1. New Cars

Daha sonra nə etmək istərdiniz?

Macəralar üçün yaradılıb


Tamamilə yeni Toyota Corolla Cross ailə həyatının gözlənilməz sürprizlərinin öhdəsindən gəlmək üçün sizi və sevdiklərinizi zəruri olan hər şeylə təmin edir. Mükəmməl yanacaq səmərəliliyi, 5-ci nəsil hibrid texnologiyasının imkanları və intuitiv texnologiyalarla zəngin geniş salonu sayəsində praktik Corolla Cross yenidən sükan arxasına keçməyiniz üçün bütün lazımi özəllikləri təklif edir.

 

Alloys
LED headlights
Drivability
Panoramic roof
Flared fenders

Alloys

A unique fusion of sporty and chic 18" alloy wheels are available to match Corolla Cross’s athletic stance.

LED headlights

With powerful LED headlights, you and your family will be equipped for all scenarios from dawn until dusk, whether off-road or on the school run.

Drivability

The SUV high driving position provides a heightened view over traffic for a more confident drive.

Panoramic roof

A welcoming panoramic roof enhances every drive, inspiring curious little minds to engage with the outside world.

Flared fenders

The bold three-dimensional fusion of the front and rear fenders give the Corolla Cross a sophisticated yet powerful look that’s sure to grab everyone’s attention.

Gündəlik ailə həyatı üçün yaradılıb

Corolla Cross hər kəsə gülümsəmək üçün səbəb verir. İntuitiv SUV dizaynlı etibarlı ailə avtomobili dözümlülüyünü təqdim edən bu avtomobil gündəlik həyat üçün mükəmməl seçimdir.

Həyatınızı asanlaşdırır

Ailə həyatı gözlənilməz sürprizlər ilə zəngin olur. Xoşbəxtlikdən, Corolla Cross qarşınıza çıxan istənilən çətinliyin öhdəsindən gəlmək üçün təchiz edilmişdir.
DAHA ƏTRAFLI

Etibarlı texnologiya

Uzun səyahətə çıxmağınızdan və ya uşaqlarınızı yaxın məkanlara aparıb-gətirməyinizdən asılı olmayaraq texnologiya sizi getdiyiniz yerə rahatlıqla çatdırır.
DAHA ƏTRAFLI
  • İstənilən yerə rahat səyahət

    Getdiyiniz yerdən asılı olmayaraq Corolla Cross-un 5-ci nəsil hibrid mühərriki ailənizi əsla məyus etməyəcək. Intellektual tam ötürücülü idarəetmə sayəsində isə hər zaman istənilən vəziyyətə hazır olacaqsınız.

Toyota T-Mate - daha təhlükəsiz səyahət üçün sizinlədir

Corolla Cross qabaqcıl təhlükəsizlik funksiyalarını təmin etmək üçün avtomobil idarəsi zamanı sizin etibarlı köməkçiniz olan T-Mate ilə təchiz edilib. T-Mate, magistral yolda, şəhər içində və ya parkinqdə olmağınızdan asılı olmayaraq, sizə kömək etmək və avtomobil idarəetmənizi daha təhlükəsiz etmək üçün hazırlanmış sistemlər paketidir. T-Mate sizin hər zaman etibarlı əllərdə olmağınızı təmin edir. Aşağıdakı siyahıda seçilmiş əsas funksiyalar göstərilib, Corolla Cross üçün T-mate funksiyalarının tam siyahısını avtomobil konfiquratoru bölməsində tapa bilərsiniz.
  • Toqquşmanın qarşısını alan sistem (PCS)

    Toqquşmanın qarşısını alan sistemimiz digər nəqliyyat vasitələri, piyadalar və velosipedçilər ilə toqquşma ehtimalını aşkarlaya bilir və toqquşmanın qarşısını ala bilməkdə sizə kömək edir. O, audio və vizual xəbərdarlıqlar ilə sürücünü xəbərdar etməklə və əyləc yardımını aktivləşdirməklə işləyir. Sürücü vaxtında əyləci basmazsa, toqquşmanın qarşısını almaq və ya onun fəsadlarını azaltmaq üçün əyləclər avtomatik işə düşür. Avtomobil, piyada, velosipedçi və motosiklet aşkarlama funksiyaları mövcuddur. Əlavə olaraq, Dörd yol kəsişməsində toqquşmanın qarşısını alma dəstəyi və Təcili sükan yardımı funksiyaları gündüz vaxtı yolayrıcılarında dönərkən və manevr edərkən sizə kömək edir.

  • Təcili dayandırma sistemi (EDSS)

    Sürücünün müəyyən müddət ərzində heç bir hərəkət etmədiyi aşkar edilərsə, səs siqnalları sürücünü xəbərdar etmək üçün işə düşəcək. Əgər bu cəhd uğursuz olarsa, avtomobil avtomatik olaraq yavaşlayır, cari hərəkət zolağından çıxmadan tədricən dayanır. Digər yol istifadəçilərini xəbərdar etmək üçün qəza işıqları yanır və ehtiyac yaranarsa təcili yardım xidmətlərinin asanlıqla daxil olması üçün qapılar açılır.

  • Adaptiv kruiz kontrol (ACC)

    Sistem öndəki avtomobil ilə sizin aranızda əvvəlcədən müəyyən edilmiş minimum məsafəni saxlayır. Bu məsafə azalarsa, sistem sürəti tədricən aşağı salır, nəticədə, əyləclər işə düşür və əyləc işıqları yanır. Əgər avtomobiliniz Yol nişanı tanıma köməkçisi (RSA) ilə təchiz olunubsa, bu sistem hərəkət istiqamətinizdə müvafiq sürət həddi nişanını tanıyacaq və lazımi düzəlişlər etməli olduğunuzu sizə bildirəcək.

  • Kor zona monitoru (BSM)

    Kor zona monitoru sistemimiz sürücünü yan güzgülərdə görə bilməyəcəyi nəqliyyat vasitələri barədə xəbərdar edir. Bu ötmə əməliyyatı zamanı xüsusilə önəmlidir.

  • Arxa oturacaqda xatırlatma sistemi (RSRS)

    Bu sistem avtomobildən çıxarkən arxa oturacaqda sərnişin və ya əşyanın qalıb-qalmadığı barədə sürücünü xəbərdar edir. Bu sistemə daxildir: rəqəmsal kombimetrdə xəbərdarlıq, daha sonra isə modeldən asılı olaraq, sürücü avtomobildən çıxıb onu xaricdən kilidləyəndə aktivləşən qəza dayanma işıqları və səsli xəbərdarlıq siqnalı.

  • Təhlükəsiz çıxışa kömək (SEA)

    Bu sistem avtomobilin açıq qapısı ilə arxadan yaxınlaşan nəqliyyat vasitəsi və ya velosipedçi arasında toqquşmanın qarşısını almağa kömək etmək üçün Kor zona monitoru lazerindən istifadə edir. Əgər sistem toqquşma riski aşkarlayarsa, sərnişinləri xəbərdar etmək üçün səs siqnalı ilə yanaşı, xarici güzgülərdə və multi-məlumat displeyində indikatorlar da yanacaq.

Başlamağa hazırsınız? Komplektasiya və mühərriki seçin

Komplektasiyanı seçin:

8 Seçimlər

  • Corolla Cross - Entry - SUV_MWB_5_DOORS

    Corolla Cross Entry

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    52 200 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Urban - SUV_MWB_5_DOORS

    Corolla Cross Urban

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    52 700 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Active - SUV_MWB_5_DOORS

    Corolla Cross Active

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    55 300 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Premium - SUV_MWB_5_DOORS

    Corolla Cross Premium

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    56 200 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Premium + - SUV_MWB_5_DOORS

    Corolla Cross Premium +

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    56 800 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Limited - SUV_MWB_5_DOORS

    Corolla Cross Limited

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    60 100 AZN

    Pilləsiz transmissiya | 4X2
  • Corolla Cross - Premium 4WD HEV - SUV_MWB_5_DOORS

    Corolla Cross Premium 4WD HEV

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    60 900 AZN

    Pilləsiz transmissiya | 4X4
  • Corolla Cross - Limited 4WD HEV - SUV_MWB_5_DOORS

    Corolla Cross Limited 4WD HEV

    Hybrid
    SUV_MWB_5_DOORS

    Mühərriki seçin:


    Başlanğıc qiymət

    64 600 AZN

    Pilləsiz transmissiya | 4X4

Corolla Cross Qalereyası