Xəbərlər və elanlar
03.02.2012 Tarixdə ən çox satılan avtomobil
Yəqin ki, hər avtomobil həvəskarınıda "Porshe", "Ferrari" və ya "Bugatti" markalarına aid posterləri var. Ancaq, bütün bu avtomobillərin praktik olmaması onların ən çox satılan avtomobil statusundan çox uzaq edir. Bu statusun ən qabaqcıl nümayəndəsi tamamilə başqa bir markanın modelinə məxsusdur, hansı ki, artıq uzun illərdir ki, özündə münasib qiymət, praktiklik və keyfiyyət kimi amilləri bacarıqla birləşdirməkdədir.
The Dayli Mail — ə istinadən Day.az bildirir ki, 1966-cı ildən bu günkü tarixədək dünyada ən çox satılan avtomobil « Toyota Corolla » olmuşdur. Bu zamana qədər bu markanın 37,5 mln ədəd modeli satılmışdır.
Yerigəlmişkən, sayılmışdır ki, son 40 ildə « Toyota Corolla » hər 40 sanıyədə satılmışdır.
26.01.2012 Toyota Prius: feyslift, idman prototipi və … kemper!
İlin əvvəli başlayan kimi « hibridlər hibridi » olan Toyota Prius uç yeniliklə gündəmə gəldi — Birincisi, 2009-cu ildə eyibarən istehsal olunan uçuncü nəsil model daha bu yaxınlarda elə də böyük olmayan feyslift keçmişdi. İkncisi, hələ payızda haqqında söhbət açılan idman avtomobili haqqındadır. Belə ki, Priusun bazasında xüsusui modifikasiya hazırlanmışdır və bu model GT 3000 adlandırılacaq. Nəhayət üçünücüsü Campinn tüninq firması tərəfindən hazırlanmış Priusdur. Bu, demək olar ki, beş metrə qədər uzadılmış « təkər üzərində ev »-dir!
Dizaynın yenilənməsi əsasən, kuzovun ön hissəsinə aid edilimişdir. Ön bamperdəki böyük hava çəpərlərin hesabına, Prius daha da ciddi görkəm almışdır. Ön tərəfdən bir az da dəyişilən detal radiator barmaqlığı və duman faralarıdır — ora gündüz işıqları effekti verən diod fənərləri əlavə olunmuşdur.
Ətraflı: Toyota Prius: feyslift, idman prototipi və … kemper!
13.01.2012 Detroyt Avtosalonu — 2012 (NAIAS — 2012): Toyota NS4 Advanced Plug-İn Hybrid Concept
Toyota dizaynerlərinin qarşısında yeni tapşırıq qoyulur: Prius model cərgəsinin mülkiyyəti olan 2015-ci il hibrid sedanı lahiyələşdirmək. NS4 konsepti məhz bu tapşırığın nəticəsində yaranmışdır.
Konseptin silueti alın şüşənin xüsusuilə pyük ölçüləri ilə nəzərləri cəlb edir — mühəndislər qeyd edir ki, bu cür ön şüşə quruluşu aerodinamik müqavimət koeffisentini təkmilləşdirmək üçün edilmişdir. Nazik ön çüçə dayaqları çox nazik edilmişdir, ancaq buna baxmayaraq toqquşma zamanı zərbəni daha yaxşı tuta bilir.
Konsepti hərəkətə gətirəcək güc aqreqatı gələcək nəsil hibrid mühərriklərə aiddir. Hazırkı modellə müqayisədə, o, daha yüngül, qənaətcil və elektrik hərəkət zamanı daha çox məsafə qət edə bilir.
Elektron yeniliklərdən NS4 konseptinə toqquşma riskini azalda bilən yeni sistem quraşdırılmışdır. Bu sistem stereokamera və radarların məlumatını və gecə vaxtı infraqırmızı şüaların məlumatlarından istifadə edir, belə ki, təhlükə yarandıqda srücünü xəbərdar etikdən sonra sistem müstəqil olaraq əyləc sistemini işə salır və sükan idarəolunmasına müdaxlə edə bilir.
Ətraflı: Detroyt Avtosalonu — 2012 (NAIAS — 2012): Toyota NS4 Advanced Plug-İn Hybrid Concept
27.12.2011 Toyota ən qənaətcil avtomobilinin istehsalına başlayır
Dünyanın ən iri avtomobil istehsalçısı olan Toyota Korprasiyası «dünyanın ən qənaətcil avtomobil»inin istehsalı barədə məlumat yayıb. Güman ki, kompaniya öz yeni modelinin «Aqua» kimi adlandıracaq.
Su ilə bağlı olan adını avtomobil ancaq yerli bazarda alacaq. Başqa ölkələrin bazarlarında avtomobil Prius C adı iləsatışa çıxarılacaq. Avtomobilin əsas nailiyyəti odur ki, o, 100 km məsafəyə cəmi 2,8 litr yanacaq sərf edəcək. Bu isə adi Priusdan 0,3 litr azdır.
Kompaniyanın « yaşıl » seqmentdıki rəqibləri olan Nissan və General Motors öz elektrik avtomobilləri olan Leaf və Chevrolet Volt modelləri yanacaq sərfiyyatına görə « cib»ə daha uyğun olmasına baxmayaraq, yenə də avtomobilin ümui qiymətinə görə Toyota Aquaya güzəştə gedirlər. Elektrik avtomobillərin satışı o qədər də yüksək deyil və bu cür olaraq o vaxata qədər qalacaqlar ki, elektrik avtomobilin qiyməti kütləvi şəkildə satışlara münasib olsun.
Toyota ancaq daxili bazarında ayda 12 min ədəd avtomobil satmağıplanlaşdırır. Avtomobilin ilkin qiyməti 21,6 dollar olacağını isə Reuters agentliyi bildirir.
Hal-hazırda hibrid seqmentinin lideri olan Toyota, 2015-ci ildə bazara daha 10 yeni elektrik-benzin model buraxmağı planlaşıdırır. 2020-ci model ilində model sırasında başqa enerji mənbəsi olan avtomobillər nəzərdə tutulur.
07.12.2011 Yeni Corollanın eksklyuziv şəkilləri
Alman jurnalı AutoBild yeni Corollanın eksklüziv şəkillərini dərc edib. Onlardan görsənir ki, beşqapılı avtomobil daha yerə yapışmışdır və minivenlərə xas olan yan nəfəslikdən azad olmuşdur, eləcə də yeni optika ilə təchiz olunacaq — bu optika tərtibatı yeni Camry və Avensis modellərinə də tətbiq edilmişdir. Avtomobilin texniki cəhətləri barədə dəqiq məlumat verilmir. Ümumdünya tendensiyasına uyğun olaraq, yeni Corolla üçün o qədər də iri olmayan həcmdə 200 at gücü verə biləcək turbo benzin mühərriklər təklif oluna bilər.
180 at gücünə sahib dizel və eyni zamanda hibrid mühərriklər də model cərgəsində yer tutacaq. Son halda hibrid model yeni Aqua modelindən 30 sm uzun olacaq: 3995 sm-ə qarşı 4300 sm təşkil edərək bir pillə yuxarıda olacaq. Yeni modelin premyerası 2012-ci ilin payızına təyin olunub.