RiN

rin_main_bg_tcm305-745711

Toyotadan yeni konsept-kar xüsusi olaraq gözəlliyi və canlı təbiətin rəngarəngliyini dəyərləndirməyi, ondan zövq almağı bacaranlar üçün yaradılmışdır. RiN-in dizaynında Yaponiyanın təbiətini əks etdirən motivlərdən istifadə olunub. Bu, özünü avtomobilin salonunun dolğun yaşıl və əlvan bej boyaların çoxluq təşkil etdiyi rəng ahəngliyində göstərir.

rin_sm2_tcm305-745761RiN konsept-karı ən tələbkar sahibdə belə özünə qarşı rəğbət oyatmaq qabiliyyətinə malikdir. Bunun üçün Toyotanın mütəxəssisləri sürücünün əhval-ruhiyyəsinə uyğun olaraq avtomobilin displeyində təsvirləri nizamlamağa imkan verən “əhval-ruhiyyə məşqi” rejimi işləyib hazırlamışlar. RiN-in sağlam həyat tərzinə bağlılığı onun hər bir detalında, oturacaqların formasında belə özünü göstərir. Onlar qamətin düz qalmasına imkan verən layihə üzrə hazırlanmışdır. RiN-in dəstləşdirilməsində təkcə avtomobilin salonunda oksigeni müəyyən həddə saxlayan kondisioner deyil, həm də hava nəmləndiricisi nəzərdə tutulmuşdur.

rin_sm1_tcm305-745760Avtomobilin konstruksiyasında ultrabənövşəyi və infraqırmızı şüaların daxil olmasını azaldan xüsusi yaşıl şüşədən istifadə olunub ki, bu da avtomobilin salonunu daha da rahat edir. Toyota RiN ətraf aləmlə tam ahəng təəssüratının yaranmasına şərait yaradır. Buna isə avtomobilin qapılarının xüsusi konstruksiyasi sayəsində nail olunur. Alçaqdan quraşdırılmış pəncərəli işlək qapılar ətrafı demək olar ki, yer səviyyəsində müşahidə etmək imkanı verir. Faraların konstruksiyasında istifadə olunmuş işıq şüalarının yayılma sistemi qarşı xətt üzrə yaxınlaşan piyadalar və avtomobillərə uyğunlaşmanı təmin edir.

IQ

IQ

Şəhər nəqliyyatı probleminin ağıllı həllidir. Toyota –...

Ətraflı..
FT-MV

FT-MV

Toyotadan yeni FT-MV – miniven konsept-karının yeni nəslidir. O,...

Ətraflı..
FT-HS

FT-HS

Heyrətamiz sürətyığma, rahatlıq və zərərli tullantıların minimal həddini özündə...

Ətraflı..
Crown Hybrid

Crown Hybrid

Crown Hibrid Consept – birlikdə əla dinamik xarakteristikaların, təhlükəsizliyin...

Ətraflı..
RiN

RiN

Toyotadan yeni konsept-kar xüsusi olaraq gözəlliyi və canlı təbiətin...

Ətraflı..
i-Real

i-Real

İ-REAL Toyotanın PM, i-unit və i-swinq konsept-karlarından sonra gələn yeni...

Ətraflı..
Roadster CS&S

Roadster CS&S

Avtomobilin orta hissəsində yerləşdirilmiş E-Four (4 təkərin hər birində...

Ətraflı..