News and events

Toyota kompaniyası Supra modelinin yenidən istehsala buraxılması niyyətindədir.

          Keçən əsrdə Toyota çox geniş miqyasda idman avtomobilləri istehsal edirdi. Ondan sonra, doğrudur, « kəmərlərin dartılması » xətti başladı və Supra ilə Celica kimi modellər istehsaldan çıxarıldı. Ancaq hər şey Toyotanın yenidən idman avtomobilləri istehsalında liderə çevrilə bilər. Yaponlar artıq GT 86 modelinin istehsalına başlamışdır və üç ildən sonra Supra modelinin də istehsalı artıq realdır.

          Təqribi məlumatlra görə, yeni avtomobil əsl superkar olacaqdır — bu model 400 at gücü və tamötürücü ilə təchiz olunacaq. Bundan əlavə Supranın mühərriki '' bazada '', yəni oturacaqlarınarxasında yerləşəcəkdir. Yerigəlmişkən, burası da maraqlıdır ki, yeni Supra....hibrid olacaq. Gücaqreqatının əsasında 3,5litrlik mühərrikə yardım edəcək elektrik mühərrik quraşdıırlacaq. Elektrikmühərrik enerjini litium-ionn batareyalarından alacaq (onları adi elektrikbəkəsindən qidalandırmaqolar), ancaq, o, ötürməni ön çarxlara, benzin mühərrik isə arxa çarxlara verərək hərəkəti davametdirəcəkdir.
Güman ki, yeni nəsil Toyota Supra ABŞ bazarında 60 000 dollar təşkil edəcəkdir. 

   

Toyota Hiace modelinin yeni dizel mühərriklə təchiz olunmuş yeni versiyasını buraxır

Etibarlı və çoxməqsədli 12 yerlik Toyota Hiace mikroavtobusu indi dizel mühərriklə daha da effektiv olacaq. Yüksək dinamik xüsusiyyətlərə və optimal güc səviyyəsinə nail olunmuşdur — bütün bunlar sərnişinlərə yüksək xidmət göstərməyə və avtomobilin istismarının qənaətcilliyinə yönəlmişdir ki, bu da Toyota müştəriləri üçün çox vacibdir. 

Toyota Hiace əməkdaşların daşənmasını, xidməti səfərlər və nümayəndə heyətlərinin görüşlərini təşkil etmək üçün doöru qərardır. Yüksək dam örtüyü, işıqlı salon və onun quruluşu sərnişinlərin təhlükəsiz və effektiv daşınmasının təmin edir. Toyota Hiace rəqiblərini şəhər daxilindəki kompakt hərəkət etmək qabiliyyətinə görə qabaqıayır.


   

« Toyota Corolla » avtomobili satılmışı

Yəqin ki, hər avtomobil həvəskarınıda "Porshe", "Ferrari" və ya "Bugatti" markalarına aid posterləri var. Ancaq, bütün bu avtomobillərin praktik olmaması onların ən çox satılan avtomobil statusundan çox uzaq edir. Bu statusun ən qabaqcıl nümayəndəsi tamamilə başqa bir markanın modelinə məxsusdur, hansı ki, artıq uzun illərdir ki, özündə münasib qiymət, praktiklik və keyfiyyət kimi amilləri bacarıqla birləşdirməkdədir.

The Dayli Mail — ə istinadən Day.az bildirir ki, 1966-cı ildən bu günkü tarixədək  dünyada ən çox satılan avtomobil « Toyota Corolla » olmuşdur. Bu zamana qədər bu markanın 37,5 mln ədəd modeli satılmışdır.


Yerigəlmişkən, sayılmışdır ki, son 40 ildə hər 40 sanıyədə bir « Toyota Corolla » avtomobili satılmışdır.

   

Highlander ucun Qran-Pri

Toyota Highlander «Böyük Krossover» nominasiyasında «Зa рулем 2012» Qran-Pri-sinin qalibi olmuşdur. Avtomobil həvəskarları Toyota Highlander-ə yürüş, praktiklik, qiymət, komfort və modelin prestiji kimi keyfiyyətlərinə görə qiymətləndirmişdir. İfadəli və cəngavər surətli eksteryer çoxfunksiyalı salon ilə tamamlanır. Güclü 3,5 litr həcmli mühərrik və 5 pilləli avtomat transmissiya avtomobili idarə etməkdən yüksək zövqün zəmanətidir. «За рулем» Qran-Pri-si Rusiyanın ən nüfuzlu avtombil jurnalı tərəfindən keçirilən konkursdur. Toyota Highlander modeli Toyota brendinə konkursda yeddinci dəfədir ki, qalibiyyət gətirir. Konkursun qalibləri 2011-ci ildə 62 min nəfərin iştirakı ilə keçirilən xalq səsverməsi ilə müəyyən olunur. Bu il konkurs çərçivəsində 10 nominasiyada 28 model təqdim olunmuşdur.

   

Toyota 2012-ci il Cenevrə avtosalonunda tamhibridli avtomobillər təqdim edəcək

82-ci Cenevrə avtosalonunda kompaniya « emosional » GT 86 modelini təqdim etməklə və yeni seqmentlərə tam ötürücü texnologiyaları tətbiq etməklə məhsullarında yeniliklər təqdim edəcəck.

Read more: Toyota 2012-ci il Cenevrə avtosalonunda tamhibridli avtomobillər təqdim edəcək

   

Tarixdə ən çox satılan avtomobil

Yəqin ki, hər avtomobil həvəskarınıda "Porshe", "Ferrari" və ya "Bugatti" markalarına aid posterləri var. Ancaq, bütün bu avtomobillərin praktik olmaması onların ən çox satılan avtomobil statusundan çox uzaq edir. Bu statusun ən qabaqcıl nümayəndəsi tamamilə başqa bir markanın modelinə məxsusdur, hansı ki, artıq uzun illərdir ki, özündə münasib qiymət, praktiklik və keyfiyyət kimi amilləri bacarıqla birləşdirməkdədir.

The Dayli Mail — ə istinadən Day.az bildirir ki, 1966-cı ildən bu günkü tarixədək dünyada ən çox satılan avtomobil « Toyota Corolla » olmuşdur. Bu zamana qədər bu markanın 37,5 mln ədəd modeli satılmışdır.

Yerigəlmişkən, sayılmışdır ki, son 40 ildə « Toyota Corolla » hər 40 sanıyədə satılmışdır.

   

Toyota Prius: feyslift, idman prototipi və … kemper!

İlin əvvəli başlayan kimi « hibridlər hibridi » olan Toyota Prius uç yeniliklə gündəmə gəldi — Birincisi, 2009-cu ildə eyibarən istehsal olunan uçuncü nəsil model daha bu yaxınlarda elə də böyük olmayan feyslift keçmişdi. İkncisi, hələ payızda haqqında söhbət açılan idman avtomobili haqqındadır. Belə ki, Priusun bazasında xüsusui modifikasiya hazırlanmışdır və bu model GT 3000 adlandırılacaq. Nəhayət üçünücüsü Campinn tüninq firması tərəfindən hazırlanmış Priusdur. Bu, demək olar ki, beş metrə qədər uzadılmış  « təkər üzərində ev »-dir!

Dizaynın yenilənməsi əsasən, kuzovun ön hissəsinə aid edilimişdir.  Ön bamperdəki böyük hava çəpərlərin hesabına, Prius daha da ciddi görkəm almışdır. Ön tərəfdən bir az da dəyişilən detal radiator barmaqlığı və duman faralarıdır — ora gündüz işıqları effekti verən diod fənərləri əlavə olunmuşdur.

Read more: Toyota Prius: feyslift, idman prototipi və … kemper!

   

Detroyt Avtosalonu — 2012 (NAIAS — 2012): Toyota NS4 Advanced Plug-İn Hybrid Concept

Toyota dizaynerlərinin qarşısında yeni tapşırıq qoyulur: Prius model cərgəsinin mülkiyyəti olan 2015-ci il hibrid sedanı lahiyələşdirmək. NS4 konsepti məhz bu tapşırığın nəticəsində yaranmışdır.

Konseptin silueti alın şüşənin xüsusuilə pyük ölçüləri ilə nəzərləri cəlb edir — mühəndislər qeyd edir ki, bu cür ön şüşə quruluşu aerodinamik müqavimət koeffisentini təkmilləşdirmək üçün edilmişdir. Nazik ön çüçə dayaqları çox nazik edilmişdir, ancaq buna baxmayaraq toqquşma zamanı  zərbəni daha yaxşı tuta bilir.

Konsepti hərəkətə gətirəcək güc aqreqatı gələcək nəsil hibrid mühərriklərə aiddir. Hazırkı modellə müqayisədə, o, daha yüngül, qənaətcil və elektrik hərəkət zamanı  daha çox məsafə qət edə bilir.

Elektron yeniliklərdən NS4 konseptinə toqquşma riskini azalda bilən yeni sistem quraşdırılmışdır. Bu sistem stereokamera və radarların məlumatını və gecə vaxtı infraqırmızı şüaların məlumatlarından istifadə edir, belə ki, təhlükə yarandıqda srücünü xəbərdar etikdən sonra sistem müstəqil olaraq əyləc sistemini işə salır və sükan idarəolunmasına müdaxlə edə bilir.

 

Read more: Detroyt Avtosalonu — 2012 (NAIAS — 2012): Toyota NS4 Advanced Plug-İn Hybrid Concept