Detroyt Avtosalonu — 2012 (NAIAS — 2012): Toyota NS4 Advanced Plug-İn Hybrid Concept
13.01.2012
Toyota dizaynerlərinin qarşısında yeni tapşırıq qoyulur: Prius model cərgəsinin mülkiyyəti olan 2015-ci il hibrid sedanı lahiyələşdirmək. NS4 konsepti məhz bu tapşırığın nəticəsində yaranmışdır.
Konseptin silueti alın şüşənin xüsusuilə pyük ölçüləri ilə nəzərləri cəlb edir — mühəndislər qeyd edir ki, bu cür ön şüşə quruluşu aerodinamik müqavimət koeffisentini təkmilləşdirmək üçün edilmişdir. Nazik ön çüçə dayaqları çox nazik edilmişdir, ancaq buna baxmayaraq toqquşma zamanı zərbəni daha yaxşı tuta bilir.
Konsepti hərəkətə gətirəcək güc aqreqatı gələcək nəsil hibrid mühərriklərə aiddir. Hazırkı modellə müqayisədə, o, daha yüngül, qənaətcil və elektrik hərəkət zamanı daha çox məsafə qət edə bilir.
Elektron yeniliklərdən NS4 konseptinə toqquşma riskini azalda bilən yeni sistem quraşdırılmışdır. Bu sistem stereokamera və radarların məlumatını və gecə vaxtı infraqırmızı şüaların məlumatlarından istifadə edir, belə ki, təhlükə yarandıqda srücünü xəbərdar etikdən sonra sistem müstəqil olaraq əyləc sistemini işə salır və sükan idarəolunmasına müdaxlə edə bilir.