News and events

Tuesday, 15 May 2012 01:21 Toyota kompaniyası Supra modelinin yenidən istehsala buraxılması niyyətindədir.

          Keçən əsrdə Toyota çox geniş miqyasda idman avtomobilləri istehsal edirdi. Ondan sonra, doğrudur, « kəmərlərin dartılması » xətti başladı və Supra ilə Celica kimi modellər istehsaldan çıxarıldı. Ancaq hər şey Toyotanın yenidən idman avtomobilləri istehsalında liderə çevrilə bilər. Yaponlar artıq GT 86 modelinin istehsalına başlamışdır və üç ildən sonra Supra modelinin də istehsalı artıq realdır.

          Təqribi məlumatlra görə, yeni avtomobil əsl superkar olacaqdır — bu model 400 at gücü və tamötürücü ilə təchiz olunacaq. Bundan əlavə Supranın mühərriki '' bazada '', yəni oturacaqlarınarxasında yerləşəcəkdir. Yerigəlmişkən, burası da maraqlıdır ki, yeni Supra....hibrid olacaq. Gücaqreqatının əsasında 3,5litrlik mühərrikə yardım edəcək elektrik mühərrik quraşdıırlacaq. Elektrikmühərrik enerjini litium-ionn batareyalarından alacaq (onları adi elektrikbəkəsindən qidalandırmaqolar), ancaq, o, ötürməni ön çarxlara, benzin mühərrik isə arxa çarxlara verərək hərəkəti davametdirəcəkdir.
Güman ki, yeni nəsil Toyota Supra ABŞ bazarında 60 000 dollar təşkil edəcəkdir. 

   

Thursday, 10 May 2012 07:34 Toyota Hiace modelinin yeni dizel mühərriklə təchiz olunmuş yeni versiyasını buraxır

Etibarlı və çoxməqsədli 12 yerlik Toyota Hiace mikroavtobusu indi dizel mühərriklə daha da effektiv olacaq. Yüksək dinamik xüsusiyyətlərə və optimal güc səviyyəsinə nail olunmuşdur — bütün bunlar sərnişinlərə yüksək xidmət göstərməyə və avtomobilin istismarının qənaətcilliyinə yönəlmişdir ki, bu da Toyota müştəriləri üçün çox vacibdir. 

Toyota Hiace əməkdaşların daşənmasını, xidməti səfərlər və nümayəndə heyətlərinin görüşlərini təşkil etmək üçün doöru qərardır. Yüksək dam örtüyü, işıqlı salon və onun quruluşu sərnişinlərin təhlükəsiz və effektiv daşınmasının təmin edir. Toyota Hiace rəqiblərini şəhər daxilindəki kompakt hərəkət etmək qabiliyyətinə görə qabaqıayır.


   

Wednesday, 25 April 2012 12:08 « Toyota Corolla » avtomobili satılmışı

Yəqin ki, hər avtomobil həvəskarınıda "Porshe", "Ferrari" və ya "Bugatti" markalarına aid posterləri var. Ancaq, bütün bu avtomobillərin praktik olmaması onların ən çox satılan avtomobil statusundan çox uzaq edir. Bu statusun ən qabaqcıl nümayəndəsi tamamilə başqa bir markanın modelinə məxsusdur, hansı ki, artıq uzun illərdir ki, özündə münasib qiymət, praktiklik və keyfiyyət kimi amilləri bacarıqla birləşdirməkdədir.

The Dayli Mail — ə istinadən Day.az bildirir ki, 1966-cı ildən bu günkü tarixədək  dünyada ən çox satılan avtomobil « Toyota Corolla » olmuşdur. Bu zamana qədər bu markanın 37,5 mln ədəd modeli satılmışdır.


Yerigəlmişkən, sayılmışdır ki, son 40 ildə hər 40 sanıyədə bir « Toyota Corolla » avtomobili satılmışdır.

   

Friday, 02 March 2012 22:48 Highlander ucun Qran-Pri

Toyota Highlander «Böyük Krossover» nominasiyasında «Зa рулем 2012» Qran-Pri-sinin qalibi olmuşdur. Avtomobil həvəskarları Toyota Highlander-ə yürüş, praktiklik, qiymət, komfort və modelin prestiji kimi keyfiyyətlərinə görə qiymətləndirmişdir. İfadəli və cəngavər surətli eksteryer çoxfunksiyalı salon ilə tamamlanır. Güclü 3,5 litr həcmli mühərrik və 5 pilləli avtomat transmissiya avtomobili idarə etməkdən yüksək zövqün zəmanətidir. «За рулем» Qran-Pri-si Rusiyanın ən nüfuzlu avtombil jurnalı tərəfindən keçirilən konkursdur. Toyota Highlander modeli Toyota brendinə konkursda yeddinci dəfədir ki, qalibiyyət gətirir. Konkursun qalibləri 2011-ci ildə 62 min nəfərin iştirakı ilə keçirilən xalq səsverməsi ilə müəyyən olunur. Bu il konkurs çərçivəsində 10 nominasiyada 28 model təqdim olunmuşdur.

   

Friday, 02 March 2012 22:21 Toyota 2012-ci il Cenevrə avtosalonunda tamhibridli avtomobillər təqdim edəcək

82-ci Cenevrə avtosalonunda kompaniya « emosional » GT 86 modelini təqdim etməklə və yeni seqmentlərə tam ötürücü texnologiyaları tətbiq etməklə məhsullarında yeniliklər təqdim edəcəck.

Read more: Toyota 2012-ci il Cenevrə avtosalonunda tamhibridli avtomobillər təqdim edəcək