Təhlükəsizlik
Xoşagəlməz gözlənilməzliklərlə üzləşməmək üçün bütün Toyota avtomobilləri etibarlı fəal təhlükəsizlik sistemləri ilə təchiz olunmuşlar.
Tormozlamanın yüksək xüsusiyyətləri
Ön və arxa təkərlərin diskvari əyləcləri (qabaq əyləclər ventilyasiya olunandır) ABS, EBD, və BA sistemləri ilə birlikdə tormozlamanın yüksək xüsusiyyətlərini təmin edir və yolda inam hissini artırır.
ABS və EBD
Əyləclərin tormozlamanın paylaşdırılmasının gücləndirmə elektron (EBD) və antibloklaşdırma sistemləri (ABS) dəstləşdirmənin bütün variantları üçün standart elementdir. ABS yol ilə maksimal sürtünməni təmin etmək üçün elektron avadanlıq vasitəsilə dörd təkər arasında tormozlama gücünü optimal paylamaqla qəfil və ya sürüşkən yolda tormozlama zamanı avtomobilə nəzarəti saxlamağa kömək edir. Onu ön və arxa oxlara düşən gücün fərqini kompensasiya edərək, qabaq və arxa, sağ və sol təkərlər arasında tormozlama gücünün paylaşdırılmasını optimallaşdıran EBD sistemi tamamlayır. Bu iki sistemin birləşməsi təkərlərin bloklaşdırılmasının qarşısını almağa kömək edir və tormozlama zamanı inamla manevr etmək imkanı yaradır.
Təcili tormozlama gücləndiricisi (BA)
Komplektasiyanın bütün variantları üçün standart element olan təcili tormozlama gücləndirisi (BA) təcili tormozlama zamanı tormozlama gücünü avtomatik artırır (məhz sürücü əyləcin pedalını kəskin, lakin lazım olduğundan zəif basdıqda). Sistem pedalın nə dərəcədə tez və hansı güclə basıldığını ölçərək, lazım gəldikdə tormozlama gücünü ani olaraq artırır.
İstiqamət dayanıqlığı sistemi (VSC)
VSC sistemi həddindən artıq yüksək sürətlə döngələri keçərkən yoldan kənara çıxma halı aşkarlanarkən və ya şinlərin sürüşkən yolla kifayət qədər sürtünməməsi zamanı avtomatik işə düşür. Bu və ya digər təkəri yavaş tərzdə tormozlayaraq o, şinlərin yola sürtünməsini əvvəlki vəziyyətinə gətirir və sürücüyə avtomobilin hərəkət trayektoriyasını sabitləşdirməyə kömək edir.
Dayanıb bir yerdə fırlanmaya qarşı sistem (TRC)
TRC sistemi akseleratorun pedalına kəskin basdıqda aparıcı təkərin bir yerdə fırlandığı aşkar edildikdə, şinlərin yola sürtünməsini bərpa edərək avtomatik olaraq mühərrikin fırlanma anını azaldır.