TOYOTA şirkəti haqqında
"Toyota Motor Korporeyşn” – ildə 160-dan çox ölkədə 113 milyard avro məbləğində 6 milyondan çox avtomobil satan, böyüklüyünə görə dünyada 3-cü avtomobilqayırma şirkətidir. Bizim şirkət avtomobil modellərinin bütün çişidini istehsal edir və burada müxtəlif ölkələrdə 246 700 nəfər işçi çalışır. “Toyota” təkcə öz istehsal imkanları və texnoloji yenilikləri ilə məşhur deyil – bizim şirkət korporasiyanın sosial məsuliyyət, ətraf mühitin qorunması, işlədiyimiz yerlərin inkişafına və yerli əhaliyə investisiya qoyuluşları ideyasını dəstəkləyir.”Toyota” dünyanın 500 şirkəti arasında ən yaxşı onluğa daxildir və haqlı olaraq dünyanın ən hörmətli avtomobil şirkəti şöhrətinə malikdir. Bu gün “Toyota” Yaponiya və Asiya bazarlarında şəriksiz lider, ABŞ-da ən uğurlu qeyri-amerikan şirkəti, Avropada aparıcı yapon markasıdır.
“Toyota”nın Avropa bazarına daxil olması 1960-cı illərin əvvəllərinə təsadüf edir. Artıq 1963-cü ildən biz Avropada rəsmi distribüter müqaviləsi ilə maşın satırdıq. “Toyota”nın Avropadakı fəaliyyətinin fəal inkişafı gələcəyə aydın baxışın olması, bazar payının artması, təklif olunan avtomobillərin geniş diapazonu, eləcə də əla yeni benzin və dizel mühərrikləri sayəsində mümkün olmuşdur. Bu gün “Toyota” Avropa iqtisadiyyatına demək olar ki, 4,5 milyard avro yatırım qoymuş, burada bizdə 56 000 nəfər işçi çalışır və biz böyüyürük. 2002-ci ildə “Toyota” Avropada 756 000 maşın satmış, 2003-cü ildə isə 800 000 maşın satmaqla, bu sərhədi planlaşdırıldığından 2 il əvvəl keçmək niyyətindədir. Bu - dünyanın ən mürəkkəb və öcəşkən bazarında əla işin nişanəsidir. Şirkətin uzunmüddətli məqsədi – 2010-cu ilə Avropada 1,2 milyon avtomobil satışı həddinə çatmaqdır. 2002-ci ildə “Toyota” moto idman üzrə ən böyük yarışda – “Formula 1”-də iştirak etdi. Biz nəinki şassi və mühərrik işləyib hazırladıq, biz tamamilə yeni komandanın əsasını qoyduq. Hazırda Almaniyada Köln idman kompleksində 27 millətdən olan 500 nəfər çalışır ki, bu da “Toyota”nı trasda ən çoxmillətli və multimədəniyyətli komanda edir. “Toyota” Avropa ölkələrinin çoxunda müştərinin tələbatını ödəməyə görə birinci yeri tutmaqla, öz etibarlılığı və müştəriyə göstərdiyi xidmətlər müqabilində əla nüfuz qazanmışdır. Bu cür nüfuz, eləcə də marketinq və satış üzrə 25 milli şirkət və 3500 satış məntəqəsindən ibarət geniş şəbəkə yaxın illər üçün Avropada satış həcminin artmasını şərtləndirən amillərdir. “Toyota” irəliyə doğru hərəkət üçün ən yaxşı yol hesab etdiyi şeylərə çox yatırımlar edir. Bizim məqsədimiz –lokallaşdırma və inteqrasiya siyasəti əsasında Avropada avropalı alıcılar üçün avtomobil yaradıb istehsal etməkdir. “Toyota” Avropada uzunmüddətli fəaliyyətə can atdığını nümayiş etdirərək, bu işə xeyli vəsait qoyuluşu həyata keçirdi. Nəticə isə özünü çox gözlətmədi. “Yaris” “Toyota”nın Avropada yaratdığı ilk modeli oldu. 2000-ci ildə bu maşın “İlin maşını” adını qazandı. 2001-ci ildə isə Fransada onun istehsalına başlandı. “Uot kar” jurnalı həmçinin Avropada istehsal olunmuş yeni nəsil “Korolla” avtomobilinə ilin maşını adını verdi. Eyni zamanda, tamamilə yeni model olan “Avensis” “Avro NKAP” təhlükəsizlik sınaqlarında ən yaxşı qiymətə – “beş ulduz”a layiq görüldü.
Avropada ilk “Toyota” avtomobilləri 1971-ci ildə lisenziya əsasında Portuqaliyada buraxılmışdır. 1992-ci ildə “Toyota” Britaniyada maşın və mühərriklərin tamhəcmli istehsalına başladı. 2001-ci ildə Fransadakı yeni zavodda “Yaris”in, 2002-ci ilin aprelindən etibarən isə Polşada yeni zavodda transmissiyanın istehsalana başlandı.”Pejo-Sitroen” və “Toyota Motor Korporeyşn” birgə müəssisəsinə məxsus yeni avtomobil zavodu 2005-ci ildə Çex Respublikasında istifadəyə veriləcəkdir. “Toyota” ətraf mühitin qorunmasına və sabit inkişafa böyük diqqət yetirir. “Toyota” avtomobillərdən çıxan işlənmiş qazlar və karbon 4 oksidin qlobal istiləşmə, eləcə də şəhərlərdə havanın çirklənməsi arasında əlaqənin olmasını çoxdan etiraf etmişdir. Bu etiraf “Toyota”nı avtomobil sənayesinin ekologiyası sahəsində elmi-tədqiqat işləri üzrə öncüllər sırasına çıxarmış genişmiqyaslı ekoloji proqramın yaradılması üçün əsas amillərdən biri olmuşdur. Yeni, daha da təmiz mühərriklər “Toyota”nın bütün modellərinə quraşdırılır. Hibrid texnologiyası elektrik enerjisi ilə benzin mühərriklərinin uzlaşdığı ekoloji təmiz avtomobillərin kütləvi istehsalınının əsasını qoydu. “Toyota” artıq 130 000 hibrid avtomobil, o cümlədən kütləvi istehsalına başlanmış hibrid ötürücülü ilk minik avtomobili – “Toyota-Prius” satmışdır.
“Toyota” həmçinin yanacaq elementləri texnologiyaları üzrə liderdir. Biz, 2002-ci ilin sonunda, planlaşdırıldığından iki il əvvəl, Yaponiya və ABŞ-da yanacaq elementləri ilə işləyən hibrid minik avtomobilinin məhdud marketinqinə başladıq. Bazara vaxtından əvvəl çıxış yanacaq elementləri ilə işləyən gibrid avtomobillərin Yaponiya və ABŞ-ın yollarında keçirilmiş uğurlu sınaqlar və cəmiyyətin daha təmiz nəqliyyat texnologiyaları gözləntisinə “Toyota”nın reaksiyasını əks etdirir. Bununla belə, bütün bu mühüm nailiyyətlər “Toyota”nın gələcəyə tuşlanmış genişmiqyaslı ekoloji proqramının yalnız bir məqamıdır.
“Toyota” qlobal və məhəlli səviyyədə problemlərin həllinə kompleks yanaşma tərzi ilə fərqlənir. Bir tərəfdən ekoloji proqram layihələşdirmədən istehsaladək, xidmətdən utilizasiyayadək fəaliyyətin sənaye sahəsini əhatə edir, digər tərəfdən “Toyota” mümkün olan yerlərdə cəmiyyətin və həyatın yaxşılaşdırılması yollarını arayır. Buna ictimai fəaliyyətlə, ictimaiyyətin ekoloji məsələlər və texnologiyalar barədə məlumatlandırılması ilə nail olunur. Ətraf mühitin qorunmasına tərəfdarlığımızı daha konkret ifadə etmək məqsədilə biz “Toyota”nın Yer xartiyasını işləyib tətbiq edirik. Geniş mənada bu siyasət gələcəkdə “Toyota”nın ekoloji strategiyasının ardıcıl həyata keçirilməsinə, şirkətdə ekoloji siyasətin təkmilləşdirilməsinə, şirkətin siyasətini əks etdirən kənardakı fəaliyyətini dəstəkləməyə yönəlmişdir.
İndiki və gələcək problemlərin öhdəsindən gəlmək üçün “Toyota” şirkəti yaxşı hazırlıqlı çoxmillətli kollektiv yaratmalıdır. Avropada marketinq, elmi-tədqiqat və istehsalat məsələləri üzrə işin daha yaxşı əlaqələndirilməsi üçün 2002-ci il iyulun 1-də “Toyota Motor Yurop” holdinq şirkəti yaradılmışdır. “Toyota Motor Marketinq və İnjinirinq Yurop” şirkəti marketinqə, NİOKR və 25-dən çox ölkədə satışa rəhbərlik edir. “Toyota Motor İnjinirinq və Menyufeçurinq Yurop” şirkəti Avropada istehsal və NİOKR-ın əlaqələndirilməsi, eləcə də dəstəklənməsi üçün yaradılmışdır. Bundan əlavə “Toyota” şirkətinin Fransanın cənubunda dizayn-mərkəzi (ED2) fəaliyyət göstərir.