Toyota Range Experience
Toyota seçiminin səbəbi
Tam baxışƏtraf mühit
Mühərrikin çəkisini, yanacaq sərfiyyatını və tullantını azaldaraq bizim ətraf mühiti haqqında düşünməmiz bütün avtomobillərimizə xeyir vermişdir. Ancaq bu işdə tək bizim avtomobillərimiz deyil, həmçinin bütün regional əməliyyatlarımızın ətraf mühitə təsirini azalmağı planlaşdıraraq əsl sıfır tullantılı avtomobilə yaxınlaşırıq.
Keyfiyyət
Toyotadakı hər kəs hazırladığımız hər bir avtomobilin keyfiyyəti ilə maraqlanır. Hər bir Toyota sərt keyfiyyət sınaqlarından keçir;fiziki yoxlamadan ekstrimal hava sınaqlarına kimi. Hər bir Toyotaya özümüzün kimi münasibət göstəririk və daima inkişaf etməyin yollarını axtarırıq.
Zəmanət
Biz bilirik ki, avtomobil müştərilərimizin etdikləri ən mühüm alışlardan biridir. Toyotanı seçmək sizə əminlik verə bilər, belə ki siz bilirsiniz ki ehtiyatla sınaqlardan keçirilmiş, qeyri-adi etibara malik bir avtomobil alırsınız, sizin bu rahatlığınızı tamamlamaq üçün biz həmçinin ümumi qarantiya da təklif edirik.
Bu həmçini siz avtomobili idarə edən zaman rahat olmağınız deməkdir.
Servis
Bizim ekspert texnoloqlarımız hətta sizin avtomobilinizin detalında olan ən xırda çatışmamazlığı belə dərhal aşkar etməyi və təmir etməyi bilmələri üçün lazımi hazırlıqdan keçmişlər. Bizim öz standartlarımıza uyğun olub, onlar qabaqcıl diaqnostika alətlərilə müşaiyət olunurlar və yalnız orijinal Toyota hissələrindən istifadə edirlər.
Servis sizə uyğunlaşdırıla bilər-sabit qiymət planı və ya sizin fasiləniz zamanı göstərilən ekspress servis kimi.
Ən əsası, biz ümumi məlumatları saxlayırıq ki qayğını davam etdirə bilək və sizin avtomobilinizin qiymətini mühafizə edə bilək.