Toyota Prius: feyslift, idman prototipi və … kemper!
26.01.2012
İlin əvvəli başlayan kimi « hibridlər hibridi » olan Toyota Prius uç yeniliklə gündəmə gəldi — Birincisi, 2009-cu ildə eyibarən istehsal olunan uçuncü nəsil model daha bu yaxınlarda elə də böyük olmayan feyslift keçmişdi. İkncisi, hələ payızda haqqında söhbət açılan idman avtomobili haqqındadır. Belə ki, Priusun bazasında xüsusui modifikasiya hazırlanmışdır və bu model GT 3000 adlandırılacaq. Nəhayət üçünücüsü Campinn tüninq firması tərəfindən hazırlanmış Priusdur. Bu, demək olar ki, beş metrə qədər uzadılmış « təkər üzərində ev »-dir!
Dizaynın yenilənməsi əsasən, kuzovun ön hissəsinə aid edilimişdir. Ön bamperdəki böyük hava çəpərlərin hesabına, Prius daha da ciddi görkəm almışdır. Ön tərəfdən bir az da dəyişilən detal radiator barmaqlığı və duman faralarıdır — ora gündüz işıqları effekti verən diod fənərləri əlavə olunmuşdur.