i-Real
İ-REAL Toyotanın PM, i-unit və i-swinq konsept-karlarından sonra gələn yeni nəsil fərdi nəqliyyat vasitələridir.
İ-REAL konsept-karı özünün innovasiyalı dizayni və “mütəhərrik” ölçüləri ilə seçilir. İ-REAL-ın cəmi üç təkəri vardır – ikisi öndə, biri arxada. O, elə layihələşdirilmişdir ki, təkər bazası sürət rejimindən asılı olaraq dəyişə bilir. Yüksək sürət zamanı təkər bazası uzanır ki, bu da ağırlıq mərkəzinin azalmasını və avtomobilin yürümə xarakteristikasının yaxşılaşmasını təmin edir. Yavaş sürət zamanı təkər bazası qısalmaqla avtomobilə az yer tutaraq maneələr arasında manevr imkanı verir. Konsept-karın konstruksiyasında perimetr üzrə yerləşdirilmiş xüsusi təhlükəsizlik görmə cihazlarından istifadə olunmuşdur. Toqquşma təhlükəsi yarandığı təqdirdə cihazlar sürücüyə təhlükə barədə xəbər verməklə yanaşı, ətrafdakıları öz yerdəyişmələri haqqında işıq və səs siqnalları ilə xəbərdar edir.

Crown Hybrid
Crown Hibrid Consept – birlikdə əla dinamik xarakteristikaların, təhlükəsizliyin...
Ətraflı..





