Land Cruiser PRADO
Land Cruiser Pradonun yeni nəsli artıq yaşı 50-ni ötmüş innovasiyalı və güzəştsiz avtomobillər ailəsində ən son nailiyyət sayılır. Onun yolda və yolsuzluq şəraitində hərəkət tərzi qüsursuzdur. Əla texniki xüsusiyyətlərin həyata keçməsi nəticəsində ərsəyə gəlmiş, salonu yüksək dərəcəli rahatlığı eləcə də nəfisliyi ilə seçilən, yolsuzluq şəraitində hərəkət etmək qabiliyyətinə malik bu avtomobili idarə etmək həm xoş təəsürat bağışlayır, həm də insanda bir ruhlanma yaradır.



