Toyota üstünlüyü
Toyota rəsmi dilerindən alışın üstünlükləri
Bu gün Azərbaycanda özünü «Toyotanın rəsmi dileri» adlandırınlar və mənşəyi şübhə doğuran Toyota avtomobillərini (bir qayda olaraq, bu avtomobillər ABŞ və ya Yaxın Şərq ölkələrindən gətirilir) təklif edənlərin sayı çoxdur. Bu şirkətlər avtomobillərə 1 ildən 3 ilədək təminat təklif etsələr də nə kifayət qədər orijinal ehtiyat hissələrinə, nə texniki xidmətin geniş şəbəkəsinə, nə də təcrübəli ixtisaslı heyətə malikdirlər. Beləliklə, «boz» dilerlər avtomobillərin ehtiyat hissələrinin keyfiyyətinə və təmirinə görə faktiki olaraq məsuliyyət daşımır və keyfiyyətsiz xidmət göstərildikdə onlara narazılıq bildirmək çox çətin olur. Avtomobili rəsmi dilerdən almağın «boz» avtomobil almaqdan xeyli üstünlükləri var.
Məhsulun təminatlı keyfiyyəti
İstehsalçı zavod rəsmi diler şəbəkəsindən alınan Toyotanın bütün avtomobillərinə 3 illik (və ya 100 000 km ) təminat verir. Həmçinin bu avtomobillər Avropanın təhlükəsizlik standartlarına müvafiq olaraq, o cümlədən Azərbaycanın yol və iqlim şəraiti nəzərə alınmaqla istehsal edilib. Toyota şirkəti hər bir region üçün avtomobillərinin müxtəlif modifikasiyalarını hazırlayıb. Bu, avtomobilin yerli istismar şəraitinə maksimal uyğunlaşdırılması üçün edilir. Bir qayda olaraq, müxtəlif regionlar üçün istehsal olunan avtomobillər xarici görünüşlərinə görə bir-birindən heç nə ilə fərqlənmir. Əsas konstruksional fərqlər avtomobilin daxilindədir. Beləliklə, «boz» dilerə müraciət edən alıcı başqa bazar üçün istehsal edilən, fərqli iqlim və yol şəraiti üçün nəzərdə tutulan avtomobil almaq təhlükəsi ilə üzləşir. Bundan başqa, Avropa bazarı üçün istehsal olunmuş ehtiyat hissələri Toyotanın amerika və ya asiya komplektasiyalarından xeyli dərəcədə fərqlənir. Rəsmi dilerin başqa bir əhəmiyyətli üstünlüyü avtomobilin zavoddan son alıcıya qədər çatdırılma prosesinə tam nəzarətin olmasıdır. Rəsmi diler avtomobilin daşınması zamanı zədələnməyə görə tam məsuliyyət daşıyır.
Alıcı «boz» avtomobil aldıqda, onun Azərbaycana hansı şəraitdə və hansı şəkildə gətirildiyini bilmir, saxlanma və daşınma qaydalarının pozulması nəticəsində yaranan zədələr isə alış zamanı nəzərə çarpmaya və yalnız istismar zamanı aşkar oluna bilər. Bununla əlaqədar olaraq qeyri-rəsmi dilerlərdən alınan Toyota avtomobillərinə zavod təminatı şamil olunmur (hətta avtomobillər Avropa bazarı üçün hazırlanan moddellər olduqda belə). Daşınma zamanı yaranan zavod qüsurları və ya nasazlıqlar aşkar olunduqda, avtomobil sahibinin öz istehlakçı hüquqlarını qorumaq imkanı olmur və o, xarab avtomobillə üz-üzə qalır.
Xidmətin təminatlı keyfiyyəti
Rəsmi diler şəbəkəsi alıcıya həm avtomobilin alınması, həm də onun sonrakı istismarı zamanı ən yüksək keyfiyyətli xidməti təmin edir. Toyotanın qabaqcıl metodikaları əsasında hazırlıq keçmiş yüksək ixtisaslı heyət; orijinal ehtiyat hissələri və məxaric materialları ilə daim təchiz olunan anbar; avtomobilə zərərin vurulması riski olmadan reqlamentli xidmət və mürəkkəb təmir işləri aparmağa imkan verən diler TXS-larında istehsalçının xüsusi avadanlığının və texniki ədəbiyyatın olması keyfiyyətli xidmətin təminatçısıdır. Avtomobilə xidmətin göstərilməsi və təmiri zamanı görülən işlərin keyfiyyəti istehsalçı zavodun tələblərinə tam cavab verir. Rəsmi və qeyri-rəsmi idxalçının fəlsəfəsi də əhəmiyyətli dərəcədə fərqlənir. «Boz» dilerin əsas vəzifəsi gəlirin artırılmasıdırsa, rəsmi nümayəndələr qarşılarına digər məqsədlər qoyurlar - ilk növbədə, alıcının bütün ehtiyaclarının ödənilməsi və Azərbaycan bazarında Toyota markasının yüksək imicinin saxlanması.
Avtomobili Toyotanın rəsmi dilerindən almaqla, Siz «boz» avtomobil almaqdan özünüzü tam sığortalayacaqsız. Biz Sizi maraqlandıran bütün məsələlərə dair peşəkar məsləhətlər verəcəyik. Bütün münaqişəli və mübahisəli məsələlər müştərinin maraqlarına uyğun olaraq həll olunacaq. «Boz» avtomobil almaqla qənaət edilən cüzi məbləğ sonralar, bir qayda olaraq, böyük maliyyə itkilərinə, vaxt itkisinə, bəzən isə sağlamlığın itirilməsinə gətirib çıxarır. Beləliklə, alıcı avtomobillərin rəsmi idxalçısı ilə işin üstünlükləri barədə nə qədər çox məlumat alarsa, avtomobilin alınması zamanı bir o qədər qorunmuş olar. Eyni sözləri yollarda qəza vəziyyətlərinin azalmasına kömək edən xidmət barədə də söyləmək olar.