Komplektasiyanı seçin:
Land Cruiser öz müasir güclü eksteryer dizaynı sayəsində nüfuzunu daha da artırır. Burada hər bir cizgi öz təyinatına xidmət edir. Kapotun xüsusi forması görünüş sahəsini artırır, faralar və radiatorun soyudulması üçün dəliklərin daha yuxarıda yerləşməsi isə maksimal qorunmanı təmin edir.
Çayı keçməkdən tutmuş daşlı-qayalı yol ilə eniş etməyədək, Land Cruiser avtomobilinin ən çətin keçilən yolları keçərək sizi təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırmaq qabiliyyəti həqiqətən inanılmazdır. O, buna həm yolda, həm də yolsuzluq şəraitində hərəkət etmək qabiliyyəti sayəsində nail olur.