IQ

IQ_576_254_tcm305-628787
  • Şəhər nəqliyyatı probleminin ağıllı həllidir.
  • Toyota – Vibrant Clariti dizaynının fəlsəfəsi əsasında işlənib hazırlanmışdır.
  • Uzunluğu 3 metrdən azdır.

İQ konsept-karı Fransanın cənubunda yerləşən Toyota ED2 Avropa dizayn-studiyasında yaradılmış və Toyotanın Vibrant Clariti adını almış dizayn fəlsəfəsinin təcəssümü olmuşdur.

IQ_188_121_1_tcm305-628788“İQ-nin məqsədi sahibinin həyat tərzini qoruyub saxlamaq və onu dəstəkləməkdir — deyə “Toyota Motor Korparation”un İdarəedici direktoru Vaxei Xirai bildirir. – Şəhər sakinləri dinamik, cazibədar dizayn vasitəsilə öz fərdiliklərini nəzərə çarpdırmaq istəyirlər. Eyni zamanda, onlar ölçü, funksionallıq və CO2 tullantılarının həcmi kimi səmərəli amillərə də fikir verirlər. İQ yaradılan zaman əsas məqsəd bu ziddiyyətli tələbləri vahid şəkildə cəmləşdirmək idi. Bütün təhqiqatlarımızın əsasını təşkil edən bu fəlsəfəni biz “J-faktor” adlandırırıq.”IQ_188_121_3_tcm305-6287923 metrdən bir qədər az uzunluğa (2,98 m) malik İQ avtomobillərinin layihələşdirilmə və işlənib hazırlanmasına tamamilə yeni yanaşmanın mücəssəməsi olmuşdur. O, şəhər ultrakompaktlarının məhdud xarici ölçülərinə meydan oxuyaraq, salonu 4 sərnişin və ya 3 böyük yaşlı sərnişin və baqaj üçün bu cür minimal ölçülərdə nadir unikal tutumluluğu təklif edir.

Konsept-karın işlənib hazırlanması Toyotanın innovasiyalı konsepsiyaların tətbiqi yolu ilə zərərli tullantıların azaldılmasına yönəlmiş siyasətinin gerçəkləşdirilməsinin göstəricisidir. Şəhərlərdə avtomobillərin daima artmasına və atmosferin çirklənməsi ilə əlaqədar artan narahatlığa cavab olaraq İQ minimal ölçülü və yüksək ekolojilik səviyyəsinə malik avtomobilin istehsalında irəliyə doğru mühüm addım atır.

Nəfis və funksional

  • Dinamik xarici görünüş
  • Funksional və estetik interye
  • Şəhərlə güclü rəng təzadlığı

IQ_188_121_2_tcm305-628791Konsept-karın hər detalı elə layihələşdirilmişdir ki, bu ölçülü avtomobillərə xas olmayan qətiyyət və enerji nümayiş olunsun. Bütün bunlar İQ-yə şəhərin nəqliyyat axınında fərqlənməyə imkan verən xüsusiyyət bəxş edir. Toyota Vibral Clantri-nin dizayn fəlsəfəsi çərçivəsində üç əsas komponentdən istifadə olunmuşdur:
İdeal disbalans
Avtomobilin xarici görünüşü sadə, eyni zamanda ötkəmdir – avtomobilin enliliyi ilə gücləndirilmiş təmkinli və möhkəm duruş onun uzunluğunun kiçikliyi ilə təzad təşkil edir. Yan görünüşdə qısa çıxıntılar və irəliyə doğru çəkilmiş salon dinamikliyi artırmaqla yanaşı, daxili sahəni genişləndirməyə imkan yaradır. Maşının xarakterik ön hissəsi yığcam, lakin möhkəm konstruksiyası ilə ahəngdə ona yaddaqalan görünüş verir.

Komponentlərin birləşmiş arxitekturası

İQ-nin dəqiq ifadə olunmuş strukturu və quruluşu sadə, eyni zamanda enerjili dizayn yaratmağa imkan verir. 17 düymlük təkərlərin ətrafında yerləşdirilmiş elementlər ön və arxa çıxıntıların tərkib hissəsini təşkil etməklə, avtomobilin gücünü və dinamikliyini daha qabarıq nəzərə çarpdırır.

Cihaz panelinin sadə həndəsi formaları interyerin sahəsini genişləndirməyə imkan verir. Mərkəzi konsol cihazları birləşdirərək əla görünüş sahəsinin yaranmasını təmin edir. Kondisionerləşdirmə sisteminin deflektorları silindrik formaya malikdirlər. Nəticədə salonun bütün komponentləri ümumi harmoniya təəssüratı yaradaraq yeni emosional təsir formalaşdırır.

Azad formaların həndəsəsi
İQ-nin xarici səthləri demək olar ki, riyazi dəqiqliklə bir-birinə uyğunlaşdırılmaqla bərabər dizaynın yeniliyini və çağdaşlığını qabardaraq hərəkət və emosionallıq təəssüratı yaradır. Pəncərə yerlərinin xarakterik cizgiləri harmonik və rəvan tərzdə kuzovun səthinə keçir. Mərkəzi konsolun sərbəst formaları qapıların toxunuşda yumşaq üzlükləri ilə uyuşur. Onun fakturası toxunuş və təması xoş edir. Bu interyerin funksionallığı və estetikasının qətiyyətli uyğunluğunun göstəricisidir. Ümumilikdə, yeni konsept-karın stili İQ-ni sabahkı şəhər küçələri üçün ideal nəqliyyat vasitəsinə çevirir. Salonun daha tünd rəng qamması ilə qabardılmış yumşaq bənövşəyi çalarlı ağ perlamutrlu kuzovun nadir rəngi avtomobilin şəhər subkulturası ilə vəhdətini tamamlayır. Bu hiss sükanın süni ilan dərisindən düzəldilmiş üzlüyünə toxunuşla, interyerdə yumşaq bənövşəyi çalarlarla, oturacaqların üslub elementləri, qapıların üzlükləri və həmin rəngli cihaz paneli ilə gücləndirilir.

Yığcam və qətiyyətli

  • Daxili sahənin səmərəli istifadəsi.
  • 3+1 universal oturacaq formulu.
  • Forma və funksionallığın ideal ahəngi.
  • Passiv təhlükəsizlik vasitələrin tam dəsti.

İQ dünyada 4 sərnişin tutumlu ən balaca konseptual avtomobil olaraq nəzərdə tutulmuş və parlaq şəkildə yerinə yetirilmişdir. O, uzunluğu 2980 mm olmaqla Toyota Ayqodan 425 mm, Toyota Yarisdən isə 770 mm qısadır. Lakin eni və hündürlüyü ilə (1680mm x 1480 mm) o, Yarislə müqayisə oluna bilər. Ultra yığcam xarici görünüşün arxasında geniş və rahat salon durur. Eyni zamanda İQ universal və praktikdir. Onun oturacaqlarında 3 böyük yaşlı və 1 uşaq yerləşə bilər. Dördüncü yer həmçinin yük daşımaq üçün də istifadə oluna bilər. Buna nail olmaq üçün innovasiali 3+1 oturacaq formulu işlənib hazırlanmışdır. Cihaz paneli qabaqda oturan sərnişindən yana çəkilərək, daha çox yer boşaldılır. Adətən, sürücü və sərnişin yanaşı oturur. Uşağı və ya 3-cü sərnişini yerləşdirərkən yeri genişləndirmək və avtomobilin arxa hissəsinə keçidi asanlaşdırmaq üçün qabaq sərnişinin oturacağını irəliyə çəkmək lazım gəlir.

IQ_188_121_4_tcm305-628793Bundan əlavə, intellektual dizayn və xüsusi texnologiyalar daxili sahəni maksimal dərəcdə səmərəli istifadə etməyə imkan yaradır. Ultra yığcam qızdırıcı və ventilyasiya blokları mərkəzi konsolda yeri genişləndirir ki, bu da cihaz panelinə təkrarolunmaz forma verir. Cihaz lövhəsi öz cizgiləri ilə skat balığını xatırladır. Onun gümüşü rəngli xromlaşdırılmış quyruğu aşağıya doğru enməklə mərkəzi konsolun cizgilərini təşkil edir. Salonda temperatur göstəricisi və ventilyatorun fırlanma sürəti mərkəzi paneldə, göz səviyyəsində əks olunur. Sürəti, dirsəkvari valın fırlanma tezliyini və yanacaq ehtiyatını göstərən üçölçülü 3-ü 1-də displeyn sükanın üstündə, audio və naviqasiya sistemlərini idarəetmə düymələri isə bilavasitə sükanın üzərində yerləşdirilmişdir.

Sürücünün nəzər diqqəti sahəsində yerləşdirilmiş, sönmüş vəziyyətdə şəffaf olan əlahiddə proyeksiyalı displeyn quraşdırılması şəhərdə naviqasiya probleminin intellektual və yüksəktexnoloji həlli olmuşdur. Panoramlı şüşə dam gün işığını buraxaraq sərnişinlərə hətta şəhər tıxaclarında özlərini rahat hiss etmək imkanı yaradır. Axşam saatlarında isə qaraldılmış interyer salonun daxilində mistik atmosfer yaradır.

Sərnişinlərin təhlükəsizliyinin təmin olunması konsept-karın işlənib hazırlanması zamanı ən mühüm amillərdən olmuşdur. Ultra yığcam dizayna rəğmən avtomobil şəhər şəraitində təhlükəsizlik məsələlərində heç də güzəştə getmir. Salonun möhkəm karkası zərbə enerjisini optimal udma qabiliyyətinə malikdir. İQ-ni təqdim edərkən Toyota intellektual dizayn və texnologiyaların yeni səviyyəsini şəxsi şəhər nəqliyyatı probleminin radikal həllini nümayiş etdirir. İQ - özündə problemlərin inqilabi həlli yollarını, intellektual dizayn və ekolojiliyi cəmləşdirmiş, şəhər şəraitində ideal hərəkət vasitəsidir.

Crown Hybrid

Crown Hybrid

Crown Hibrid Consept – birlikdə əla dinamik xarakteristikaların, təhlükəsizliyin...

Ətraflı..
FT-MV

FT-MV

Toyotadan yeni FT-MV – miniven konsept-karının yeni nəslidir. O,...

Ətraflı..
RiN

RiN

Toyotadan yeni konsept-kar xüsusi olaraq gözəlliyi və canlı təbiətin...

Ətraflı..
Roadster CS&S

Roadster CS&S

Avtomobilin orta hissəsində yerləşdirilmiş E-Four (4 təkərin hər birində...

Ətraflı..
IQ

IQ

Şəhər nəqliyyatı probleminin ağıllı həllidir. Toyota –...

Ətraflı..
FT-HS

FT-HS

Heyrətamiz sürətyığma, rahatlıq və zərərli tullantıların minimal həddini özündə...

Ətraflı..
i-Real

i-Real

İ-REAL Toyotanın PM, i-unit və i-swinq konsept-karlarından sonra gələn yeni...

Ətraflı..