Toyota Bakı Mərkəzi


Konsept Avtomobillər

Konsept-karlar - ilham, emosiya və arzuların mücəssiməsidir. Onlar “Toyota”ya öz müştərilərinə şirkətin gələcək planları və dizayn sahəsində ən yeni cərəyanlar haqqında söz açmağa nadir imkan yaradır.

Konsept-karlar özündə gələcək avtomobillərin xarici dizaynını əks etdirmir. Əslində xarici forma heç də avtomobilin dizaynından ibarət deyil. Dizaynerlər yalnız gözəlliyi ilə deyil, gündəlik praktikliyi, eləcə da gələcək alıcı üçün cəlbediciliyi ilə seçilən avtomobil yaratmaq üçün mühəndislər, marketinq üzrə mütəxəssislər və müəssisələrlə sıx əməkdaşlıq etməli olurlar.

“Toyota”nın Kaliforniyada, Yaponiyada və Fransanın cənubundakı dizayn mərkəzləri müntəzəm olaraq yeni konsept-karların layihə-təkliflərini təqdim edirlər. Plastilindən hazırlanmış modellər Tokiodakı mənzil-qərargaha göndərilir, qalib isə seriya ilə buraxılan avtomobilin nümunəsini hazırlamaq hüququ əldə edir.

 
© 2010 Toyota Bakı Mərkəzi