Texniki xidmət

Toyota avtomobilinin sahibi olmaq – bu bir həzzdir

Toyota avtomobillərinin hazırlanması zamanı yüksək istehsal standartlarına riayət olunmasını təmin edən mükəmməl istehsal prosesləri, avtomatlaşdırılmış avadanlıq və keyfiyyətə ciddi nəzarət istifadə olunur.

Şirkətin dünyada qazandığı yüksək keyfiyyətli istehsalçı nüfuzu Toyota idarə edən hər kəsə daha böyük inam verir. Bunun sayəsində Toyota avtomobilinin sahibi olmaq daha da xoşdur – onun üstünlüklərinə Sizin qəlbinizin rahatlığı (sakitliyi) hissi əlavə olunur.

Zəmanət

Zəmanət öhdəlikləri «Toyota Bakı Mərkəzi» rəsmi dilerlərinin satdığı bütün yeni Toyota avtomobillərinə tətbiq olunur.

Zəmanətin verilməsi şərtləri barədə məlumatı «Toyota Bakı Mərkəzi» ofisində əldə edilə bilər.

Texniki xidmət

Toyota avtomobilləri elə qurulmuşdur ki, texniki xidmət xərcləri minimum səviyyəyə azalsın. Hər yeni model istehsal edildikcə texniki xidmətə ehtiyacı olmayan hissələrin sayı artır, buna ehtiyacı olanlar isə maksimum möhkəm hazırlanır. Qovşaq və aqreqatlara yaxınlaşmanın asanlaşdırılması da çox vacibdir, çünki bu əmək məsrəfini xeyli azaltmağa imkan verir. Bu xüsusiyyətlər Toyota avtomobillərinin olduqca işlək vəziyyətdə saxlama xərclərini xeyli azaldır.

Plan üzrə texniki xidmət (TX)

İxtisaslaşdırılmış texniki xidmətin müntəzəm olaraq yerinə yetirilməsi konstruktorların Sizə məxsus Toyota avtomobilində nəzərdə tutduqları iş qabiliyyəti, təhlükəsizlik və etibarlılıq kimi keyfiyyətləri daima saxlamağa imkan verəcəkdir.

Bu Sizə həm də avtomobilinizə qoyduğunuz sərmayə vəsaitini maksimum qorumağa kömək edəcəkdir.

Birinci pulsuz texniki xidmət (TX - 1000 km)

Toyota dilerləri tərəfindən satılmış hər bir Toyota avtomobilinə 1000 kilometr yürüşdən sonra pulsuz texniki xidmət göstərilir.

Kuzovun təmir dəyərinin azaldılması

Toyota avtomobilləri elə layihələndirilir ki, YNH-dən sonrakı təmir işlərinin dəyəri maksimum azalsın. Bamperlərdə enerjini udan elementlər quraşdırılmışdır; bahalı hissələr toqquşmada zərər çəkən yerlərdən uzaqda yerləşdirilmişdir; tez-tez zədələnən hissələr qaynaq edilməyib, vintlə bağlanır. Bunun sayəsində ziyan səviyyəsi məhdud, zədələnmiş hissələri isə çıxarmaq, əvəz və təmir etmək asandır.

Diqqət: Toyota şirkətinin istehsal etdiyi və bu səhifədə yerləşdirilmiş avtomobillərinə aid zəmanəti barədə məlumat, yalnız qısa təsvirindən ibarət olub, şirkət tərəfindən heç bir zəmanət öhdəliyinə səbəb olmur və bu cür öhdəliklərin şərh edilməsi üçün əsas deyildir. Toyota avtomobillərinə zəmanət şərtləri yeni Toyota avtomobillərinin təchizat dəstinə daxil olan Zəmanət üzrə Rəhbərlik kitabçasında təsvir olunmuşdur. Daha dəqiq məlumat və ya Zəmanət üzrə Rəhbərliyin mətni üçün Toyota dilerlərinə müraciət edin.