Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

LC 300 AX+ 4.0 - MPV 5 Qapılı (LWB)

    • Saf ağ (040) Not compatible with engine selection
    • Astral qara (202) Not compatible with engine selection
    • Kül boz (1G3) Not compatible with engine selection
    • Ultra gümüşü (1F7) Not compatible with engine selection
    • Tünd-mavi metallik (8X8) Not compatible with engine selection
    • Tünd-qırmızı (3Q3) Not compatible with engine selection
    • Tünd-qara (218) Not compatible with engine selection
    • Avanqard bürünc (4V8) Not compatible with engine selection
    • Mirvari ağ (070) Not compatible with engine selection
135 600 AZN
-dən başlayaraq

Yeni Toyota Land Cruiser 300

  • Müstəsna status

    Əfsanəvi Land Cruiser ailəsinin statusu ilə yeni eranın dinamizmini özündə birləşdirən yeni Toyota Land Cruiser 300 modelinin dizaynı inanılmaz güc və eleqantlığı ilə diqqət çəkir.

  • Üstün komfort

    Toyota Land Cruiser 300 modeli ilk andan üstün hərəkəti və funksionallığı ilə heyrətləndirir. Bu əfsanəvi yolsuzluq avtomobilinin dəbli interyeri onu digərlərindən fərqləndirir. Əlverişli və rahat sürücü oturacağı yüksək keyfiyyətli materialdan hazırlanmışdır və istəklərinizə uyğun tənzimlənir.

  • Yolda və ya yolsuzluq şəraitində. Hər zaman mükəmməl idarəetmə

    Korpusun optimal geometriyası və möhkəm çərçivəli konstruksiya sayəsində Toyota Land Cruiser 300 modeli ölkəboyu uzun məsafələrə səyahətetmə qabiliyyətli təhlükəsiz və etibarlı yolsuzluq avtomobilidir. Çevik və səlis tam ötürücülü mexanizm sizə çətin yol şərtlərində belə idarəetməyə tam nəzarəti saxlamağa imkan verir.

ƏTRAFA BAXIN

Land Cruiser 300 avtomobilinin əsas xüsusiyyətlərinə baxın. Avtomobilə istənilən bucaqdan baxmaq üçün onu fırladın.

  • Hər detalda nüfuz ifadəsi

    Cəsur və möhkəm görünüşlü Land Cruiser 300 modeli xüsusi radiator barmaqlığı və 20 düymlük dəbli xrom disklər ilə seçilir.

  • ƏFSANƏVİ YOLSUZLUQ AVTOMOBİLİ

    Zamanın sınağından çıxmış həllər və qabaqcıl texnologiyanın vəhdəti yeni Toyota Land Cruiser 300 modelini yolsuzluq şəraiti üçün mükəmməl avtomobil edir. Multi Terrain Select funksiyası AUTO rejimində istənilən növ ərazidə yolla maksimum tutunmanı təmin edir, Adaptiv Asqı (AVS) isə real vaxt kəsiyində dönmə, sürətlənmə və əyləcləmə zamanı yol şərtlərindən asılı olmayaraq korpusun yellənməsinin qarşısını alır.

  • Lüks rahat interyer

    Bu əfsanəvi yolsuzluq avtomobili əlverişli, rahat və dəbli interyeri ilə digərlərindən seçilir. Toyota Land Cruiser 300 modelinin interyerinin rahatlıq və funksionallığı arxa sərnişinlər tərəfindən də bəyəniləcək. Dəbli arxa oturacaqlar erqonomikliyi ilə seçilir, eləcə də dörd zonalı klimat kontrol hər sərnişin üçün ayrılıqda mikroklimat yaratmağa imkan verir.

  • Tam komfortlu şəraitdə daha uzun səyahətlər

    Yüksək rahatlıq, ağıllı erqonomika və hər detala xüsusi diqqət Toyota Land Cruiser 300 modelinin interyerinin əsas xüsusiyyətləridir. Mərkəzi dirsəklikdəki soyuducu qutusu isti yay günündə sərin içkilərdən həzz almağınıza, simsiz enerji yükləyicisi isə rahat və qayğısız səfər etməyinizə imkan verəcək. Əlverişli şəkildə yerləşən saxlanc yerlərinin mövcudluğu vacib əşyalarınızı əlçatan yerdə saxlamağınıza kömək edir.