Roadster CS&S
Avtomobilin orta hissəsində yerləşdirilmiş E-Four (4 təkərin hər birində elektrik mühərrikləri) sistemli növbəti nəsil Hibrid Synergi Drive güc qurğusu yerləşdirilmiş Rodster CS&S sükan arxasında yeni təəssürat bəxş etmək və ətraf mühitə ziyan vurmamaq üçün yaradılmışdır.
-
Mühüm hərəkət (sürət) göstəriciləri: Növbəni nəsil hibrid güc qurğusu 1,5 litrlik benzin mühərrikindən və 50 kilovatləq elektrik mühərrikindən ibarətdir. E-Four tam ötürücüsünün idarəetmə sisteminin və hibrid güc qurğusunun avtomobilin orta hissəsində yerləşdirilməsi, maşını maksimal dərəcədə idarəolunan edir və yolu əla hiss etməyə imkan verir. - Nəfis stil: İkiyerlik salonun üstündəki yumru damın sadə və həndəsi cəhətdən bir-birinə uyğunlaşdırılmış cizgiləri əsl tamötürücülü maşının gücünü qabardaraq yumşaq tərzdə təkər tağlarına keçir. Girdə cizgilərlə iti bucaqlar arasındakı təzadı bu avtomobilin enli, alçaq proporsiyaları tamamlayır.
- Sadə və idman üslublu salon: xarici dizaynla harmoniya təşkil edən sürücü və sərnişin “yuva”ların nalvari formaları idman bolidində hərəkət təəssüratını daha da qabardır.
- Dam yığılmış vəziyyətdə olduqda, arxada daha iki sərnişin otura bilər. Dam endirildikdən sonra arxa oturacaqlar yerləşdirilə bilər. Avtomobilin təhlükəsizliyi üçün qabaq oturacaqların söykənəcəklərini axıradək irəli çəkmək mümkündür.
- Space Touchun idarə edilməsinin interfeysi: İdarəetmə elementləri haloqrafik səthdə yerləşdirilmişdir ki, bu da idarəni asanlaşdırır və yüngülləşdirir. CS&S-də idman xüsusiyyətləri ekolojiliklə üzvi surətdə vəhdət təşkil edir.
Əla idarə xüsusiyyətləri
CS&S-in kuzovunda xarakterik tənasüblük aydın şəkildə izlənilir. O, qısa, enli və alçaqdır. Son dərəcə alçaqda yerləşdirilmiş ağırlıq mərkəzi və enli təkər bazası avtomobilin əla idarə olunmasını və dinamikliyini təmin edir.
Hybrid Synergy Drive hibrid güc qurğusu
Hibrid avtomobil sistemlərində iki enerji mənbəyindən istifadə olunur – adi daxiliyanma və elektrik mühərrikləri. Bu da öz növbəsində, belə növ enerji mənbələrinin üstün xüsusiyyətlərini işlədərək, onların çatışmazlıqlarını əvəz edir, avtomobilin yüksək qənaətliliyi ilə yanaşı, onun optimal yürüş xüsusiyyətlərini göstərməsinə imkan verir. Hibrid güc qurğularında elektrik mühərriki istifadə olunsa da, onlara elektromobillər kimi xaricdən enerji yığmaq lazım gəlmir.
“Toyota Space Touch”
Hibrid Synergy Drive ötürücüsünün innovasiyalı hibrid güc qurğusundan əlavə CS&S rodsterində informasiya texnologiyalarının daha bir tamamilə yeni konsepsiyası təqdim olunmuşdur ki, bu da Toyota Space Touch-dir. Bu həllin əsasını öz-özlüyündə holoqrafik təsvir-proyeksiya olan virtual düymələrə basmaqla idarə olunan vahid multimediya sistemi təşkil edir.

Crown Hybrid
Crown Hibrid Consept – birlikdə əla dinamik xarakteristikaların, təhlükəsizliyin...
Ətraflı..





