Avtomobilin sığortalanması

Avtomobil almağı planlaşdırarkən biz ona sahib olaraq istismar edilməsilə əlaqədar olan riskləri minimuma endirmək barədə düşünürük, çünki avtomobil yüksək təhlükəli vasitə olmaqla bərabər, bahalı əmlakdır. Dünya praktikası sübut edir ki, avtomobillərin sığortası maddi və mənəvi ziyanın azaldılmasının ən optimal həllidir.

Avtomobilin və onun içindəki şəxslərin sığorta müdafiəsinə aşağıdakı sığorta növləri daxildir:

  • Avtomobilin oğurlanması və qaçırılmasından, eləcə də təbii fəlakət, YNH, üçüncü şəxslərin qeyri-qanuni hərəkətlər və s. nəticəsində zədələnməsi və ya məhv edilməsindən KASKO (AVTOKASKO) sığortalama. Sığortalama obyekti istehsalçı zavodun dəstləşdirdiyi avtomobildir.
  • Əlavə avadanlığın sığortalanması – KASKO sığorta müdafiəsinin quraşdırılmış əlavə avadanlığa (sazlama elementləri, elektron avadanlıq və s.) şamil edilməsi.
  • Bədbəxt hadisədən sığortalama – bədbəxt hadisə (BH) nəticəsində sağlamlığa ziyan vurulması və ya həlak olması halı üçün avtomobilin salonundakı şəxslərin həyatının və sağlamlığının sığortalanması. Sığortalama obyekti avtomobilin salonundakı şəxslərin həyatı və sağlamlığıdır.
  • Mülki məsuliyyətin sığortalanması – nəqliyyat vasitəsindən istifadə edərkən, sığorlananın təqsiri üzündən digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurması nəticəsində yaranan sığorta məsuliyyəti. «Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Federal Qanun 01.06.2003-cü ildə qüvvəyə mindiyi andan etibarən, mülki məsuliyyətin sığortalanması iki növə bölünür. İcbari sığorta (AMMMS) və könüllü sığorta (KS).

"Toyota Bakı Mərkəzi" Azərbaycanda aparıcı mövqelər tutan sığorta şirkətləri ilə əməkdaşlıq edir. Onların arasında "Ateshgah", "MBask", "Pasha Sigorta" vardır.

Bakı Toyota Mərkəzinin sığorta şöbəsinin meneceri:

  • Sizə bütün sığorta məsələləri üzrə məsləhət verər,
  • Sığorta şirkəti və ya baxılan proqram haqqında tam və obyektiv məlumatı təqdim edər,
  • Sizin fərdi tələblərinizi tam ödəyən optimal sığorta proqramını seçər,
  • Ziyanları tənzimləyərkən praktiki yardım göstərər,
  • Mübahisəli hallar yaranarkən müstəqil ekspertləri cəlb edər.

Sığorta hadisəsi baş verdikdə Sizin avtomobil təmir üçün "Toyota Bakı Mərkəzi"-nin ixtisaslaşdırılmış kuzov stansiyasına göndəriləcək, burada Sizə yerinə yetirilmiş işlərə 6-aylıq zəmanət verilməsi ilə keyfiyyətli təmir təqdim olunacaqdır. Bu zaman, əgər sığorta hadisəsi istehsalçının və ya genişləndirilmiş zəmanət dövrünə təsadüf edərsə, "Toyota Bakı Mərkəzi" avtomobilə xidmət üzrə zəmanət öhdəliklərini tam həcmdə saxlayır.