1. New Cars
Başlanğıc qiymət
39 400 AZN

Yeni Corolla Sedan: həyatınızın yeni ritmi

Xüsusi diqqətlə işlənib hazırlanmış Hibrid elektrik texnologiyası sayəsində yeni Toyota Corolla Sedan sükan arxasında yaşadığınız həzzi yeni səviyyəyə qaldırır. Geniş rəqəmsal bağlantı imkanları ilə avtomobilin idarəsi indi daha sadə, zövqlü və həyəcanvericidir.

Daha sonra nə etmək istərdiniz?

Yeni yüngül lehimli disklər
Yeni ön radiator barmaqlığı
LED işıqlar
Zərif və dinamik

Yeni yüngül lehimli disklər

Dizayn baxımından dinamik, gözəl şəkildə işlənmiş yeni yüngül lehimli disklər avtomobilin yüksək texnoloji xarakterini əks etdirir.

Yeni ön radiator barmaqlığı

Yeni Corolla Sedanın zərif və müasir estetik görünüşünün əsas elementi olan yüksək zərbəyədavamlı radiator barmaqlığının dizaynı avtomobilin aşağı hissəsinin güclü proporsiyalarını xüsusilə vurğulayır.

LED işıqlar

Corolla Sedanın qaranlıq saatlarda təhlükəsiz və rahat sürmək üçün texnologiya ilə təchiz edilmiş diqqət çəkən LED işıqları güclü olmaqla yanaşı, enerji baxımından da səmərəlidir.

Zərif və dinamik

Corolla Sedanın korpusu zərif axıcı cizgilərlə ifadə olunub, onun eleqant silueti və enli dizaynı isə ona danılmaz güclü görünüş bəxş edir.

Hər detalında dinamika

Yeni Corolla sedan güc proporsiyaları ilə yüksək texnoloji özəllikləri bir araya gətirir. Onun aerodinamik silueti zamanla dəyişməsə də, detalları və onların hazırlanma keyfiyyəti tamamilə müasirdir. Toyota yarış ruhunun təcəssümü olan GR SPORT komplektasiyası ilə rəqabət üstünlüyünüzü göstərin.

Yeni oturacaq üzlüyü
Salon işıqlandırması
Kokpitin rahatlığı
GR SPORT işəsalma düyməsi

Yeni oturacaq üzlüyü

Corolla Sedanın salonunun zərifliyini vurğulayan, tərzinizə uyğun tünd, zəngin rəng çalarları və cəsur 3D effektlərdən tutmuş daha açıq rənglərə kimi istənilən interyer üzlük seçimi mövcuddur.

Salon işıqlandırması

Bu nəfis və gözəl salon işıqlandırması günəş batandan sonra interyerə zərif parlaqlıq gətirərək Corolla Sedana daha rahat ab-hava bəxş edir.

Kokpitin rahatlığı

Corolla Sedanın bütün gün boyu rahat olmasının əsas səbəbi onun erqonomik şəkildə dizayn edilmiş oturacaqlarıdır. Belə ki, onlar səyahətin nə qədər uzun olmasından asılı olmayaraq ağrı və narahatlıq hissləri yaratmır və komfortlu şəkildə səfər etməyinizə imkan verir.

GR SPORT işəsalma düyməsi

Hər dəfə sükan arxasına keçdikdə nəbziniz daha tez-tez vuracaq. GR SPORT işəsalma düyməsi Toyota yol avtomobilləri ilə onun çox uğurlu hibrid elektrik yarış avtomobilləri arasındakı bağı daim xatırladır.

Texnologiyanın incəlik qovuşduğu yer

Corolla Sedan-ın içərisində siz intuitiv texnologiya ilə sinifdə lider rahatlıq və praktiklik tapacaqsınız. Sakitləşdirici və harmonik məkan, atmosfer işıqlandırması və məharətlə inteqrasiya olunmuş çoxfunksiyalı displeylər, interyerdə saxlama yerləri və iki zonalı iqlim nəzarəti var.

Hibridin kompromissiz gücü

Yeni Corolla Sedanın aşağı emissiyalar və yüksək performans sərgiləyən beşinci nəsil hibrid elektrik güc qurğusu indiyədək olduğundan daha səssiz, yığcam və həssasdır. Normal, Eco və Power  kimi standart idarəetmə rejimləri ilə yanaşı, yeni Corolla Sedan modelində rahat və sıfır emissiyalı hərəkət üçün tam elektrik rejim də təqdim edilir.

Daha çox kəşf edin
  • Hərəkət zamanı rəqəmsal həyatınız

    Corolla Sedan sizin hər zaman bir addım daha öndə olmanızı təmin edən bir sıra funksiyalarla təchiz edilib – ani  qoşulma, simsiz enerji yükləmə, Apple CarPlay və Android Auto vasitəsilə bağlantı imkanları.

Toyota T-Mate. Daha təhlükəsiz səyahət üçün sizinlədir

Corolla Sedan qabaqcıl təhlükəsizlik funksiyalarını təmin etmək üçün avtomobil idarəsi zamanı sizin etibarlı köməkçiniz olan T-Mate ilə təchiz edilib. T-Mate, magistral yolda, şəhər içində və ya parkinqdə olmağınızdan asılı olmayaraq, sizə kömək etmək və avtomobil idarəetmənizi daha təhlükəsiz etmək üçün hazırlanmış sistemlər paketidir. T-Mate sizin hər zaman etibarlı əllərdə olmağınızı təmin edir. Aşağıdakı siyahıda seçilmiş əsas funksiyalar göstərilib, Corolla Sedan üçün T-mate funksiyalarının tam siyahısını avtomobil konfiquratoru bölməsində tapa bilərsiniz.
  • Toqquşmanın qarşısını alan sistem (PCS)

    Toqquşmanın qarşısını alan sistem digər nəqliyyat vasitələri, piyadalar, velosipedçilər və motosikllər ilə toqquşma ehtimalını aşkarlaya bilir və toqquşmanın qarşısını ala bilməkdə sizə kömək edir. O, audio və vizual xəbərdarlıqlar ilə sürücünü xəbərdar etməklə və əyləc yardımını aktivləşdirməklə işləyir. Sürücü vaxtında əyləci basmazsa, toqquşmanın qarşısını almaq və ya onun fəsadlarını azaltmaq üçün əyləclər avtomatik işə düşür. Əlavə olaraq, Dörd yol kəsişməsində toqquşmanın qarşısını alma dəstəyi və Təcili sükan yardımı funksiyaları gündüz vaxtı yolayrıcılarında dönərkən və manevr edərkən sizə kömək edir.

  • Arxa oturacaqda xatırlatma sistemi (RSRS)

    Bu sistem avtomobildən çıxarkən arxa oturacaqda sərnişin və ya əşyanın qalıb-qalmadığı barədə sürücünü xəbərdar edir. Bura daxildir: kokpit cihaz panelində xəbərdarlıq və avtomobili kilidləyəndən sonra aktivləşən qəza dayanma işığı və səsli xəbərdarlıq siqnalı.

  • Tam adaptiv kruiz kontrol (ACC)

    Sistem öndəki avtomobil ilə sizin aranızda əvvəlcədən müəyyən edilmiş minimum məsafəni saxlayır. Bu məsafə azalarsa, sistem sürəti tədricən aşağı salır, nəticədə, əyləclər işə düşür və əyləc işıqları yanır. Öndə hərəkət edən nəqliyyat vasitəsi qəfil dayanarsa, Tam adaptiv kruiz kontrol avtomobilinizi tam dayandıra bilər. Qaz pedalına və ya ACC düyməsinə kiçik təzyiq sistemi yenidən işə salacaq. Əgər avtomobiliniz Yol nişanı tanıma köməkçisi (RSA) ilə təchiz olunubsa, bu sistem hərəkət istiqamətinizdə müvafiq sürət həddi nişanını tanıyacaq və lazımi düzəlişlər etməyinizi sizə bildirəcək.

  • Təhlükəsiz çıxışa kömək (SEA)

    Bu sistem avtomobilin açıq qapısı ilə arxadan yaxınlaşan nəqliyyat vasitəsi və ya velosipedçi arasında toqquşmanın qarşısını almağa kömək etmək üçün Kor zona monitoru lazerindən istifadə edir. Əgər toqquşma riski yaranarsa, sərnişinləri xəbərdar etmək üçün səs siqnalı ilə yanaşı, xarici güzgülərdə və multi-məlumat displeyində indikatorlar da yanacaq.

  • Təcili dayandırma sistemi (EDSS)

    Sistem sürücünün müəyyən müddət ərzində heç bir hərəkət etmədiyini aşkar edərsə, səs siqnalları sürücünü xəbərdar edəcək. Əgər bundan sonra da hərəkət aşkar edilməzsə, EDSS avtomobili hərəkət zolağında saxlamaqla, tədricən onu təhlükəsiz şəkildə dayandırır. Digər yol istifadəçilərini xəbərdar etmək üçün qəza işıqları yanır və zəruriyyət yaranarsa təcili yardım xidmətlərinin asanlıqla daxil olması üçün qapılar kiliddən çıxarılır.

Başlamağa hazırsınız? Komplektasiya və mühərriki seçin

Komplektasiyanızı seçin:

15 Seçimlər

  • Corolla - Active - Sedan 4 Doors

    Corolla Active

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    39 400 AZN

    6 Speed Manual | 4X2
  • Corolla - Live + - Sedan 4 Doors

    Corolla Live +

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    41 600 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Fleet h - Sedan 4 Doors

    Corolla Fleet h

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    44 800 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Elegance - Sedan 4 Doors

    Corolla Elegance

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    46 800 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Live h - Sedan 4 Doors

    Corolla Live h

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    48 200 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Style - Sedan 4 Doors

    Corolla Style

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    48 400 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Elegance h - Sedan 4 Doors

    Corolla Elegance h

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    49 300 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Lounge - Sedan 4 Doors

    Corolla Lounge

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    49 700 AZN

    Continuously Variable Transmission | 4X2

    Başlanğıc qiymət

    51 100 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Lounge + - Sedan 4 Doors

    Corolla Lounge +

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    51 900 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - GR Sport h monotone - Sedan 4 Doors

    Corolla GR Sport h monotone

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    52 100 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - GR Sport h bitone - Sedan 4 Doors

    Corolla GR Sport h bitone

    Hibrid
    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    52 400 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - GR SPORT - Sedan 4 Doors

    Corolla GR SPORT

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    53 800 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - GR-SPORT (Bi Tone) - Sedan 4 Doors

    Corolla GR-SPORT (Bi Tone)

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    53 800 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Prestige - Sedan 4 Doors

    Corolla Prestige

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    56 000 AZN

    Continuously Variable Transmission | 4X2
  • Corolla - Prestige + - Sedan 4 Doors

    Corolla Prestige +

    Sedan 4 Doors

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    56 000 AZN

    Continuously Variable Transmission | 4X2

Toyota Corolla qalereyası