. Arxa Əyləncə Sisteminin panelindən istifadə etməklə ön oturacağın arxa hissəsinə möhkəm birləşdirilir.

Külqabı
Kiçik qara rəngli parlaq səth külqabının avtomobilinizin salonu ilə mükəmməl həmahənglik təşkil edir. Külqabı mərkəzi fincan altlığının yerində tərpənməz qalır və təmizləmək üçün asanlıqla çıxır. Qapaqlı dizayn külün ətrafa yayılmasının qarşısının alınması və qoxuların çıxmaması baxımından çox effektivdir. Kiçik əşyalar üçün zibil qabı kimi də istifadə edilə bilər.

Oturacaq qızdırıcısı, əsas dəst
Soyuq və şaxtalı havalarda oturacaq qızdırıcıları sürücü və ön sərnişin üçün əlavə rahatlıq və istliyin təminatçısıdır.

Oturacaq qızdırıcısının naqil dəsti
Soyuq və şaxtalı havalarda oturacaq qızdırıcıları sürücü və ön sərnişin üçün əlavə rahatlıq və istliyin təminatçısıdır.

Dam üçün baqaj / saxlama konteyneri
Toyota dam baqajının iki tirli versiyasının və ya iki ədəd Toyota dam tirlərinin köndələn profilləri çıxarılanda baqaj kimi istifadə üçün nəzərdə tutulub. Konteynerin hər iki tərəfdə fərdi ciblər car. Konteyner kobud poliefir və PVC birləşməsindən istifadə edilərək hazırlanıb, bu isə dam millərini toz, təsadüfi sürtülmələr və cızılmalara qarşı müdafiə edir.

Ensiz soyuducu konteyner
Soyuducu konteyner baqajda möhkəm yerləşdirilir və qəlyanaltıları, habelə içkiləri təzə, ləziz və sərin saxlamaq üçün avtomobilin 12V aksesuar oyuğuna qoşulur.
Konteynerlə birgə çiyin kəməri və avtomobilin enerji oyuğuna qoşmaq üçün adapteri var.

N1 transformasiya dəsti
N1 transformasiya dəsti – arxa hissədə yük yerini əhəmiyyətli dərəcədə genişləndirərək avtomobilinizi kommersiya məqsədləri üçün mini furqona çevirməyə imkan verir.

Soyuducu konteyner üçün 220V/12V transformator
Ailəvi içki və qəlyanaltıların saxlanılması üçün geniş soyuducu konteynerdən “yan keçmək” çətin məsələdir. Soyuducunun 25 litrlik tutumu 6-ya qədər 1 litrlik butulkanı saxlamaq üçün kifayət qədər genişdir və müəyyən qəlyanaltıları ayrı-ayrılıqda saxlamaq üçün iki seksiyaya bölünə bilər. Soyuducu konteyner baqajda möhkəm yerləşdirilir və qəlyanaltıları, habelə içkiləri təzə, ləziz və sərin saxlamaq üçün avtomobilin 12V aksesuar oyuğuna qoşulur.

Universal soyuducu konteyner

Horizontal yük toru
Avtomobilin baqaj ərazisində əşyaların tərpənməz saxlanılması üçün davamlı qara neylondan hazırlanmış toxunma tor. Tor xüsusi qarmaqlara səliqə ilə fiksasiya olunur.

İt üçün arakəsmə-ayırıcı
Əgər avtomobiliniz it üçün arakəsmə ilə təchiz edilibsə və siz müntəzəm olaraq maşında bir neçə it gəzdirirsinizsə, onları bir-birindən, eləcə də baqajda olan digər əşyalardan ayırmaq üçün mükəmməl vasitə sayılır.

İt üçün yarım arakəsmə
Sevimli itinizi müntəzəm olaraq avtomobilinizdə gəzdirirsinizsə, bu aksesuar son dərəcə gərəklidir; belə ki, avtomobili idarə edərkən itinizin salonda oturacaqlara tullanmasının qarşısını alır.

Qatlanan saxlama konteyneri
İstifadə edilmədikdə yastı formada qatlanır, lazım olduqda isə səfər üçün ləvazimatların təmiz və səliqəli saxlanılması üçün istifadə edilir.

Vertikal yük toru
Avtomobilin baqaj ərazisində əşyaların təpənməz saxlanılması üçün davamlı qara neylondan hazırlanmış toxunma tor. Tor xüsusi qarmaqlara səliqə ilə fiksasiya olunur.

Baqaj üçün içlik, dayaz örtüklü
Avtomobilin baqajına uyğunlaşmaq və baqajı çirk və tullantılardan qorumaq üçün nəzərdə tutulub. İçliyin dizaynında RAV4 loqotipi var və onun xüsusi sürüşməyən səthi yükün tərpənməsinin qarşısını alır.

Baqaj üçün içlik, hündür örtüklü
Avtomobilin baqajına uyğunlaşmaq və baqajı çirk və tullantılardan qorumaq üçün nəzərdə tutulub. İçliyin dizaynında RAV4 loqotipi var və onun xüsusi sürüşməyən səthi yükün tərpənməsinin qarşısını alır.

Çexol təmizləyici
Oturacaqlar və digər parça səthlərin təmiz və yaraşıqlı görünməsi üçün cəld təsirə malik təmizləyici köpük. Məhsulun xüsusiyyətləri: - Effektiv formul bulaşıq yerləri və ləkələri ləğv edir - Bütün növ parça, vinil və dərin üzlükləri təmizləyir - Xalça, parça və qapı arakəsmələri üçün mükəmməldir

Dəri təmizləyici və kondisioner
Dəri interyer – ciddi sərmayədir və bu xüsusi formullu təmizləyici ilə onun dəbdəbəli görünüşünü qoruyub saxlaymaq və onu hiss etmək mümkündür. Məhsulun xüsusiyyətləri: - Zərif təmizlik üçün neytral pH sabun formulu - Dərini qaydaya salır və quruluğu, habelə çatları azaldır - Lanolinlə zəngindir - Dərindən hopmuş çirk və kirləri ləğv edir

Parça üçün qoruyucu sprey
Politetrafloretilen (PTFE) əsaslı peşəkar parça qoruyucusu salonun bütün parça səthlərinə vurula bilər. Bu isə gündəlik çirk və dərindən hopmuş kirlərə qarşı müqavimət göstərməklə yanaşı, heç bir ləkə saxlamadan, bütün növ bulaşmaları sadəcə əski ilə silib-təmizləməyə imkan verir. Xalça və oturacaqlara cəmi bir dəfə vurulduqdan sonra, hipoallergen formul səthlərin illər boyu qorunmasını təmin edir!

Salon üçün təravətləndirici
Çoxfunksiyalı təmizləyici sprey geniş çeşidli parçalarda və materiallarda istifadə etmək üçün effektiv vasitə sayılır. Məhsulun xüsusiyyətləri: - Silikon əsaslı formul - Bir çox interyer səthlərini qaydaya salır, parıldadır və qoruyur - Vinil, plastik, qapı haşiyələri, rezin ayaqaltılar və ön panellərin təmizlənməsi üçün mükəmməl vasitədir - Kirlənmədən müdafiə və antistatik effektə malikdir

Ayaqaltılar, bütün mövsümlər üçün, qara rəngli
Xüsusi sifarişlə hazırlanmış orijinal rezin ayaqaltılar salonun döşəmə örtüyünü sizin və sərnişinlərin ayaqlarını sürtməsi nəticəsində yaranan ən pis vəziyyətlərə qarşı belə müdafiə edir. Bu ayaqaltılar çirkə, palçığa və suya qarşı çox davamlıdır və təmizləmə üçün asanlıqla çıxarılır.

Ayaqaltılar, bütün mövsümlər üçün, bej rəngli
Xüsusi sifarişlə hazırlanmış orijinal rezin ayaqaltılar salonun döşəmə örtüyünü sizin və sərnişinlərin ayaqlarını sürtməsi nəticəsində yaranan ən pis vəziyyətlərə qarşı belə müdafiə edir. Bu ayaqaltılar çirkə, palçığa və suya qarşı çox davamlıdır və təmizləmə üçün asanlıqla çıxarılır.

Ayaqaltılar, bütün mövsümlər üçün, boz rəngli
Xüsusi sifarişlə hazırlanmış orijinal rezin ayaqaltılar salonun döşəmə örtüyünü sizin və sərnişinlərin ayaqlarını sürtməsi nəticəsində yaranan ən pis vəziyyətlərə qarşı belə müdafiə edir. Bu ayaqaltılar çirkə, palçığa və suya qarşı çox davamlıdır və təmizləmə üçün asanlıqla çıxarılır.

Rezin ayaqaltılar – dəst
Avtomobilinizin döşəmə örtüyünü palçıqdan, çirkdən və qumdan müdafiəsi üçün ultramöhkəm vasitə. Xüsusi fiksatorlar sürücü tərəfdə ayaqaltının öz yerində möhkəm qalmasını təmin edir.

Tekstil antrasit ayaqaltılar – lyuks, ön dəst
Döşəmə örtüyünün müdafiəsi və maksimal rahatlıq üçün sürtülməyə qarşı davamlı, sərt altlıqlı yumşaq tekstil ayaqaltılar. Sürücü tərəfdəki ayaqaltı xüsusi döşəmə fiksatorları ilə öz yerinə bərkidilir.

Tekstil antrasit ayaqaltılar – lyuks, tam dəst
Döşəmə örtüyünün müdafiəsi və maksimal rahatlıq üçün sürtülməyə qarşı davamlı, sərt altlıqlı yumşaq tekstil ayaqaltılar. Sürücü tərəfdəki ayaqaltı xüsusi döşəmə fiksatorları ilə öz yerinə bərkidilir.

Tekstil antrasit ayaqaltılar – standart
Döşəmə örtüyünün müdafiəsi və maksimal rahatlıq üçün sərt rezin altlıqlı yumşaq tekstil ayaqaltılar. Sürücü tərəfdəki ayaqaltı xüsusi döşəmə fiksatorları ilə öz yerinə bərkidilir.

BABY-SAFE Plus körpə oturacaqları üçün təhlükəsizlik kəmərinə malik xüsusi altlıq
BABY-SAFE körpə avtomobil oturacaqları üçün nəzərdə tutulmuş, təhlükəsizlik kəmərinə malik xüsusi Toyota altlığı – təsdiqlənmiş avtomobillər üçün kəmərli altlıqların arasında ən təhlükəsiz və ən davamlısıdır. Bu altlıqda unikal kəmər dartma sistemi var və onun quraşdırılması son dərəcə asandır. Sadəcə altlığın ön hissəsində fiksator düyməsini basın və körpə oturacağını çıxarın; altlıq isə avtomobildə qalacaq.

BABY-SAFE Plus təhlükəsiz körpə oturacağı
Körpələrin avtomobildə daşınması – böyük diqqət və məsuliyyət tələb edir. Təhlükəsiz körpə oturacağında hər bir yaş qrupu üçün fərdi opsiyaların olduğuna əmin olun.

DUO Plus təhlükəsiz körpə oturacaqları
DUO Plus təhlükəsiz körpə oturacaqları 8 aydan 4 yaşa qədər (təxminən 9 – 18 kq) körpələr üçün ən mükəmməl və ən təhlükəsiz səyahət həlli sayılır. Körpəniz 5 nöqtəli təhlükəsizlik kəməri ilə oturacağa bərkidilir (nöqtələrdən biri tənzimləyici rolunu oynayır) və dərin, yumşaq yastıqçalı yan qollar və başaltlıq körpənizin təhlükəsizliyi və rahatlığını daha da artırır.

KID körpə təhlükəsizlik oturacağı
Hündürlük 4-12 yaşlı (təxminən 15-36 kq) uşaqlar üçün tənzimlənə bilər.
Təhlükəsizlik kəmərinin quraşdırılması
Çəki (kq) - 5.8
Ölçülər: hündürlük x uzunluq x dərinlik (sm) - 67x51x46
Xüsusiyyətlər
*Təhlükəsizlik kəmərinin bağlandığı yerlərə əl asanlıqla girir.
* Təhlükəsizlik kəməri körpənin çiyin və taz hissəsindən keçərək onu düzgün tənzimləyir.
*Oturacağın tənzimlənə bilən söykənəcəyi oturacağı bir çox avtomobillərdə quraşdırmağa imkan verir.
*Söykənəcək hündürlüyünə görə 11 mövqedə tənzimlənə bilər.
* Oturacağın örtüyü asanlıqla yuyulur.
* Dartılan mexanizm körpənin yarımuzanıq vəziyyətdə qalmasına imkan verir.
* Saxlamanı asanlaşdırmaq üçün oturacaq və söykənəcək bir-birindən ayrılır.

KIDFIX körpə təhlükəsizlik oturacağı
Hündürlük 4-12 yaşlı (təxminən 15-36 kq) uşaqlar üçün tənzimlənə bilər.
Xüsusiyyətlər
*Təhlükəsizlik kəmərinin bağlandığı yerlərə əl asanlıqla girir.
* Təhlükəsizlik kəməri körpənin çiyin və taz hissəsindən keçərək onu düzgün tənzimləyir.
*Oturacağın tənzimlənə bilən söykənəcəyi oturacağı bir çox avtomobillərdə quraşdırmağa imkan verir.
*Söykənəcək hündürlüyünə görə 11 mövqedə tənzimlənə bilər.
* Datçiklər ISOFIX başlıqlarının işə salınmasını təsdiqləyir.
* ISOFIX başlıqları ilə bərkidilərkən bir neçə yarımuzanma mövqeyini təmin edir.

Təcili tibbi yardım çantası
Təcili tibbi yardım çantasında asanlıqla baş verə biləcək cüzi kəsik və yaraları müalicə etmək üçün sizə lazım hər şey var.
-
QiymətPress on a star to rate this page